Elton Məmmədov tələbələrinə övladlarının harınlamasından bəhs edir? — VİDEOLAR
Milli Məclisin sabiq deputatı Elton Məmmədovun Azərbaycan Texniki Universitetə (AzTU) prorektor vəzifəsinə təyin edilib.
Elton Məmmədov AzTU-da həm də elmi və pedeqoji fəaliyyətlə məşğul olacaq.
Ancaq sabiq deputata Universitetdə vəzifə verilməsi AzTU-da birmənalı qarşılanmayıb. Bir çox insanlar bu qərarın düzgün addım olmadığını düşünürlər. Elton Məmmədovun pedeqoji fəaliyyətlə məşğul olması onun haqqında müəyyən inamsızlıq yaradır. Şübhəsiz ki, bu inamsızlığın yaranması səbəbsiz deyil. Çünki keçmiş deputatın övladlarının adları zaman-zaman qalmaqallı məsələlərdə hallanıb. Buna misal olaraq oğul Elnur və Aynar Məmmədovların tez-tez mediada gündəmə gəlməsini göstərmək olar.
Sonuncu dəfə Elnur və Aynar Məmmədovlar jurnalist döydürmək və "avtoşluq" etmək, dəbdəbəli toy karvanı ilə gündəmə gəlmişdilər. Hətta, onların bu hərəkətlərini əks etdirən görüntülər sosial şəbəkələrdə də yayılaraq uzun müddət müzakirələrə səbəb olmuşdu.
Elton Məmmədovun kiçik oğlu Aynar Məmmədovun toy karvanı zamanı çəkilən görüntülərə baxanda məşhur Hollivud filmləri xatırlanır. Toy karvanında iştirak edən avtomobillər təhlükəli ötmə əməliyyatları edirlər. Avtomobillərin yoldan keçən piyadaları vurması isə an məsələsi olur. Xoşbəxtlikdən piyadalar ölümdən son anda xilas olurlar.
Qanunvericiliklə məşğul olan Aynar Məmmədovun bu cür davranışları ilə Milli Məclisdə necə vəzifədə çalışması da suallar doğurur. Axı onun bu əməlləri qanunla da cinayətdir.
Hətta bir dəfə Aynar Məmmədovun "Nar" kafesində digər 20 nəfərə yaxın şəxslə birlikdə saxlanılaraq "Bandotdel"ə aparılması haqda xəbərlər yayılmışdı. Atası Elton Məmmədov isə adətən deputat olduğu müddətdə seçicilərini maraqlandıran problemlərlə bağlı deyil, oğlanlarının bu tipli hərəkətləri ilə bağlı açıqlamalar verərək gündəmə gəlməli olurdu. Ancaq sabiq deputat səlahiyyət müddətində ancaq oğlanlarının qanunsuz hərəkətlərinə "don geyindirmək" xarakterli açıqlamaları ilə yadda qaldı. Bütün bu baş verənlərin yaratdığı təəssürat fonunda Elton Məmmədovun ali təhsil ocağında təhsil alan tələbələrə müsbət, ya mənfi nümunə olacağına söyləmək elə də çətin deyil.
Maraqlıdır, yolda təhlükəli hərəkətlər edən gənc Məmmədova bu tərbiyə görəsən necə aşılanıb? Axı Aynar Məmmədovun atası Elton Məmmədov özünü həm də pedeqoq kimi tanıdır. İndi insanlar haqlı olaraq neçə-neçə kitablar yazdığını deyən professor Elton Məmmədov sual edirlər: yaxşı olmazmı ki, birinci öz övladına dərs keçsin, onu tərbiyələndirsin? Axı Elton Məmmədov tələbələrə nə öyrədəcək? Necə "avtoş" olmağımı? Bəlkə o, jurnalisti necə döydürməyin yollarını tələbələrinə izah edəcək? Məncə, professor əvvəlcə bu suallara cavab tapmalıdır.
P.S. Aşağıda Elton Məmmədovun oğlunun toy karvanı zamanı çəkilmiş və yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını əks etdirən video görüntüləri təqdim edirik:
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-05-2019, 23:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-05-2019, 23:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Dünən, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
5-11-2024, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01