reklam
Regionxeberlericom.az » Gündəm » “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”dan NARAZILIQ

reklam

“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”dan NARAZILIQ


“Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edildiyi iddia edilir. regionxeberlericom.az bildirir ki, bu barədə “Qafqazinfo”ya şikayət edilib.

Vətəndaş Qəhrəmanov Rövşən bildirib ki, 2015- ci ildə “Muğanbank”ın Şəmkir filialından Hüseynova Validə Əli qızının adına dollar krediti götürüb: “Kredit bağlanıb. Bizə 913 manat kompensasiya düşür. Bank bizdən 240 manat pul istəyir. Deyir ki, bu pulu gətirməsəniz, kartınızı ala bilməyəcəksiniz. İşçilər deyirlər ki, bizə guya güzəşt edilib. Hansı sənədlə güzəşt edilib? Bunu sübutla ortaya qoyan yoxdur. Halbuki biz artıqlamasıyla kreditimizi bağlamışıq. Bu cür problemi tək bizə yox, müştərilərin çoxuna yaşadırlar”.

Digər müştəri Hacıyeva Yavər Seymur qızı isə qeyd edib ki, o da 2015- ci ildə 2000 dollar kredit götürüb: “Krediti ödəyib bitirmişik. Hazırda bizə 1600 manat kompensasiya düşür. Bizdən də 516 manat pul tələb edirlər”.

“Qafqazinfo” məsələ ilə bağlı “Muğanbank”la əlaqə saxlayıb. Bankdan bildirilib ki, heç kimdən rüşvət istənilə bilməz. Adları çəkilən şəxslər və digərləri bankın filial müdirinə yaxınlaşa bilərlər. Kompensasiya hesablanmış müştərilər kartlarını ala bilərlər”.


Paylaş:


Müəllif : Tarix:
14-05-2019, 12:01
Sikayət   


loading...
Загрузка...