"Xəstəxanalarda yer yoxdur" - Həkim qurumlardan şikayət etdi
"Ölkədə koronavirusla bağlı vəziyyəti "Facebook"dakı paylaşımlardan aydın görmək olur. Rəsmi məlumat lazım da deyil".
regionxeberlericom.az Cebhe.info-a istinadən xəbər verir ki, bu sözləri həkim-pediatr Vaqif Qarayev deyib.
O bildirib ki, edilən test nəticələri güc gəldiyi üçün daşıyıcı ola biləcək şəxs sərbəst hərəkət edir:
"Koronavirusla mübarizəni mərkəzləşdirməkdənsə, xidməti iki yerə böldük. İndi özündə şübhəli əlamət hiss edənlər ortalama 3 gün gözləyir ki, ya poliklinikadan, ya da TY-dan kimsə gəlib analiz götürsün. Sonra daha 3 gün analizin cavabının gözləyirlər və bu müddət ərzində sərbəst hərəkət edirlər. Yəni ətrafı yoluxdururlar".
Həkim deyib ki, heç kəs öz məsuliyyətini anlamır:
"Evdə olan xəstə öz başına çarə qılmalıdır! KT müayinəsi üçün klinikalarda daşıyıcılar digər xəstələrlə nəfəs-nəfəsə dayanır.
Rayonlarda yas yerində heç kim heç nədən çəkinmir. Avtobuslarda vəziyyət bərbaddır. İş yerlərində xəstə sağlama qarışıb. Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan xəstəxanalarda yer yoxdur. Lokallaşdıra bilərikmi bu minvalla? Hər kəs (vətəndaş, rəsmi qurumlar) öz günahını anlayırmı?"
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2020, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-12-2020, 09:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01