Paşinyan MDB sammitinə niyə qatılmadı? - Atasının yası inandırıcı səbəb kimi görünmür
Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində iştirak etməyib. Onun mətbuat katibi Mane Gevorqyan deyib ki, baş nazirin toplantıya qatılmamasının səbəbi atasının dəfni ilə əlaqədardır. (Paşinyanın atası dekabrın 16-da vəfat edib.) Əlbəttə, bu, formal səbəbdir. Onun üçün vacib yğıncaq olsaydı, yəqin ki, 1 saatlıq da olsa, iştirak və çıxış edərdi.
Bəs, Paşinyan Rusiyanın himayəsində olan bu təşkilatdan niyə kənar gəzir? Şübhəsiz ki, bunun ciddi səbəbləri var.
İlk növbədə həmin tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etməsi Paşinyan üçün diskomfort yaradacaqdı. İ. Əliyev çıxışında 44 günlük müharibədən geniş danışıb və Ermənistan silahlı qüvvələrinin necə darmadağın edildiyini həmkarları ilə bölüşüb. “Biz Ermənistan ordusunun 80 faizini məhv etmişik”, – deyə prezident vurğulayıb. Əlbəttə, İlham Əliyevin qələbə nitqini dinləmək və ona cavab verə bilməmək Ermənistan rəhbəri üçün siyasi və psixoloji cəhətdən ağır situasiya olacaqdı.
Başqa səbəblər də var və onun kökündə Paşinyan-Kreml münasibətlərindəki ziddiyyətlər dayanır. 2018-ci ildə inqilabi yolla baş vermiş hakimiyyət dəyişikliyi nəticəsində Rusiyanın müttəfiqləri devrilib və onları Qərbə yaxın komanda əvəz edib. Paşinyanın liderlik etdiyi yeni hakimiyyət Sarkisyan-Köçəryan cütlüyünə bağlı siyasi qüvvələri siyasi səhnədən sıxışdırıb, bəzilərinə cinayət işləri açıb, həbs edib. Hətta Robert Koçaryanın həbsdən çıxması üçün Putinin cəhdləri də bir müddət səmərsiz qalmışdı və bu saymazlıq Kreml sahibində Paşinyana qarşı mənfi hisslər formalaşdırıb. Bir çox ekspertlər hesab edirlər ki, Rusiyanın 44 günlük müharibədə Azərbaycanın hücumlarına bir müddət göz yummasının səbəblərindən bir də Paşinyanın cəzalandırılması və devrilməsi niyyəti ilə əlaqəli olub. Əlbəttə, Moskva və onun İrəvandakı müttəfiqləri bəyan edirlər ki, müharibənin gedişində Rusiya öhdəliklərinə sadiq qalaraq Ermənistanın məğlub olmaması üçün əlindən gələni edib. Ermənistan ordusu hər cür, silah, texnika və s. hərbi ləvazimatlarla təchiz edilib. Amma Paşinyan komandasına yaxın olan şəxslər bu dəstəyi yetərli saymırlar. Arqument gətirilib ki, Rusiya ilk gündən Azərbaycana təzyiq edib, hərbi əməliyyatları dayandıra bilərdi. Kreml Ermənistanı o zaman xilas etdi ki, ordu dəhşətli itkilər verdi və tutduğu ərazilərin təxminən 80 fazini itirdi. Azərbaycan silahlı qüvvələri Xankəndinin girişinə çatanda Kreml hərəkətə keçdi və üçtərəfli Bəyanat imzalandı. Bu isə siyasi lider olaraq Paşinyan üçün hər şeyin bitdiyi anlama gəlir. Məğlubiyyətin, ağır itkilərin, ölkədəki siyasi böhranın məsuliyyəti onun üzərində qalıb.
Bir aydan çoxdur Ermənistanda etiraz aksiyaları keçirilir. 17 siyasi partiya birləşərək Paşinyanın istefasını və müvəqqəti hökumətin yaradılmasını tələb edir. Müxalifət keçmiş baş nazir Vazgen Manukyanı keçid lideri elan edib, proqramını açıqlayıb. Bunlar Rusiyaya bağlı siyasi qüvvələrdir, onların kölgə lideri keçmiş prezident Robert Koçaryandır. Dünən Koçaryan Moskvaya şəxsi səfərə gedib. Bu, keçmiş prezidentin həbsdən çıxdıqdan sonra Rusiyaya ilk ziyarətidir. Şübhəsiz ki, o, Rusiyada Ermənistan daxilində yaranmış durumu müzakirə edəcək, Moskvanın mövqeyini daha yaxından öyrənmiş olacaq. Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri nəzərdə tutulsa da, Putin onu qəbul etməkdən imtina edib. Nəticədə Ermənistandan Moskvaya səfəri hazırlamaq üçün göndərilən heyət geri qaytarılıb.
Beləliklə, Paşinyanın Rusiya ilə məsafəli davranması üçün kifayət qədər səbəblər var. Hakim komandada belə qənaət var ki, hökumət əleyhinə etirazların arxasında Rusiya dayanır. Kreml Qərblə sıcaq münasibətləri olan “Soros uşaqları”nı iqtidarda görmək istəmir və keçmiş siyasi elitanı və ya onun uzantılarını hakimiyyət başına qaytarmaqla regionda tam nəzarəti bərqərar etməyə çalışır.
Dağlıq Qarabağda baş verən son hadisələr də separatçı cinayətkarlarla Paşinyan hökuməti arasında müəyyən ziddiyyətlərin olduğunu göstərir. Baş nazir atəşkəsi pozan qrupların Ermənistan silahlı qüvvələrinə tabe olmayan “könüllü birliklər” olduğunu deyib. İşarə edib ki, bölgədə vəziyyətin gərginləşməsində maraqlı deyil, əksinə, Təhlükəszilik Şurasının iclasında Türkiyə və Azərbaycanla münasibətlərin gələcəkdə yaxşılaşdırılmasından danışıb. Hiss olunur ki, Rusiyanın faktiki idarəçiliyində olan Dağlıq Qarabağla bağlı siyasətdə ciddi fikir ayrılıqları var. Konkret ifadə etsək, Araik Arutunyan İrəvandan deyil, bilavasitə Moskvadan idarə olunur və onun maraqlarını həyata keçirir.
Nəticə etibarilə əsas mülahizələr ondan ibarətdir ki, Paşinyana qarşı təzyiqlər daha da artacaq. İstənilən halda, Kreml üçün bundan sonra Paşinyanın hakimiyyətdə qalması arzuolunmazdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2020, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-12-2020, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09