“Azərsun” kanalizasiya suyu axıdılan göldən duz çıxardır – İTTİHAM
Binəqədi gölü ətrafında yaşayan sakinlər "Azərsun Holdinq”i Masazır gölünün suyunu çirkləndirməkdə itiham edir.
Sfera.az vəbər verir ki, bu barədə "Ecofront” adlı "Facebook” səhifəsində paylaşım edilib. Sözügedən paylaşımda sakinlərin "Azərsun Holdinq”in Binəqədi bəndini dağıtması ilə bağlı narazılığı öz əksini tapıb:
""AzərSun" ağını çıxardır, gizlənqaç oynayır. Biz Binəqədi gölünün bəndini bərpa edirik, bunlar gəlib bəndi dağıdır, kanalizasiya suyu ilə çirklənən gölün suyunu, təbii duzlu gölü olan Masazır gölünə axıdaraq gölün hidroloji rejimini alt-üst edir. Yenə bəndi dağıdıblar. Üstəlik, Masazır gölündən duz çıxarırlar. Duz çıxartmaq üçün müəssisəyə gölün səviyyəsini qaldırmaq lazım olan kimi, gəlib bəndi dağıdırlar. Bu gölə bütün ətrafdan kanalizasiya suları axır. Ayrılan vəsaitləri yeyib talayıblar, indi yadlarına düşüb ki, gölə kanalizasiya axır. Bunu məqsədli şəkildə edirlər. Hələ də "Azərduz"un istehsalı davam edir. Bu biabırçılığa məntiqli bir zaman kəsiyində son qoyulmasa, etiraz aksiyalarına başlayacağıq. Başqa ediləcək nə qalıb bilmirik".
Yerli camaat holdinq qarşısında tələb də irəli sürüb:
"Tələblərimiz bunlardır:
1. Masazır gölünə kanalizasiya sularınına axıdılmasının qarşısı alınsın!
2. Məsələ həll edilənə kimi və gölün suyunun duz istehsalı üçün təhlükəsiz olması ilə bağlı ekspert rəyləri alınana qədər göldə duz istehsalı dayandırılsın!".
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2021, 16:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2021, 16:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01