TƏBİB-dən satışa çıxarılan müalicə paketləri ilə bağlı açıqlama: - “Bizlik deyil, Səhiyyə Nazirliyi...”
Koronaviruslu xəstələrə pulsuz verilməli olan dərman paketləri apteklərdə satışa çıxarılıb.
İçərisində TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin loqosu olan içlik vərəqində vitamin C, D, maqnezium, sink, L-selenometionim və hərarətsalıcı parasetamol həbinin daxil olduğu bu paketlər apteklərdə 53 manata təklif edilir.
Amma qeyd etdiyimiz kimi, bu paketlər koronaviruslu xəstələrə pulsuz təqdim edilməlidir. Bundan əlavə bəzi koronaviruslu xəstələr həmin müalicə paketlərinin onlara təqdim edilməməsindən də narazıdır.
Maraqlıdır, pulsuz paylanılmalı olan paketlərin satışının qarşısının alınması üçün aidiyyatı qurumlara mürüciət edilibmi? Ümumiyyətlə, əvvəllər xəstələrə verilmiş bu paketlər indi niyə xəstələrə təqdim olunmur?
TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq şöbəsindən Sfera.az-a bildirilib ki, müalicə paketləri hələ də xəstələrə təqdim olunur və həmin paketlərin satışının qarşısının alınması üçün dövlət qurumlarına müraciət edilib:
"Məlum olduğu kimi poliklinikalar, Təcili Tibbi Yardım Səhiyyə Nazirliyinin tabeliyindədir. Bu səbəbdən koronaviruslu xəstələr üçün ayrılmış müalicə paketləri birbaşa nazirlik tərəfindən təqdim edilir, Bunun TƏBİB-ə aidiyyatı yoxdur.
Lakin həmin paketləri bölgələrdə TƏBİB təqdim edir və indi də bu proses davam etdirilir. Bakı şəhəri üzrə müalicə paketlərinin satılmasının qarşısının alınması üçün artıq aidiyyatı qurumlara müraciət edilib və müvafiq işlər görülür".
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2020, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-12-2020, 12:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01