Prezidentin Sərəncamı düzgün icra olunmur – Ağdam İcra Hakimiyyətindən şikayət
Ermənistanın hərbi təcavüzü nəticəsində mülkiyyətinə ziyan dəymiş Ağdam rayonu Zəngişalı kənd sakini Şahsuvar Şikar oğlu Məmmədov şikayət məktubu ilə redaksiyamıza müraciət edib.
Ş.Məmmədov müraciətində bildirib ki, 44 günlük Vətən Müharibəsində Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb və nəticədə onun da evinə top mərmisi düşüb. Zərərçəkmişin sözlərinə görə, top mərmisi evin damını, bütün pəncərələri və məişət əşyalarını sıradan çıxarıb, otaqları bir-birindən ayran divarlarda çatlar əmələ gəlib. Ş.Məmmədov iddia edib ki, buna görə dövlətdən ona veriləcək maddi yardım Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən tam şəkildə ünvanına çatdırılmayıb:
“Oktyabrın 12-də Ağdam rayonu Zəngişalı kəndindəki evimə top mərmisi düşüb. Evimə ciddi ziyan dəyib. Qəlpələr bütün hər tərəfə səpələnib, qapı-pəncərələr, çilçıraqlar, şkaflar, termo, televizor, dolab, tozsoran, soyuducular, geyindiyimiz paltarlar yararsız hala düşüb. Evin özü də tam qəzalıdır. 12 pəncərədən heç biri əmələ gələsi deyil. Mərminin yaratdığı zərbə dalğası pəncərələrdən 3-nü tamamilə çərçivədən çıxarıb. Evin damı dağılıb, divarlar çatlayıb. 130 kvadratmetrə yaxın ev qəlbələrdən deşik-deşikdir. Nazirlər Kabinetinin yaratdığı işçi qrupunun üzvləri evimdə oldular, aktlaşdırma işləri apardılar, 3 dəqiqəlik videoçəkiliş etdilər. Bildirdilər ki, evə dəymiş ziyan dövlət tərəfindən aradan qaldırılacaq, əlavə olaraq məişət əşyalarına görə maddi yardım ödəniləcək. Dekabrın 14-də Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda açıq şəkildə göstərilir ki, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə altı min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə min beş yüz manat məbləğində maddi yardım göstəriləcək. Dekabrın 17-də Baş nazir Əli Əsədovun imzaladığı Sərəncamla zərərçəkmiş əhaliyə maddi yardımın edilməsi üçün Ağdam Rayon İcra Hakimiyyətinə bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz manat vəsait köçürülüb. Əfsuslar olsun ki, Ağdam Rayon İcra Hakimiyyəti ayrılan vəsaiti təyinatı üzrə, tam şəkildə vətəndaşların hesabına köçürməyib”.
Zəngişalı kənd sakini Ş.Məmmədovun iddiasına görə, ona 6 min manat maddi yardım edilməsinə ciddi əsaslar olsa da Ağdam Rayon İcra Hakimiyyəti qeyri-obyektiv bölgü aparıb, cəmi min manat vəsait ödənilib: “Evimdəki şəxsi əşyalarım, o cümlədən televizor, iki soyuducu, tozsoran, paltar şkafları, paltaryuyan, geyimlər mərmi qəlpəsi nəticəsində yararsız hala düşməsinə baxmayaraq, mənə cəmi min manat maddi yardım ödənilib. Həmin məbləğ “Kapital Bank”ın Quzanlı qəsəbəsindəki filialında mənim adıma açılan karta köçürülüb. Belə haqsızlıqla təkcə mən deyil, əksər Ağdam rayon sakinləri üzləşiblər. Bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinə, Zəngişalı kənd icra nümayəndəliyinə, “Kapital Bank”ın Quzanlı qəsəbəsindəki filialına edilən müraciətlərim, şikayətim cavabsız qalıb. Hər kəs “mən bilmirəm” deyib, məsuliyyəti boynundan atır. Saytınız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək kömək istəyirəm. Xahiş edirəm ki, bizə çatacaq vəsaitin, ayrılan maddi yardımın tam həcmdə ünvanına çatdırılmasına göstəriş verilsin”.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 14-də “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb (https://president.az/articles/48975). Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardımın ödənilməsi qərara alınıb: Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində. Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində. Nazirlər Kabinetinə bu Sərəncama uyğun olaraq maliyyələşməni təşkil etmək, aidiyyəti yerli icra hakimiyyəti orqanlarına isə nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmək tapşırılıb.
Onu da əlavə edək ki, Azərbaycan Prezidentinin bu Sərəncamının icrasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədov dekabrın 17-də “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” Sərəncam imzalayıb (https://nk.gov.az/az/document/5012/). Həmin sənədə əsasən də Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsait 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin edilib. Bu vəsaitin 1 848 500 manatı Ağdam Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2021, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-01-2021, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45