Prokuror 11 il tələb etdi, hakim cəmi 2 il verdi – JURNALİSTİN QARDAŞININ QƏTLİNDƏ ŞOK DETALLAR - FOTOLAR
Jurnalist Pərvanə Sabirqızı qardaşını öldürən şəxsə verilən həbs cəzasından narazıdır.
regionxeberlericom.az bildirir ki, bu barədə Bakupost.az-a açıqlama verən P.Sabirqızı deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov qardaşını öldürən şəxsə həddən artıq yüngül cəza verib.
Jurnalist deyib ki, qardaşını öldürən Ələkbər Ağakişiyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham edilib. Məhkəmənin gedişində prokuror təqsirləndirilən şəxsə 11 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
Lakin hakim Ə.Abbasov təqsirləndirilən şəxsin ittiham edildiyi maddəni CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və ona 2 il həbs cəzası verib. Təqsirləndirilən şəxs bu cəzasını məntəqə tipli həbsxanada çəkəcək.
P.Sabirqızı deyir ki, hakim Ə.Abbasovun məhkəmə islahatlarının aparıldığı bir dövrdə belə bir ədalətsiz qərar çıxarması qəbuledilməzdir: "Aprelin 17-də məhkəmədə hökm oxunub və proses bitib. Ancaq Bir aya yaxın vaxt keçməsinə baxmayaraq, məhkəmə prosesinə aid protokollar hələ də bizə verilməyib. Biz düşünürük ki, protokolların bizə verilməməsinin səbəbi oradakı ifadələrin dəyişdirilməsidir. Çünki məhkəmə prosesində də təqsirləndirilən şəxs özü etiraf edib ki, qardaşımı vurub yerə yıxdıqdan sonra yerdə də vurmağa davam edib. Bu da o deməkdi ki, burada ehtiyatsızlıqdan adam öldürməkdən heç bir söhbət gedə bilməz, qardaşım qəsdən və xüsusi amansızlıqla öldürülüb”.
Jurnalist bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriblər. Onlardan əlavə, prokurorluq da qərardan protest verib: "Mən ictimaiyyətdən bu məsələni diqqətdə saxlamağı və qardaşımı canicə qətlə yetirən şəxsin belə yüngül cəzayla qısa müddət sonra yenidən cəmiyyət içinə qayıtmasına mane olmağı xahiş edirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2019, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-05-2019, 12:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti