Kəlbəcər: GƏL BECƏR...: Rayonu necə dirçəltməli? - TƏHLİL
Ərazi baxımından Azərbaycanın ən böyük rayonu olan (sahəsi 3050 km²) işaldan azad olundu. Müqayisə üçün deyək ki, Kəlbəcərin ərazisi ölkə əhalisinin ən çox məskunlaşdığı Bakının ərazisindən (2 140 км²) 50 faizdur. Düzdür, Bakıdan fərqli olaraq Kəlbəcər dağlıq ərazidir və daimi yaşayış üçün o qədər də cəzbedici deyil. Ancaq məsələ bundadır ki, Kəlbəcər istirarət mərkəzləri və turuzm üçün Bakıdan qat-qat üstün mövqelərə sahibdir.
Kəlbəcərin relyefi daglıqdır . Murovdağ (Gamış dağ 3724 m, Böyük Hinaldağ d. 3367m ),Şərqi Göyçə, Mıxtökən,Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının (Dəlidağ d. 3616m) bir hissəsi yerləşir. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə , vulkonogen- çökmə və vulkan mənşəli süxurları yayılır.
Kəlbəcərin iqlimi belədir: Ərazinin yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir. Yanvarın orta temperaturu −3 °C –dən −10 °C-yə qədər, iyulda 5 °C-dən 20 °C –yə qədərdir. İl ərzində 700–900 mm yağıntı düşür. Tərtərr ölkənin ən böyük çaylarından biridir onun yuxarı axarı və qolları (Levçay, Tutqunçay), Bazarçay Xaçınçay rayon ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir.
Bütün bunlar o deməkdir ki, Kəlbəcər turizm, xüsusilə də qış turizmi üçün ən münasib ərazilərdən biri və birincisidir. İşaldan qabaq da Kəlbəcər turizm zonası olub. Kəlbəcərin "İstisu” sanatoriyası hələ sovet dövründə SSRİ-də məşhur idi və ora bütün respublikalardan adamlar dincəlməyə gəlirdi. İnfrastrukturun bərpasından sonra ilk növbədə həmin sanatiya modern şəkildə bərpa olumaıdır ki, xarici turistləri qəbul edə bilsin.
Eyni zaman Kəlbəcər neft Bakısıından sonra ən çox təbii resursları olan ikinci rayondur. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb.
Rayonun turizm potensialı üçün daha bir faktor - Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Yəni turistləri təkcə yada yox, ilboyu qəbul etmək imkanları var.
Eyni zamanda Kəlbəcərdə böyük kənd təsərrüfatı potensialı var. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çıxışında bildirib ki, Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq: "Bizim orada böyük otlaq sahələrimiz var".
Təbii ki, ərazi baxımından ölkənin ən iri rayonun böyük otlaq sahələri var və heyvandarlığı inkişaf etdirməklə ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək mümkün olacaq.
Nəhayət, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 — Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqlar var.
Eyni zamanda, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı var.
Hökumət xarici investorları cəlb etməklə bu yataqlara böyük sərmayələr yatırda bilər ki, bu da Kəlbəcərin çox qısa müddətdə sosial və iqtisadi simasını pozitivə doğru dəyişə bilər
Azərbaycan prezidenti İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı təbrik çıxışında Kəlbəcərdə, eləcə də işğaldan azad edilən başqa rayonlarda quruculuq-bərpa işlərinin anonsunu verdi: "Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır".
Təbii ki, quruculuq-bərpa işlərinə vaxt və böyük sərmayə lazımdır. Ümid edirik ki, quruculuq-bərpa işləri ilə bağlı hökumət adekvat qərarlar verəcək və Kəlbəcər də daxil olmaqla işğaldan azad edilən rayonlarda normal yaşayış bərpa ediləcək.
Qadir İBRAHİMLİ
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29