reklam
Regionxeberlericom.az » Gündəm » Karantində dəbdəbəli ad günü keçirən məktəb direktoru barədə İLGİNC FAKTLAR - Belə deyirlər...

reklam

Karantində dəbdəbəli ad günü keçirən məktəb direktoru barədə İLGİNC FAKTLAR - Belə deyirlər...


Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin dövründə özü üçün dəbdəbəli ad günü mərasimi təşkil etməsi cəmiyyətdə ciddi narazılıqla qarşılanıb.

“BakuPost” xəbər verir ki, bu N.Məmmədovanın adının hallandığı ilk qalmaqal deyil. Həm mətbuatda, həm də sosial şəbəkələrdə onunla bağlı zaman-zaman etiraz doğuran faktlar dərc olunub.

Bir müddət öncə N.Məmmədova axar.az saytının əməkdaşını təhdid etmişdi:

"Sən bilirsən, kimə zəng edibsən? Başın bədəninə ağırlıq edir”.

Müxbirin istəyi isə direktorun adının keçdiyi rüşvət və korrupsiya ittihamlarına aydınlıq gətirmək idi.

Bundan sonra sayt N.Məmmədovanın səs yazısını yaydı. Direktor isə sadəcə töhmət aldı.

N.Məmmədovanın adı amerikapress.com saytının rəhbəri, hüquq müdafiəçisi Rauf Sultanovun həbsində də hallanır. Məhkəmə prosesində iştirak edən direktor R.Sultanovun ondan 5 min manat istədiyini iddia edib:

“İki min manata razılaşdıq. Bundan sonra Rauf məni tez-tez rahatsız edirdi. Gecə saatlarında zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi. Mənə görüntülü zənglər də edirdi. Onun görüntülü zənginə cavab verdim, şəkər xəstəsi olduğumu, ayağımı isti suya qoyduğumu göstərdim. Dedim ki, məni narahat etmə. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim.
Pulu vermək üçün məni evinə çağırdı, dedi ki, nə içirsən, hazırlayım. Mən dedim ki, heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm, bunu da zarafatla dedim. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən evdə danışmaqla onun başını qatdım, suallar verməyə başladım. Sonra qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.

R.Sultanov isə ittihamların saxta olduğunu bildirmişdi.

İndi isə N.Məmmədova həm karantin rejimini kobud şəkildə pozub, mərasim keçirdiyinə, həm də şəhidlərimizin ruhuna hörmət qoymayıb, şadyanalıq təşkil etdiyinə görə qınanılır. Bir tədris-tərbiyə müəssisəsinin direktorunun bu addımı atması, nəticədə sadəcə töhmətlə cəzalandırılması cəmiyyətdə qınaqla yanaşı, suallar da yaradır: Bu qədər qalmaqala səbəb olan məktəb direktoru niyə hələ də vəzifəsində saxlanılır?

Bir çox mənbələrdə N.Məmmədovanın vəzifədə saxlanılması qardaşının yüksək vəzifədə olması ilə əlaqələndirilir. Direktor İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun bacısıdır.

Yazının sonunda R.Məmmədovun bacısı ilə bağlı açıqlamasını təqdim edirik:

"Nailə xanım mənim bacımdır, onun direktoru olduğu məktəb Bakının ən nümunəvi məktəblərindəndir. Məzunları arasında deputatlar, dövlət rəsmiləri var. Nailə xanım Maştağanın ən öndə gedən və sevilən ziyalılarındandır. O məktəb Sabunçu rayonunun akademiyası adlanır. İnsanlar çalışmalıdır ki, vicdanlı olsunlar. Yaxşı şeyləri qoyub, kiməsə qarşı kampaniya aparmaq düzgün deyil. Jurnalistlərə isə müraciət edirəm ki, əgər bacarırsınızsa, mini yubkalı, ağzında siqaret olan, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox".

R.Məmmədov həmçinin qeyd edib ki, Nailə Məmmədovanın oğlu Xüsusi Dövlət Mühafizə Xidmətində çalışır.


Paylaş:


Müəllif : Tarix:
23-12-2020, 14:20
Sikayət   


loading...
Загрузка...