reklam
Regionxeberlericom.az » Gündəm » Birgə yaşayış? Onda Göyçəyə qayıdaq... - GƏLİŞMƏ

reklam

Birgə yaşayış? Onda Göyçəyə qayıdaq... - GƏLİŞMƏ


Erməni və Azərbaycan xalqı müharibədən yenicə çıxıb. Hər iki tərəfin itkiləri var, Ermənistanın itkiləri isə xüsusilə çoxdur. Belə bir zamanda iki xalqın barışması, heç nə yoxmuş kimi birlikdə yaşaması mümkün deyil. Münaqişənin tarixi qədər – 30, hətta 50 illik xalqların terapiyasına ehtiyac var. Bundan sonra nəsə danışmaq bəlkə mümkün olar.

regionxeberlericom.az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın azərbaycanlı və ermənilərin Azərbaycan və Ermənistan ərazisində birgə yaşamaları ilə bağlı “pozitiv təcrübə”nin olması haqda səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, xanım diplomat “tərəflərin maraqlarını birləşdirmək yollarını axtarmaq lazımdır” deyərkən rəsmi Moskvanın regiona baxışını əks etdirmiş oldu:

“Aydın məsələdir ki, Ermənistan və Azərbaycan arasında müharibə heç kəsə, xüsusilə də Rusiyaya sərf etmirdi. Çünki bu, regiona digər qüvvələrin müdaxilə etməsi demək idi. Müharibə zamanı biz Ermənistanın bu kimi təşəbbüslərinin də şahidi olduq. Ancaq ermənilərə imkan verilmədi. Nəticə etibarilə müharibə oldu və Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Bundan sonrakı proseslər isə hazırda məlum deyil”.

Politoloqun sözlərinə görə, Rusiyanın erməni və Azərbaycan xalqlarını barışdırmaq səyləri ilk başda müsbət görünə bilər:

“Lakin müharibə yeni bitib, indiki halda nə azərbaycanlılar erməniləri qəbul edər, nə də Ermənistan erməniləri azərbaycanlıları. Mən təsadüfən “Ermənistan erməniləri” demədim, çünki bu gün Azərbaycanda 30 mindən artıq erməni yaşayır və onlar bizim cəmiyyətin bir parçasına çevrilib. Bu insanlar azərbaycanlı olmağı anlayır. Lakin 30 ildir müharibə, yalançı qələbə arzusu ilə alışıb-yanan, sonda isə məğlubiyyətə düçar olan Ermənistan erməniləri heç özləri də Azərbycanla barışmaq istəməyəcək.

Onsuz da hazırda bu təcrübə Xankəndi, Xocalı, Xocavənddə icra edilir. Yəni bu gün burada ermənilər var və azərbaycanlılar da bu əraziyə köçəndən sonra biz bu təcrübənin nə dərəcədə uğurlu olacağını görəcəyik. Digər tərəfdən, erməni xalqı həqiqətən də Azərbaycanla barışmaq, bir arada yaşamaq istəyirsə, bunu isbat etməlidir. Misal üçün, Zəngəzur, Göyçə, Mehriyə azərbaycanlılar qayıda bilər və birlikdə yaşamağın mümkünlüyünü yoxlamaq olar”.


Paylaş:


Müəllif : Tarix:
12-12-2020, 10:19
Sikayət   


loading...
Загрузка...