reklam
Regionxeberlericom.az » Gündəm » Qarabağ qazilərinə xidmət edəm tibb ocağını satan məmur kimdir?

reklam

Qarabağ qazilərinə xidmət edəm tibb ocağını satan məmur kimdir?


Qarabağ qazilərə sağlamlıq bəxş edən səhiyyə ocağı hərraca çıxarılıb. Qazi İlqar İsmayılov deyir ki, hansısa varlı məmur onları əlacsız vəziyyətə salıb. Onun sözlərinə görə, Göygöl şəhərində yerləşən Kordiorevmatoloji Sanatoriya Kürdəmirdən Qazax rayonuna qədər olan ərazidə qazilər və şəhid ailələri üçün  yeganə mərkəzidir:
"Sanatoriyanın bağlanması ilə Qarabağ qaziləri müalicəsiz qalacaq. H Qarabağ qazilərinin yeganə müalicə yeridir. Hansısa məmur bizim müalicə yerimizdə restoran açır. Sanatoriya 2020-ci ilin noyabrın 17-də hərrraca qoyulub. 38 nəfər işçi heyəti ola-ola, fəaliyyətdə olsa da, dəyərindən iki dəfə aşağı qoymətə satışa çıxarılıb. Bizdə olan məlumata görə, sanatoriya İqtisadiyyat Nazirliyi Əmlak Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən 250 min manata satılır. 267 min manata Asim Ağaəliyev Şahpələn oğlu tərəfindən alınıb. Ona keçmiş hərbiçi Etibar Camalov Yadigar oğlu köməklik edir. Camalov hazırda özünü obyektin sahibi kimi aparır və hər gün zəng edərək rəhbərliyi hədələyir. İşçiləri incidir, onlara vədlər verir". 
Şikayətçilər iddia edir ki, sanatoriyanın satışı təqdiqlənən kimi, tibb işçiləri işdən məhrum olacaq: "Ən böyük zərbə isə qazilərə və şəhid ailələrinə dəyəcək. Onlar burada təmənnasız müalicə alır və dövlət onları təmin edir. Onlar onlara bəxş etdiyi sevincdən məhrum edilir. Niyə? Səbəb yoxdur. Hansısa varlı məmur oranı ələ keçirir. Maraqlısı oldur ki, Səhiyyə və İqtisadiyat nazirliklərinə müraciət etsək kə, onlar xəbərsiz olduqlarını deyirlər. Ona görə də ölkə başçısına üz tuturuq. Hara gedəcəyimizi bilmirik. Prezident İlham Əliyev imkan verməsin ki, müalicəmiz yarımçıq qalısın, qazilər çöllərə düşsün. Prezidentimiz həmişə çıxışlarında deyir ki, qazilər mənim qardaşımdır. Biz ona güvənirik, ümid edirik ki, bizi köməksiz qoymayacaq. Məqsədimiz budur ki, Aprel döyüşlərində sağlamlığını itirən və digər Qardağ qaziləri, şəhid ailələri çöllərdə qalmasın".  
Sanatoriyada çalışan tibb işçiləri də həmin sanatoriyanın hərrac yolu ilə satışa çıxarılmasına qarşıdır. Onlar deyir ki, əks halda onlarla tibb içisi işsiz qalacaq. 
Məsələ ilə bağlı A.Ağaəliyevlə əlaqə saxlamaq mümkün olmadı. 
Xatırladaq ki, sanatoriya 2009-cu ildə ölkə başçısı İlham Əliyevin göstərişi ilə istifadəyə verlib. Qarabağ qazisi Kamil Hüseynov hazırda xəstəxananın baş həkimidir. /Criminal.az


Paylaş:


Müəllif : Tarix:
31-12-2020, 18:58
Sikayət   


loading...
Загрузка...