"Əsgərlərin ölümü indiyəcən gözümün önündən getmir" - Muradov qələbəmizi fərqli yaşayır
İndiyədək əsgərlərin ölüm səhnəsi gözümün önündən getmir, ona görə də Qələbəyə ürəkdən sevinmək alınmır. Bunu Sputnik Azərbaycan-a müsahibəsində tanınmış müğənni, “yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov deyib. Vüqar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmışdı.
Muradov danışır ki, könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib.
“Cəbhəyə getmək istəyənlərin sayı çox idi. Oturub məni çağıracaqlarını gözləyə bilməzdim. Hərbi komissarlığın əməkdaşlarından xahiş elədim ki, adımı siyahıda birinci yazsınlar ki, məni cəbhəyə tez göndərsinlər. Onlar bunu etmək istəmirdilər. Amma mən dedim ki, əgər göndərməsələr, özüm gedəcəm, məni də heç kim saxlaya bilməyəcək. Sağ olsunlar ki, xahişimi yerə salmadılar”, - Muradov qeyd edir.
Müğənni etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər. Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyaraq əhval-ruhiyyələrini yüksəltməyə gəlib.
“Müharibə şou yeri deyil. Mən oraya oxumağa yox, döyüşməyə getmişdim. Orada öz sənətimi tamamilə unutdum, lazım olan hər şeyi eləməyə, köməklik göstərməyə çalışırdım. Həm sürücü oldum, həm əsgərlərə kabab çəkdim, həm ayrı yeməklər bişirdim, əsgərlərin başını qırxdım, saçını kəsdim, maşınlarını təmir elədim. Nə iş görməyin mənimçün fərqi yox idi. Bizim hər birimiz bir-birimizə kömək etməyə, bir-birimizin yolunda canından keçməyə hazır idik, halbuki heç tanış da deyildik”, - Muradov danışır.
Müğənni hər şeylə təmin olunmalarına rəğmən, cəbhəyə yemək və geyim göndərən Azərbaycan xalqına xüsusi münnətdarlığını bildirir.
İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza baxmayaraq, Muradov deyir ki, ürəkdən sevinə bilmir. Birlikdə döyüşdüyü, çörək kəsdiyi əsgərlərin ölüm səhnələrini heç cür unuda bilmir.
“Gözlərimi yuman kimi sanki cəbhəyə qayıdıram. Yuxuda da özümü ön cəbhədə görürəm. Bunların hamısını yaşamaq çox çətindir. Müharibədə həmişə çətindir. Oradan tamamilə başqa adam kimi qayıtmışam. Allaha şükür, biz qalib gəldik, şəhidlərimizin ölümü hədər olmadı. Uzun illər işğal altında qalan torpaqlarımızı gördüm. O anlarda heç birimiz göz yaşlarımızı saxlaya bilmədik”, - müğənni danışır.
O etiraf edir ki, bir çox ölkələrdə olub, hər dəfə Qarabağ münaqişəsi barədə az da olsa məlumatı olan əcnəbilərlə söhbətində hiss edib ki, onlar azərbaycanlıları uduzmuş xalq hesab ediblər. İndi isə Azərbaycan qalib dövlət olub.
Muradov ümid edir ki, birlikdə döyüşdüyü əsgərlərlə tezliklə yenidən görüşəcək. Onların çoxu hələ evlərinə qayıtmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 10:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01