“Oğlum 15 gündən sonra komadan ayıldı, bir neçə aya ata olacaq”
Sosial şəbəkələrdə Vətən Müharibəsində yaralanaraq günlərlə komada qalan hərbçimiz Samir Mamedovun bu günlərdə komadan ayılmasıyla bağlı məlumatlar yayılıb. Ağcabədi rayonundan olan 27 yaşlı tankçı qazimiz müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib.
Samirin atası Eldəniz Mamedov “Qafqazinfo”ya bildirib ki, məlumat doğrudur. Lakin oğlu təxminən bir ay öncə, noyabrın 10-da komadan ayılıb:
“Oğlum Samir Mamedov 7 ildir ki, MAXE-dir, müharibənin ilk günündən ön cəbhədədir. Oktyabrın 27-də yaralanıb və komaya düşüb. Biz onu Füzuli tərəfdə xəstəxanalarda axtarırdıq, sonradan məlum oldu ki, Bakıya hərbi hospitala gətirilib. Çox ağır yaralı olub, qəlpə qarın nahiyəsindən dəyib. Qaraciyər, ağciyərlər, mədə-bağırsaq, mədəaltı vəz, öd, dalaq - bütün daxili orqanlarını zədələyib. 15 gün komada qaldıqdan sonra ayıldı. Buna görə göydə Allaha, yerdə həkimlərimizə təşəkkür edirəm. Onlar oğlumu yenidən bizə qaytardılar”.
Qazi atasının sözlərinə görə, oğlu hazırda özəl klinikalardan birinə köçürülüb və orada müalicəsini davam etdirir. Koronavirus çox yayıldığına görə yanına ziyarətçi buraxılmır. Bu müddət ərzində atası bir neçə dəfə onunla görüşə bilib.
E. Mamedov həmçinin bildirib ki, Samir döyüşlər başlanandan təxminən bir həftə sonra da yaralanıbmış. Lakin həmin vaxt xəstəxanada çox qalmayıb və israrla cəbhəyə qaytarılmasını istəyib: “Samir Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Müharibə başlanandan bir həftə sonra tankı minaya düşüb. Ekipajı yaralanıb və hamısı hospitala yerləşdirilib. Heç yaralandığını bizə deməmişdilər. Bir həftədən sonra biz eşidəndə artıq xəstəxanadan çıxıb döyüşə qayıtmışdı. Axırıncı dəfə mənə zəng edəndə dedi ki, Hadrutdayıq, üzü yuxarı gedirik.”
Atasının sözlərinə görə, hərbçi olmaq qazimizin ən böyük arzusu olub. Döyüşə də həvəslə, ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə gedib:
“İşə girəndə bütün sənədlərini hazırlayıb hərbi hissənin qarşısında əlimdə tutmuşdum. Onda bir də təkrar soruşdum ki, Samir, bu ağır işdir, bunun müharibəsi var, əminsənmi bu sənəti seçməyinə? Dedi ki, mən özüm bu sənəti istəyirəm. Müharibəyə də tankçı olduğuna görə onsuz da, hamıdan qabaqda gedib. Döyüşə gedəndə bizə deyirdi ki, tankla çıxıb, Şuşada şəkil çəkdirib sizə göndərəcəyəm”.
Həyata ikinci dəfə gəldiyini deyə bilərik Samir Mamedovun. Bir neçə aydan sonra isə igidimizin ilk övladı da dünyaya gələcək...
Gülnar Əliyeva
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2020, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2020, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52