“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” - İTTİHAM
Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.
Bu barədə “Report”a məlumat verən şikayətçi bildirib ki, ona qarşı qanunsuzluq edən Əliyev Faiq Xudu oğlu deputat Sabir Rüstəmxanlının qardaşıdır:
“Faiq məni qardaşının deputat olması, əlinin hər yerə çatmasını bildirərək, təhdid etməyə başladı. Dedi ki, ağlın vardı, etibarnamə verməyəydin. Heç bir hüquq-mühafizə, heç bir məhkəmə mənə heç nə edə bilməz”.
Tərəflər arasında hazırda məhkəmə müstəvisində mübahisələndirilən əmlak birgə mülkiyyətdə olub:
“Mən tənha qadınam. Nə ailəm, nə də övladlarım var. Bacımın övladlarının himayəsindəyəm. Bundan istifadə edən Xırdalan şəhəri, Abşeron rayon sakini Əliyev Faiq Xudu oğlu sənədləşmə aparmaq adı ilə paylı mülkiyyətimizdə olan Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 14 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m. olan qeyri-yaşayış sahəsinin mənə düşən hissəsini (16.6 kv.m) yaşlı və xəstə olmağımdan istifadə etməklə öz həyat yoldaşı Yusubova Şəmsiyə Səfdər qızının adına baş etibarnamə almış, üzərindən bir neçə gün keçdikdən sonra həyat yoldaşı ilə öz arasında formal alqı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirib”.
Şikayətçinin sözlərinə görə, ümumi paylı mülkiyyətlərində olan qeyri-yaşayış sahəsindən uzun illərdir ki, Əliyev Faiq Xudu oğlu istifadə etdib:
“Bəzən rəsmi sənədləşdirmə işlərində mənə zəng edərək, qol çəkməyimi xahiş etmişdi. Mən də hər dəfə xəstə və yaşlı olsam da məcbur qalıb onun dediyi yerlərə gedərək sənədləşmə işlərində ona problem yaratmamışam. Sonuncu dəfə 09.06.2020-ci il tarixdə məni yenidən bir neçə sənədə imza atmaq məqsədilə qeyri-yaşayış sahəsinə dəvət etdi. Lakin mən baş vermiş pandemiya və tətbiq edilən məhdudiyyətlər, eləcə də xəstə olmağımı əsas gətirərək onun dediyi yerə getmədim. Belə olan halda o, yaşadığım evə gələrək, məndən notariat kontoruna gedərək ona etibarnamə verməyimi xahiş etdi. Mən razı oldum. Çünki sənəd işlərinə görə hər dəfə onun çağırdığı yerlərə getmək mənə çətinlik törədirdi. O xahiş etdi ki, etibarnaməni onun yoldaşının adına verim. Çünki onun adına versəm sonra problem olar. Mən də ona inanaraq o dediyi kimi etibarnamə verdim. Notariusda bildirdi ki, narahat olma, ancaq sənəd məsələləri üçün verirsən. Lakin evə gəldikdə ailə üzvlərim verdiyim etibarnamənin məzmununa baxaraq, etibarnamə əsasında hər şeyi ona etibar etdiyimi bildirdikdə, mən onların məni aldada biləcəklərindən şübhələndim. Buna görə bir neçə gün sonra həmin notariat kontora gedərək mənə imzalatdıqları etibarnamə əsasında onların nə işlər görə biləcəyini soruşdum. Notarius əvvəlcədən mənə deməsə də, bu dəfə izah etdi ki, hər şey edə bilərlər. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdim. İdarədən bildirdilər ki, narahat olmayın, payınız öz yerindədir. Buna görə rahat olub evə qayıtdım. Lakin 07.07.2020-ci il tarixdə, Abşeron rayonu, 2 saylı notariat ofisinə gedərək, tam rahat olmaq üçün verdiyim etibarnaməni ləğv elətdirdim. Bundan bir neçə gün sonra müraciət etdikdə mənə məxsus olan payın artıq Əliyev Faiq Xudu oğlunun adına keçirilməsini dedilər.
Belə olan halda mən əmin oldum ki, onlar ər-arvad mənə dil tökərək, tənha olmağımdan istifadə etməklə əmlakımı öz adlarına keçirmək niyyəti ilə mənə qarşı qanunsuzluq əməli törədiblər".
Şikayətçininin sözlərinə görə, bundan sonra qarşı tərəfə telefon vasitəsi ilə zəng edib: "Onlar yenə məni aldatmaq istədilər. Qətiyyən belə hərəkətə yol vermədiklərinə məni əmin etmək niyyəti ilə mənimlə çox mehriban danışdılar. Amma mən törətdikləri əməllərdən xəbərdar olduğumu, onların barəsində hüquq-mühafizə orqanlarına xəbər verəcəyimi bildirdikdə iç üzləri açıldı. Məni qardaşının deputat olması, əlinin hər yerə çatmasını bildirərək, təhdid etməyə başladı. Dedi ki, ağlın vardı, etibarnamə verməyəydin. Heç bir hüquq-mühafizə, heç bir məhkəmə mənə heç nə edə bilməz. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli oldum”.
Faiq Əliyev “Report”a açıqlamasında bildirilib ki, şikayətçi Nərgiz Səfərovanın iddiası üzrə Səbail Rayon Məhkəməsi qərar çıxarıb:
“Mən həmin əmlakı Nərgiz xanımdan pulla almışam. Ümumilikdə ona 90 min manata yaxın pul vermişəm. Xanım da bununla bağlı, yəni əmlakın mənə aid olması ilə bağlı 3 dəfə qanunla etibarnamə verib. Nərgiz xanım əmlakı mənə satandan sonra adıma özəlləşdirdim. Sonra ona kimsə deyib ki, əmlakı guya mənə az pula satıb. İndi də deyir ki, “mənə bir az da pul ver”. Belə çıxır ki, hər dəfə məndən pul istəyəndə verməliyəm? Belə olmur axı… Məhkəmə də mənim xeyirimə qərar çıxartdı. Onların yenidən məhkəməyə müraciət edəcəyini də bilmirəm. Qərarda qeyd edilib ki, Nərgiz Səfərova əmlakı mənə etibarnamə ilə satıb. Bu barədə dünən Nərgiz xanımla da danışdım. Bilmirəm dəqiq məndən nə istəyir. Gah deyir məni aldadıb etibarnamə almısan, gah da deyir az pul vermisən. Görünür ki, yenə ona pul verməyimi istəyir. Məndə də elə pul yoxdur ki, verim”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2021, 17:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2021, 17:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09