“Şahbazla Dilqəm cinayətkar yox, girov idilər" - AÇIQLAMA
Ermənistan separatçıları tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev artıq vətəndədirlər. Məlumdur ki, 7 ilə yaxın müddətdə düşmənin əlində olan soydaşlarımız üzərində qanunsuz saxta məhkəmələr qurulub. "Məhkəmə"nin qərarı ilə “cinayətkar” adlandırılan Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistan tərəfi illər ərzində “cinayətkar” kimi həbs etdiyi soydaşlarımızı kapitulyasiya sənədinə imza atdıqdan sonra əsir və girovların dəyişdirilməsi prosesində girovlar sırasında ölkəmizə qaytardı. Deməli, D.Əsgərov və Ş.Quliyev hər hansı bir cinayət törətməyiblər və Ermənistan dövləti soydaşlarımızın azadlığının 7 ilini əllərindən alıb. Bu baxımdan Avropa məhkəməsinə müaricət edib, düşmən ölkədən təzminat tələb etmək vacib məsələlərdən biri olmalıdır. Məhz belə addım atmaqla beynəlxalq aləm və dünya ölkələri Azərbaycanın öz vətəndaşlarına sahib çıxdığının bir daha şahidi olacaq. Ermənistan soydaşlarımızın girovluqda qaldıqları hər gün üçün təzminat ödəməlidir.
Məsələ ilə bağlı “AĞ Partiya” sədri Tural Abbaslı “Sherg.az”a danışıb. Partiya sədri bildirib ki, girovlarımızın geri qaytarılması bir növ Ermənistanın etiraflarından biridir:
“Üçtərəfli bəyanatda əsir və girovlarımızın qaytarılması ilə bağlı maddə var idi. Artıq Dilqəm Əsgərov və Şahbaz Quliyev ölkəmizdədir. Onlardan başqa erməni əsirliyində olan vətəndaşlarımız da geri qaytarılıb. Lakin D.Əsgərov və Ş.Quliyev qondarma “məhkəmə”nin hökmü ilə cinayətkar adlandırılırdı. Vətəndaşlarımızı geri istəyəndə isə onların hərbi əsir və girov yox, cinayətkar olduqlarını qeyd edirdilər. Məlumdur ki, əsirlərimiz geri qaytarıblarsa, deməli, bu, Ermənistanın etirafıdır. Yəni düşmən ölkə D.Əsgərov və Ş. Quliyevin cinayətkar yox, girov olduğunu boynuna alır. Çünki məhkəmə tərəfindən məhkum olunan şəxslər yalnız ekstradisiya olunur, yəni girov kimi dəyişdirilmir. Bütün bunlar beynəlxalq hüquqda da bu təsbit olunub”.
T.Abbaslı qeyd edib ki, D.Əsgərov və Ş.Quliyev öz torpaqlarımızda girov götürülmüşdü:
“Bu gün həmin ərazilərin bizdə olması, Ermənistanın bu faktı üçtərəfli bəyanata imza ataraq təsdiqləməsi düşmənin ikiqat etirafıdır: öz ərazimizdə soydaşlarımızı 7 il girov götürüblər.
Bununla bağlı tək Avropa məhkəməsinə yox, beynəlxalq tribunala da müraciət etmək lazımdır. Çünki onları girov götürənlər Ermənistanın hərbi qulluqçuları idi. 7 ilə yaxın insan həyatı və taleyi ilə oynayıblar, onların azadlıqlarını əllərindən alıblar.
Gərək dövlətimiz də bu məsələni başlı-başına buraxmasın. Dövlət hər iki soydaşımıza dəstək verməli, lazımi hüquqi yardım göstərilməlidir. Etmədikləri cinayətə “məhkum” oldunduqlarına, ailələrindən ayrı düşdüklərinə və girovluqda qaldıqları hər günə görə Ermənistandan təzminat tələb olunmalıdır.
Bu məsələni bütün hüquq və siyasi müstəvilərdə qabartmalıyıq ki, gələcəkdə belə nüanslar təkrarlanmasın, dünya ölkələri vətəndaşlarımıza sahib çıxdığımızı görsün”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2020, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-12-2020, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01