Qarabağ uzun müddət tikinti meydançası olacaq - VİDEO
İşğaldan azad olunan ərazilərin əsas təyinatı daha çox mədən sənayesi, kənd təsərrüfatı və turizmdir ki, bunların da daha çox inkişaf potensialı var.
Bunu “Report”a açıqlamasında müstəqil iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Ekspert deyir ki, yaxşı olar ki, həmin bölgələrdə Turizm Rekreasiya Zonaları (TRZ) yaradılsın: “Bundan başqa, orada çoxlu sayda kiçik miqyaslı TRZ-lərin yaradılması mümkün olardı. TRZ-lərin yaradılması üçün çox da böyük əraziləri götürmək lazım deyil. Çünki, böyük əraziləri götürdükdə, bunların razılaşdırılması çox çətin bir proses olur. Amma kiçik ərazilərin razılaşdırılması çox asan başa gəlir”.
Qarabağda Turizm Rekreasiya Zonaları yaradılmalıdır
Mütəxəssis deyir ki, böyük ərazilərin razılaşdırılması zamanı bir çox problemlər çıxır ortaya: “Çünki, torpaq ehtiyatları fərqli qurumların balansında olur və təyinatına görə, onları qruplaşdırmaq və razılaşdırmaq uzun zaman alır. Amma Türkiyə təcrübəsindən yararlanmaq şərtilə kiçik bölgələrdə TRZ-lər yaratmaq olar”.
R. Həsənov deyir ki, hazırda Azərbaycanda 46 aqroparkın yaradılması prosesi gedir: “Onlardan xeyli hissəsi artıq tamamlanıb və bir çoxları tamamlanmaq üzrədir. Müvafiq proqramın işğaldan azad olunan bölgələr üzrə genişləndirilməsi zəruridir. Həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı aqroparklar yaradılmalıdır. Xeyli sayda aqropark yaratmaq olar. Xüsusilə də Cəbrayıl rayonunda, heyvandarlıq istiqamətində isə Kəlbəcər, Laçın rayonları bu aqroparkların yaradılması üçün çox əlverişli imkanlara malikdir. Bu potensialdan yararlanmaq lazımdır”.
Mütəxəssisin fikrincə bundan başqa, işğaldan azad olunan ərazilərdə klaster baxımından müəyyən tikinti materiallarının istehsalı ilə əlaqədar klasterlərin formalaşdırılması mümkündür: “Çünki, orada bir sıra ərazilərdə, həm Cəbrayıl, həm Zəngilan rayonlarında tikinti təyinatlı yeraltı resurslar çoxdur. Bunun da hansısa formada emalı, istismarı, hasilatı, eyni zamanda həmin resursların emalı prosesini həyata keçirən klasterlər formalaşdırmaq mümkündür. Çünki, Qarabağ uzun müddət tikinti meydançası olacaq. İşğal zamanı bu bölgə tamamilə dağıdılıb və bu da onu deməyə əsas verir ki, həmin bölgənin təmir-bərpası prosesində ciddi şəkildə tikinti materiallarına ehtiyac olacaq. Burada da müvafiq klasterlərin yaradılması Qarabağın özünün yenidən bərpası prosesinin daha da sürətlənməsinə, çevik şəkildə təşkil edilməsinə şərait yarada bilər. Həmçinin, sahibkarlar üçün də uyğun fəaliyyət imkanları formalaşdıra bilər”.
R. Həsənov deyir ki, işğaldan azad olunan bölgələrdə yeyinti sənayesi ilə bağlı sənaye məhəlləri yaradıla bilər: “Çünki, kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı imkanlarının geniş olması orada yeyinti sənayesi istiqamətində sənaye məhəlləsinin yaradılması imkanlarını artırır. Azərbaycan mümkün qədər çalışmalıdır ki, öz məhsullarını həm daxili bazarlara, həm də xarici bazarlara son məhsul halında təklif etsin. Çünki, bu məhsulların xam mal halında təklif edilməsi həm iqtisadiyyat üçün əlavə dəyər yaratmır, həmçinin də eyni zamanda bu, istehsalçılar və ölkə üçün də ciddi gəlir mənbəyinə çevrilə bilmir”.
Bitkilərdən dərman istehsalı üçün sənaye məhəlləsi ola bilər
İqtisadçı-ekspert əmindir ki, daha sonra bu prosesi genişləndirmək olar. Onun sözlərinə görə, nisbətən aran hesab edilən bölgələrdə - Xankəndi, Xocavənd və Hadrutda digər təyinatlı sənaye məhəllələri də yaradıla bilər.
O qeyd edib ki, həmin ərazilərdə dərman vasitələrinin istehsalı ilə bağlı sənaye məhəlləsi yaratmaq mümkündür: “Burada da xüsusilə də yerli floranın ehtiyatlarının səmərəli şəkildə istifadə edilməsi nəzərə alınmalıdır. Bilirsiniz ki, bu ərazilərdə müxtəlif növdə təbii dərman bitkilərinin növləri yayılıb. Bunların da hansısa formada emala cəlb edilməsi və Azərbaycanın əczaçılıq sənayesinə qazandırılması bu sənaye məhəllələrinin yaradılması yolu ilə mümkündür”.
R. Həsənov vurğulayıb ki, bu istiqamətdə çox ciddi boşluqlar var: “Pandemiya dövründə bu daha sərt şəkildə özünü göstərdi. Azərbaycan dərman vəsaitləri və məhsullarının 95 faizdən artıq hissəsini idxal etdi. Bu istiqamətdə bazarda boşluq, sahibkarların və investorların marağını da cəlb edə bilər. Həmin sahələrə investisiyaların da cəlb edilməsi daha asan başa gələ bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2020, 12:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2020, 12:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01