“BİZİ BU ÇƏTİNLİKDƏN XİLAS ETSİNLƏR...” - İcra hakimiyyətindən rədd cavabı alan əsgər ailəsi kömək istəyir + VİDEO
Vətən Müharibəsinin ilk günündən könüllü olaraq döyüşlərə qatılan 23 yaşlı Fərid Cabbarov mina partlaması nəticəsində kontuziya alsa da, xidmətini davam etdirir. Anası Reyhan Muxtarova bildirir ki, oğlunu və qızını atasız böyüdüb. Çox böyük maddı, mənəvi məhrumiyyətlər içində yaşayıblar.
Fəridin cəbhəyə getməsi onların vəziyyətini daha da ağrılaşdırıb: "Oğlum 7-ci sinfdən gecəsini gündüzə qatıb işləyib, bizi saxlayıb. Bu illərdə hər cür əzab-əziyyətə qatlaşıb. Tovuz döyüşlərindən sonra könüllü yazışlmışdı, müharibə başlayan kimi hər şeyi atıb cəbhəyə can atdı. Olduqca zəhmətkeş, vətənpərvər böyüyüb. Mən və bacısı onunla qürur duyuruq".
R. Muxtarova bildirir ki, hazırda Xırdalan şəhərinin Quşçuluq maassivində kirayə yaşayırlar. Son iki ayda ailənin gəlir gətirəni olmadığına görə, maddi çətinliklərlə üzləşiblər: "Artıq iki aydır kirayə pulunu ödəyə bilmirik, bu ay necə olacaq, bilmirəm. Bir yerdən dəstəyimiz, köməyimiz yoxdur ki, Fərid qayıdana kimi vəziyyətdən çıxacaq".
Əsgər anasının sözlərinə görə, əsas çətinlikləri evsizlikdir: "Oğlum mühafizədə işləyirdi. Bir sutkalıq nöbvədən sonra evdə qaldığı iki gün ərzində Xırdalanda aldığı cəmi 37 kvadr metrlik torpaqda bir otaq tikmək üçün çalışırdı. Amma maddi çətinliyə və orduya getdiyinə görə, başa çatdıra bilmədi. Evi inşa edən ustaya da borclu qalmışdıq. Bu günlərdə gəldi, Fəridin müharibədə olduğunu öyrənib zəhmət haqqından imtina etdi. Dedi, belə oğullarla fəxr edirik, zəhmətim halalı olsun".
Amma Xırdalan şəhər İcra Hakimiyyətində çalışan məmurların heç birində daş ustasının comərdliyi olmayıb.
Reyhan Muxtarova deyir, yarımçıq evin tikintsinin başa çatdırılması üçün adıçəkilən quruma müraciət etsə də, rədd cavabı alıb: "Bildirdilər ki, sizə heç bir kömək edə bilmərik. Bu cavabdan çox məyus oldum. Axı biz də bu ölkənin vətəndaşıyıq, oğlum döyüşdədir. Bizi kirayə zillətindən xilas etsələr, nə olardı ki? Buna maddi imkanlarımı yoxdur?!"
Əsgər anası müraciətində yarımçıq qalan bir otağın tikintisi üçün dövlətdən dəstək istədiyini bildirir: "Oğlum döyüşdə kontuziya alıb, sağlamlığında ciddi problemləri var. Bilirəm ki, o qayıtdıqdan sonra uzun müddət işləyə bilməyəcək, müalicə olunması, səhhətinin bərpası lazımdır. Aidiyyatı dövlət qurumlarından xahiş edirəm, əsgər ailəsinə dəstək olub, bizi bu çətinlikdən xilas etsinlər".
Paylaş:
Müəllif : Fuad
Tarix:3-12-2020, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-12-2020, 13:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01