Məhkəmənin “BMW X5” oyunu: - qanunsuz həbs, süründürməçilik...
Siyəzən rayon sakini Mehman Bayramov əmlakına qanunsuz həbs qoyulduğunu iddia edir.
regionxeberlericom.az bildirir ki, Bakupost.az-a danışan şikayətçi deyir ki, Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərov ona məxsus "BMW X5” markalı maşına qanunsuz olaraq həbs qərarı çıxarıb və o, 7 aydır şəxsi əmlakından istifadə edə bilmir.
Onun sözlərinə görə, 2017-ci ilin noyabr ayında Sumqayıt şəhərində bacısının adına alqı-satqı yolu ilə maşın alıb. Bu alqı-satqı prosesindən bir il sonra – 2018-ci ilin noyabr ayında isə ona Siyəzən rayon Məhkəməsindən zəng edilib və bildirilib ki, o, başqasına məxsus avtomobili istifadə edir: "Məhkəmədə mənə dedilər ki, sən başqasının əmlakını qeyri-qanuni ələ keçirmisən. Dedim, ola bilməz belə bir şey, mən bu maşını bir il əvvəl müqavilə ilə almışam. Sənədlərimi də göstərdim. Xeyri olmadı, öz iddialarında qaldılar”.
M.Bayramovun sözlərinə görə, həmin gün məlum olub ki, Siyəzən rayon məhkəməsi heç bir xəbər vermədən, məhkəmə bildirişi göndərmədən onun əmlakı üzərinə həbs qoyub: "Dedim, qərarı mənə də göstərin, heç bir qərar da yoxdu ortada. Qərar çıxmamışdı hələ də. Təxminən 1 saat sonra bir qərardad çıxarıb mənə verdilər ki, maşınım üzərinə həbs qoyulub. Guya, mən bu maşını qeyri-qanuni özümünküləşdirmişəm. Bunun ardınca, bildim ki, bu məsələ məhkəmədə uzanacaq və bacımı məhkəməyə çağıracaqlar. Buna görə də elə həmin ay qeydiyyat şöbəsinə gedib, maşını bacımın adından çıxarıb öz adıma qeydiyyatdan keçirdim”.
Şikayətçi deyir ki, 2018-ci ilin noyabr ayında Siyəzən rayon məhkəməsinə qərarın qanunsuz olduğu və maşını alqı-satqı müqaviləsi ilə aldığı barədə məktub yazıb, lakin məktubuna heç bir cavab verməyib: "Həmin ilin dekabr ayında məhkəmənin baxış iclası oldu. Azad adlı şikayətçi gəlməmişdi. Onlar öz ərizələrində göstərib ki, 2015-ci ildə maşını Elnur adlı adama satmaq üçün veriblər. Elnur da maşını satıb, lakin onlara pul verməyib. Buna görə də Elnur adlı şəxsə verdikləri etibarnaməni ləğv ediblər və həmin gündən Elnuru axtarırlar. Mən onlardan soruşdum ki, əgər belə bir dələduzluqla üzləşmişdilərsə, niyə həmin vaxt polisə müraciət edib, Elnuru məsuliyyətə cəlb etdirməyiblər. Sualıma heç kim cavab verə bilmədi”.
M.Bayramov deyir ki, məhkəmədə zərərçəkmiş kimi təqdim olunan şəxsi tanımadığı, ondan heç vaxt maşın almadığı və bu şikayətin subyekti olmadığı barədə məsələ qaldırıb, lakin onun heç bir vəsatətinə məhəl qoyulmayıb: "Maşın hazırda məndədir. Lakin üzərində həbs var deyə, mən öz əmlakımdan istifadə edə bilmirəm. 7 aydır maşınım qapıda yatır. Məhkəmə nə maşının üzərində həbsi götürür, nə də zərərçəkən tərəfin xeyrinə qərar qəbul edir ki, mən işimi bilim. Prosesi 7-8 aydı uzadırlar. Mənə aid olmayan bir iddiaya görə, mən əmlakımdan istifadə edə bilmirəm”.
Şikayətçinin sözlərinə görə, bu ilin mart ayında məhkəmə nəhayət, qərar qəbul etmək üçün addım atıb və iddia tərəfinin imzasının saxtalaşdırılıb-saxtalaşdırılmadığını dəqiqləşdirmək üçün sənədi ekspertizaya göndərmək barədə qərar çıxarıb: "İndi də 3 aydı ekspertizadan qərar gözləyirəm. Heç bir təqsirim olmayan bir işə görə əmlakımın üzərinə həbs qoyulması azmış kimi, məhkəmə tərəfindən prosesin bu qədər uzadılmasından da maddi zərər çəkirəm”.
Siyəzən rayon Məhkəməsinin katibliyindən Bakupost.az-a bildirilib ki, M.Bayramovun adıkeçən işlə bağlı hazırda ekspertizaya sənəd göndərilib və ekspertizanın cavabı gözlənilir: "Bu şikayətlə bağlı ilk iclasda iş baxılmamış saxlanılmışdı. Lakin iddia tərəfi yenidən şikayət verdiyi üçün məhkəmə sənədlərin ekspertizaya verilməsi barədə qərar qəbul edib. Hazırda ekspertizadan cavab gözlədiyimiz üçün işin gedişatı barədə əlavə verə bilməyəcəyik”.
Məhkəmənin bu qədər uzun çəkməsi, ekspertizanın niyə bu qədər yubanması və günahı olmayan şəxsə maddi və mənəvi ziyanın niyə vurulması ilə bağlı suallara isə heç bir cavab verilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2019, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2019, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36