Rusiyanın ayağını Azərbaycandan kəsmək lazımdır - ETİRAZ
Azərbaycanın bir sıra siyasi partiyaları, ictimai təşkilatları və ictimai xadimləri Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana, Birləşmiş Millətlər Təşkilatına (BMT), BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-ə, Qoşulmama Hərəkatının Koordinasiya Bürosuna, NATO-ya, NATO Parlament Assambleyasına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət ünvanlayıblar.
Müraciəti Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Demokratiya və Rifah Hərəkatının (DRH) sədri Qubad İbadoğlu, ABŞ-ın Şimalı Karolina Universitetinin professoru Əli Əskərov, texnika elmləri doktoru, professor Tofiq Şahtaxtinski, Demokraik Dəyişim Platformasının (DDP) rəhbəri Əli Mustafayev, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (TAM) rəhbəri İlham İsmayıl, hüquq elmləri doktoru, Amerika Vəkillər Kollegiyasının üzvü İsmail Şahtaxtinski, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin (JİYM) rəhbəri, professor Qulu Məhərrəmli və Beynəlxalq “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli imzalayıb.
Müraciətdə bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanat nəticəsində Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının da düşməndən təmizlənməsi, Naxçıvana dəhliz-yolun açılmasının nəzərdə tutulması Azərbaycan Ordusunun möhtəşəm qələbələrinin məntiqi nəticəsidir: “Lakin həmin üçtərəfli anlaşmanı əsas tutaraq, Rusiya qoşunları çoxsaylı ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Azərbaycanın Qarabağ regionuna gətirilərək, dəqiq təsvir olunmayan “təmas xəttində” və 5 kilometr enində nəzərdə tutulan Laçın dəhlizində yerləşdirilib və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaradılmış separatçı rejimi dirçəltmək üçün fəaliyyətə başlayıb”.
“Tarixi faktlar sübut edir ki, son 30 ilə yaxın müddət ərzində Rusiya “sülhməramlı qüvvə” adı altında hərbi kontingent göndərdiyi bütün postsovet ölkələrində, o cümlədən Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donetski və Luqansk bölgələrində işğalçılıq və ilhaq siyasəti həyata keçirmiş və keçirir. Qeyd etməliyik ki, keçmiş Sovetlər İttifaqının 366-cı motoatıcı alayı da ilk dəfə “sülhməramlı” adı altında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. SSRİ-nin süqutundan sonra Rusiya silahlı qüvvələrinin nəzarəti altına keçən həmin hərbi birləşmə 1992-ci il fevralın 26-da erməni terrorçuları ilə birlikdə Qarabağın Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı vəhşi soyqırım törədilməsində də iştirak etmişdi”, - deyə müraicətdə qeyd olunur.
Müəlliflər, həmçinin, əlavə edirlər ki, Rusiya silahlı qüvvələrinin “sülməramlı qüvvə” adı altında Azərbaycan ərazisində fəaliyyəti milli və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tamamilə zidd, qanunsuz akt olması hüquq normaları ilə də təsdiqlənir.
Müraicəti ünvanlayanlar arasında yer alan AzDP sədri Sülhəddin Əkbər AYNA-ya dediyinə görə, müraciət təkcə siyasi şəxslərin yox, həm də Azərbaycan cəmiyyətində gedən narahatlıq prosesinin ümumi ifadəsini əks etdirir: “Biz də siyasətçilər, ictimai xadimlər olaraq bu fikrə gəldik ki, açıq və toplu şəkildə mövqeyimizi bildirək. Bildiyiniz kimi, mən bu mövzuda bir çox təkliflər paketi, müsahibələr, açıqlamalar ilə çıxış etmişəm, amma belə bir təklif də oldu ki, həmçinin, kollektiv şəkildə müraciət edək. Bu müraicət də mənim fikirlərimlə üst-üstə düşdüyü üçün mən də qoşuldum”.
Siyasətçi Rusiyanın Azərbaycana qarşı vəkalət müharibəsi apardığını vurğulayıb: “Mən həmişə rəsmi olaraq “Ermənistan-Azərbaycan münaqişəsi” adlandırılan münaqişəni Rusiyanın Azərbayacana qarşı apardığı vəkalət müharibəsi adlandırmışam. Həmişə də deyirdim ki, onun vəkilinin başı əzildikdən sonra özü ortaya çıxaxacaq və çıxdı da. Bu da təsadüfi deyil, çünki erməniləri 200 il əvvəl bizim torpaqlara gətirən də, onlara havadarlıq edən də, onlara bizim torpaqlarda erməni vilayəti yaradan da, ardınca Ermənistan dövləti quran da, o dövləti qurandan sonra bu günə qədər onu genişləndirən də və nəhayət, bu problemlərin əsasını qoyan da məhz Rusiyadır. Biz ta əvvəldən Rusiyanın lazım olan anda proseslərə müdaxilə edəcəyini və problemin həllinə imkan verməyəcəyini deyirdik. Ki, belə də oldu və Azərbaycan Ordusu Xankəndinin qapısına dayananda, Rusiya təcili surətədə özünü yetirdi”.
“Ümumiyyətlə, “Rusiya” və “sülhməramlı” sözləri bir-birinə tamamilə zidd sözlərdir. 1993-cü ildən sonra Rusiyanın ən böyük arzusu ordusunu yenidən Azərbaycana gətirmək olub. Biz dəfələrlə deyirdik ki, rusların bütün oyunları bu məqsədə çatmaq üçündür və hazırda Dağlıq Qarabağ bu məqsəd rolunu oynayır. Rusiya indi bu məqsədə çatıb və Azərbaycan üçün yenidən problemlər yaratmağa başlayacaq. Mən üçtərəfli bəyanata ilkin dəyərləndirmə verəndə də demişdim ki, Rusiya yeni şərait və şərtlərdə mini status-kvo yaratmağa çalışacaq. Necə ki, Rusiya indi buna çalışır”, - Əkbər vurğulayıb.
“Ona görə də Azərbaycan yubanmadan bunun qarşısını almalı, Türkiyə ilə hərbi ittifaq sazişi imzalamalı, Türkiyənin hərbi bazaları dərhal Azərbaycanda yerəşdirilməli, Rusiyanın “sülhməramlı” qüvvələrinin nazərətində olan məsuliyyət zonası üzrə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin postları yaradılmalı və bu postlar ətrafında patrul xidmələri qurulmalıdır ki, rusların genişlənməsinə imkan verilməsin. Mümkün qədər həmin ərazilərdə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır ki, bu da yurd- yuvasından didərgin salınmş vətəndaşlarımızın mümkün qədər tez köçürülməsi və təhlükəsizliyinin təminatı ilə başlamalıdır”, - partiya sədri qeyd edib.
O, hesab edir ki, Azərbaycan vətəndaşları sözügedən ərazilərə qayıtmayana qədər Azərbaycan öz suverenliyini bərpa edə bilməyəcək: “Çünki vətəndaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra onların təhlükəsizliyini təmin etmək məsələsi ortaya çıxacaq. Məhz bu zaman Türkiyə və Azərbaycanın Silahlı Qüvvələri dövrəyə girməli, Azərbaycanın dövlət hakimiyyət orqanlarının nümayəndəlikləri yaradılmalı və nümayəndələr həmin ərazilərə göndərilməlidir. Ona görə də Azərbaycan özü üçün yeni şərait və şərtlərdə qardaş Türkiyə ilə birikdə yol xərtiəsi hazırlamalı və birgə hərəkət etməldir”.
Müraciət müəlliflərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlu da AYNA-ya açıqlamasında deyib ki, rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılması vacibdir: “Hələ noybarın 10-da biz partiya olaraq məsələyə münasibət bildirmiş və mətbuatda yayımlamışdıq. Bu istiqamətdə bir çox bəyanat verdik, bunu Azərbaycan Respublikasının Konstitusiyasına zidd hesab elədik, bu hadisəni işğal adlandırdıq və işğalçı ilə necə davranmaq lazım olduğu ilə bağlı mövqeyimizi bildirdik. Təbii ki, bizə dəstək verənlər də oldu, dəstək verməyənlər də. Müxtəlif partiyalarla müzakirələr apardıq, mövqeyimizi ortaya qoyduq və ondan sonra gedən müzakirələr nəticəsində qərara aldıq ki, ayır-ayrı yox, kütləvi şəkildə müraicət edilsin”.
“Rusiyanı biz yaxşı tandığımız üçün, xarakter etibarı ilə bizə münasibətlərinin dəyişməyəciyini də bilirik. Təbii ki, söhbət Rusiya xalqından yox, dövlət və siyasətindən gedir. Bizim dediklərimiz iş-işdən keçəndən sonra öz təsdiqini tapsa da, heç olmamasından yaxşıdır. İndi də baş verənlər hələ bizim eşitdiklərimizdir, gördüklərimiz yox. Nə baş verdiyini isə təbii ki, dövlət və dövlətin təmsilçiləri bizdən daha yaxşı bilirlər. Amma bütünlükdə Rusiyanı tanıdığımıza görə, Rusiyaya qarşı xalqın müqavimət və mövqeyi olmalıdır”, - Mirəlioğlu bildirib.
O, son günlər cəbhənin Hadrut istiqamətində baş verənlərə də münasibət bildirib: “Son günlər baş verənlər Hadrutla yekunlaşmayacaq. Çünki getdikcə Şuşanın ətrafında həlqə daralır. Şuşanı az qala ruslar anklav etmək istəyirlər. Rusiya buraya başqa məqsədlə gəlmişdi, bu məqsədlə yox. Ona görə də bizim mövqeyimiz doğrudur. Çünki biz Rusiyanın Azərbaycana işğalçılıq niyyəti ilə gəldiyini demişdik. Cavad xan şəhid olandan, 1993-cü ilin 25 mayına qədər bütün nəsillər Rusiyanın Azərbaycandan ayağının kəsilməsinin arzusunda olub. Rusiyanın da ayağı Azərbaycandan kəsilmişdi. Lakin başqa formada yenidən peyda oldular. Bütün bunlara görə də xalqın bu məsələlərə mütləq mövqeyi və müqaviməti olmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-12-2020, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-12-2020, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16