İqbal Ağazadə icra başçısıyla bağlı DTX-ya müraciət etdi
Ümid Partiyasının sədri İqbal Ağazadə Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun fəaliyyətinin hüquqi qiymətləndirilməsi ilə bağlı dövlət qurumlarına müraciət edib.
Yenisabah.az xəbər verir ki, İ.Ağazadə icra başçısı barədə artıq dəfələrlə müxtəlif məzmunlu şikayətlərə rast gəldiyindən bu addımı atıb. M.Məmmədovdan ən çox şikayət edənlərin şəhid və qazi ailələri olduğunu qeyd edən Partiya sədri bildirir ki, səlahiyyətli dövlət qurumları illərdir çoxsaylı şikayətlərə diqqət ayırmır:
“Niyə icra başçısına vəzifəsinin xalqa xidmət olduğunu deyən yoxdur? Yoxsa Müstəqim Məmmədov əvəzedilməzdir, ya Qəhrəman Tərtər əhalisi bu tip başçını haqq edir? Şikayətlərin motivinə varmadan səlahiyyətli dövlət qurumlarına (Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, DTX-nın rəhbəri cənab Əli Nağıyevə) müraciət edirəm:
“Bu icra başçısının - Müstəqim Məmmədovun əməlinə hüquqi qiymət verin, onun adamları, xüsusilə, şəhid ailələrini, qaziləri təhqir etməsinə, aşağılamasına imkan verməyin. Tərtər düşmənin iki addımlığında illərdir mübarizə aparır, o şəhərə və sakinlərinə onlara layiq insanlar rəhbərlik etməlidir”.
Çoxsaylı şikayətlər, müraciət edən xeyli sakinlər var. Videomateriallar sosial şəbəkələrdə yayılıb. Əlavə faktlar axtarmağa ehtiyac yoxdur. İcra başçısı təkcə rüşvət alarkən tutulmur, həm də vəzifəsini yerinə yetirməyəndə, qanunları başqa formada pozanda da həbs edilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-12-2020, 13:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-12-2020, 13:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01