Lerikdə kimlər narazılıq yaradır... - GİLEY
Yaxın günlərin söhbətidir. Telefonuma zəng gəldi. Telefonu qaldırarkən aydın oldu ki, mənə zəng edən Lerik rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədovadır. O, mənə dedi ki, sən yuxarı təşkilatlara müraciət edərək yazmısan ki, evimiz əlimizdən alınarkən əmlakımız da evin içərisində qalıb. Müavin utanıb-çəkinmədən mənə dedi ki, sizin orada heç bir əmlakınız yoxdur.
Sanki bir anlığa yer ayaqlarımın altından qaçdı. Birincisi, ona görə ki, Arzu Vəliməmmədova Lerik rayonunda doğulub və orada böyüyüb. Onların evi ilə bizim evimizin arasında bircə küçə var. İcra başçısının bizim evə yerləşdirdiyi “qadın” Arzu Vəliməmmədovanın yaxın qohumdur. Bu, faktır! Mən həmin Arzudan belə bir mövqe gözləmirdim. Ona görə ki, onun qardaşı Prezident Administrasiyasında təhlükəsizlik sahəsində şöbə rəisidir. Arzu vətəndaşa qarşı belə mövqe tutursa, onda onun qardaşı Prezident Administrasiyasında nə mövqe tutacaq? Daha dürüst desək, insanlara qarşı belələrinin bu şəkildə mövqe tutmasına mən inanclı xanım kimi nifət edirəm.
Mən bu gün belə məsələləri xırdalığına qədər araşdırmaq istəmirəm, İcra başçısı kimin qohumunu və nə məqsədlə hara yerləşdirib. Bütün bunlar bir yana, ancaq bizim 2008-ci ildə aldığımız və yaşadığımız evdə həyətdən tutmuş ikinci mərtəbənin çardağına qədər əmlakımızın göz önündə olması və onun görülməməsi korluqdan başqa bir şey deyil. Deməli, İcra başçısının müavini mənəvi cəhətdən kordur. Əgər o da Ağdam rayonundan Lerikə gəlib işləsəydi, buna bir çıxış yolu qoymaq olardı. Ancaq sən lerikli olasan, orada böyüyəsən və vətəndaşın haqlı şikayətinə belə bir mövqe sərgiləyəsən, bu, mənfi baxımdan qeyri-adi bir “olaydır”.
Mən Azərbaycan Respublikasının elə bir təşkilatı olmayıb ki, oraya müraciətlər etməyim. Hələ ki, mənə ağ kağız parçasında cavab verməklə məşğuldurlar. Ancaq məndə daxili bir inam var ki, Ümummilli liderimiz Heydər Əliyevin oğlu gec-tez bu məsələni araşdıracaq, işbaz məmurların cəzasını verəcəkdir.
Yuxarıda qeyd etdiyim kimi, Lerik rayon İcra Hakimiyyəti başçısının səlahiyyətli məmurları da özlərindən asılı olmayaraq kor varlıqlara çevrilmişlər. Onların gözləri bir şey görür: İcra başçısının əl işarələrini! Tamaşada göstərildiyi kimi, “Fatı otur, fatı qalx!” Rəhmətlik Yaşar Nuriyev həmin səhnəni çox ustalıqla oynamışdı. Görünür, həyat həqiqətləri aktyorların oyun səhnələrinə də yol açır. İkinci ildir oxuduğum Qurani-Kərim və başımın yaylığına qədər bütün əmlakımız Lerik rayonunda erməni vandallarının ayaqları altındadır. Sual olunur: 18 mənzilli binanın bir sakininin sənədi saxta çıxmadı, bircə bizə verilmiş sənədə “qulp” qoyuldu. Şikayətimin təmin olunacağına inanıram.
Kazımova Gülbehişt Kəlbi qızı
Lerik rayonu, II qrup əlil
Telefon: 051 315 44 11
04.12.2020 //nyus.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2020, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2020, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01