"Süniki itirmək Ermənistanı da itirməkdir..." - Gorus rəhbərinin müavini
"Sünik istiqamətində mövqelərin Azərbaycana təhvil verilməsi bu bölgəni təhlükə altına qoyur. Sünik isə ölkənin onurğa sütunudur”.
Sfera.az xəbər verir ki, bu sözləri Sünik sakinlərinin etiraz aksiyasına qatılan Gorus icma rəhbərinin müavini Menua Hovsepyan "Sputnik Ermənistan”ın müxbirinə deyib.
Bundan əvvəl Sünik əhalisi ölkənin ali rəhbərliyindən sərhəd problemini həll etmələrini və təhlükəsizliyini təmin etmələrini tələb edərək Gorus-İrəvan avtomobil yolunu bağlayıblar.
"Biz öz mövqelərimizdə dayanaraq, bir növ bufer zonası yaratmışdıq. Sünik icmalarının bütün rəhbərləri orada idi. Bu uğursuz bəyanat (Qarabağdakı atəşkəs barədə üçtərəfli bəyanat - red.) və mövqelərimizdən geri çəkilməyimiz Süniki tamamilə müdafiəsiz qoyur. Ciddi təhlükəsizlik problemimiz var. Cənuba gedən yolun çox böyük bir hissəsi düşmənin nəzarətində olan ərazidə qalır. Hökumətdə bu müddət üçün məsuliyyəti öz üzərinə götürə biləcək birinin olub olmadığını bilmək istəyirik", - Hovsepyan deyib.
O, Qafandakı yüksəkliklərdən və digər istiqamətlərdən uzaqlaşmanın üçtərəfli bəyanata zidd olduğunu düşünür: Sənəddə deyilir ki, tərəflər sənədi imzalayarkən olduqları mövqelərdə qalırlar.
"Süniki itirsək, nəticədə Ermənistanı da itirəcəyik. Suallarımızı cavablandıra və məsuliyyət götürə biləcək adekvat bir adam görünənə qədər yolları bağlayacağıq", - Hovsepyan bildirib.
Xatırladaq ki, Sünikin regional mərkəzi olan Qafan bələdiyyə başqanı Gevork Parsyan daha əvvəl erməni qüvvələrinin Qafan sektorundakı əvvəllər işğal olunmuş mövqelərdən geri çəkilməsi nəticəsində 12 kənd və Kapan şəhərinin birbaşa atəş altında qalacağını söyləyib.
Qeyd edək ki, mövqelərdən geri çəkilmə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində baş verir.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2020, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2020, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti