reklam
Regionxeberlericom.az » Gündəm » Qarabağda İZİ OLMAYAN DAHA BİR NAZİRİMİZ... - Bunca sərvəti olsa da...

reklam

Qarabağda İZİ OLMAYAN DAHA BİR NAZİRİMİZ... - Bunca sərvəti olsa da...


Azərbaycanda yaşayan iş adamlarından heç biri nüfuzlu «Forbes» dərgisinin tərtib etdiyi dünyanın ən varlıları siyahısına indiyədək bir dəfə də olsun düşməyib. Hərçənd, biznesi ölkə hüdudlarını aşan və daim genişlənən, təyyarəsi, bankı, çoxsaylı şirkətləri və saysız-hesabsız mülkləri olan azərbaycanlıların olması heç kəsə sirr deyil.

DİA.AZ olaraq bu məqama boşundan toxunmadıq. Çünki bir neçə gün əvvəl yerli KİV-də xaricdə yaşayan azərbaycanlı oliqarxların Vətən Savaşıp boyunca özlərini necə aparmaları, VƏTƏN SAVAŞINA hansı məsafədə dayanmaları haqda materiallar yayınlandı. Amma tək məsələ xaricdə yaşayan milyonçularımızla bağlı deyil. Biz də davamlı olaraq hazırda Azərbaycanda yaşayan və müəyyən mənsəb sahibi olan oliqarxlarımızı diqqətə gətirməklə, onların Qarabağın azadlığı ilə yekunlaşan ŞƏRƏFLİ BİR TARİXİ ANDA hansı məsafədə dayanmalarına aydınlıq gətirmək məqsədini güddük.

Keçən günlərdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin şirkətlərini açıqladıq və aydın oldu bunca sərvətlər sahibi olan DGK sədri Qarabağda İZİ OLMAYANLARIN sırasındadır. Onun ardından da yetərincə imkanlara və böyük biznes imperiyasına malik olan deputat Kəmaləddin Qafarovun da Səfər Mehdiyev kimi bir köşədə gizləndiyini sərgiləyən faktları təqdim etdik. Sayları yetərincədir. Qarabağda izi olmayanlardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Kəmaləddin Heydərovun biznesə gəlişi hələ sovet dövrünə təsadüf edir. Heydərovun biznesə bağlaması üçün tələb olunan ilkin kapitalı necə əldə etməsi isə hələ də tapmaca olaraq qalır. “Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Hazırda «Gilan» ölkənin ən iri şirkətlər qrupuna çevrilib.

2016-cı ildə holdinqin daxilindəki şirkətlər konqlomeratı sənaye, xalq istehlak malları satışı və pərakəndə ticarət, turizm və otelçilik, nəqliyyat və logistika, tikinti və daşınmaz əmlak idarəçiliyi, inşaat materialları istehsalı, ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı sahələri üzrə qruplaşdırılıb. Holdinq daxilində yeni şirkətlərin yaradılması dayanmayıb. Yerli medianın yazdığına görə, hər ay «Gilan Holding» MMC-yə daxil olan neçə-neçə şirkət qurulur.

Banka sahib olmasına baxmayaraq, holdinq dövlətin ona səxavətlə təqdim etdiyi ucuz maliyyə resurslarından da istifadə edir. Bakıdakı çörək zavodu, Hacıqabuldakı keramika zavodu, Sumqayıtdakı tekstil fabrikləri, Qəbələ rayonundakı aqrokompleks və başqa çoxsaylı zavod və fabriklər dövlətin on milyonlarla manat məbləğində uzunmüddətli krediti hesabına qurulub.

Holdinqin çox az sayda şirkəti kapitalı və sərmayələri haqda məlumat verir. Onlardan bir neçəsinin sərmayə qoyuluşu haqda məlumat var:

Gilan dəri zavodu – 15 milyon ABŞ dolları

Gilan keramika zavodu – 40,2 milyon manat

Gilan Tekstil Parkı – 46 milyon manat

Qəbələ Heyvandarlıq-Südçülük Kompleksi – 12,9 milyon manat

Aqro Kompleks Qəbələ - 25 milyon manat

Lənkəranda Gilan Sitrus təsərrüfatı – 10 milyon manat

Abşeron rayonunda Caspian Fish Co balıq emalı zavodu – 56 milyon ABŞ dolları

Bakı iplik fabriki – 14 milyon manat

Bakıdakı “Beynəlxalq Ticarət Mərkəzi” otel-biznes mərkəzi kompleksi – 11,5 milyon manat

Bakıda №1 Çörək Zavodu – 48,7 milyon manat

Riqada “Hotel de Roma” mehmanxanası – 13,2 milyon avro

“Benkons Bosna” (Bosanka) meyvə şirələri zavodu – 25 milyon avro

Kızıl (Tuva, RF) şəhərində yeddimərtəbəli 108 nömrəlik mehmanxana – 50 milyon dollar

"Mingəçevir Tekstil" MMC - 144 milyon manat

Kızıl (Tuva, RF) şəhərində beton zavodu – 2 milyon dollar

Bakıda 2008-ci ildə tikintisinə başlanan Crescent Bay Development daşınmaz əmlak layihəsinin (mehmanxana, iş və ticarət mərkəzləri) sərmayə dəyəri 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Bütün bunlar Kəmaləddin Heydərovun sərvətlərinin bir qismidir. Amma bü cah-cəlal sahibini Vətən Savaşı günlərində maləsəf görmədik...


Paylaş:


Müəllif : Tarix:
12-12-2020, 09:49
Sikayət   


loading...
Загрузка...