Ramiz Mehdiyevin Sabirabaddakı ƏMANƏTİ... - NARAZILIQ!
Ölkənin Mərkəzi Aran bölgəsinin əhalisinin sayına və ərazisinə görə ən böyük rayonlarından biri də, Sabirabad rayonudur. Rayonun 200 min nəfərə yaxın sakini var. 80-dən çox kəndi və rayon mərkəzindən ibarət olan ərazi vahidi var.Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan parlaq qələbədən sonra Sabirabadda da sosial narazılıqların həllinə dair həssas yanaşılması göstərişinə bu rayonda əməl edilmir. Gundeminfo.az-a danışan mənbə bildirir ki, rayonda aylardır ki, Kür çayı sahilində yerləşən kənd sakinləri içməli su tapa bilmirlər. Rayonun Melorasiya İdarəsinin "Azərişıq"-a olan borcunun külli miqdarda yığılıb qalmasından sonra Cavad, Həsənli, Əlicanlı, Zəngənə, Türkəndi, Yolçubəyli kəndlərində içməli su yoxdur. Rayon sakinləri dəfələrlə icra başçısına məsələ ilə bağlı şikayət etməyə çalışsalar da onların dərdini dinləyən yoxdur. Sakinlər bildirir ki, məsələ ilə bağlı bu kəndlərdən seçilən deputat Əhliman Əmiraslanovu da tapa bilmirlər. Yalnız seçkilər dövründə epizodik olaraq üzünü gördükləri deputatın rayonda nə qərargahı var, nə də köməkçisi ilə əlaqə yaratmaq mümkün deyil.
Gundeminfo.az-a danişan mənbə bildirir ki, uzun illər Saatlı rayonunda icra başçısı işləmiş Siraqəddin Cabbarovun qəbuluna düşmək də mümkünsüzdür. "Başçının birinci müavini Həsən müəllim yerli əhalinin işi ilə yaxından maraqlanırdı. Hər zaman insanların xeyir-şərində yaxından iştirak edirdi. Artıq uzun müddətdir ki, Həsən müəllim (Həsən Həsənov icra başçısının birinci müavini red) koronavirusa yoluxub. Süni nəfəs aparatına qoşulub. İndi biz dərdimizi deməyə adam tapa bilmirik. Adamlar dərdini demək üçün gərək Prezident Adminstrasiyasına müraciət etsin ki, onların işi ilə kimsə maraqlansın" deyə sakinlər bildirirlər.
Gundeminfo.az xatırladır ki, Sabirabadın hazırki icra başçısı Siraqəddin Cabbarovun bir müddət əvvəl Dövlət Başçısı tərəfindən vəzifəsindən azad edilən PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə yaxın dostluq əlaqələrinin olmasına dair yerli mediada iddialar səslənib. Mənbəmiz iddia edir ki, S.Cabbarov indi də Ramiz Mehdiyevlə sıx təmasdadır və ondan bəzi təlimatlar alır. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2020, 14:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-12-2020, 14:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti