Şəhidlik zirvəsinə ucalan baş gizir - FOTO
Baş gizir Nihad Mikayılov peşəkar hərbçi idi. 2000-ci ildən ordu sıralarında xidmət edirdi, özü də Ağdam bölgəsində. Otuz ildən bəri torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı qüvvələri ilə üz-üzə dayanan baş gizir 2016-cı ilin Aprel döyüşlərində də qəhrəmancasına vuruşub. İkinci Qarabağ müharibəsində isə şanlı bir döyüş yolu keçib.
Nicat Mikayılov 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Hərbi xidmətə marağı onu Silahlı Qüvvələrimizin sıralarına gətirib. Əvvəlcə gizir, sonra baş gizir kimi xidmət edib. İyirmi illik qüsursuz xidməti, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq ona medallar, fəxri fərmanlar qazandırıb.
Nicat ailəli idi, üç övladı var. Uşaqları ilə, xüsusilə balaca Rinatla nəfəs alırdı. Cəbhədən hər dəfə evə zəng vuranda telefonu Rinat açırdı. Bu döyüşlərdə o, düz otuz dörd gün vuruşdu, özü də xeyli düşmən əsgərini məhv etdi. Lakin Böyük Qələbə xəbərinin sevincini yaşaya bilmədi. Qələbəyə on gün qalmış düşmən snayperinin hədəfi oldu, heç də hər adama nəsib olmayan şəhidlik zirvəsinə ucaldı.
Tez-tez şəhid Nicat Mikayılovun məzarını ziyarət edən ailə üzvləri, xüsusən Rinat atasının əbədiyyətə qovuşmasını hələ də qəbul edə bilmir. Sanki o, nə vaxtsa geri, ailəsinin yanına qayıdacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-12-2020, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-12-2020, 14:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01