reklam
Regionxeberlericom.az » Gündəm » Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? - AÇIQLAMA

reklam

Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? - AÇIQLAMA


Azərbaycanda koronavirus pandemiyası ilə bağlı toyların, yasların və kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Qeyd edək ölkə ərazisində gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb. Bundan əlavə yanvarın 18-dən ölkə ərazisində koronavirus əleyhinə vaksinasiya başlayıb. Bu gün bir çoxları martdan sonra toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Azərbaycanda nə vaxtdan toyların keçirilməsinə icazə verilə bilər?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Azərbaycanda Novruz bayramına qədər toyların keçirilməsinə icazə veriləcək:

"Peyvəndlənmənin başlaması və gündəlik yoluxanların sayındakı azalma onu göstərir ki, yumşalmalar davam edəcək. Bu barədə qərarı vermək Operativ Qərargahın səlahiyyətindədir. Hər şey müsbətə doğru gedir. Toylar keçirilən zaman 3 mühüm qaydaya əməl edilməlidir. Belə 500 nəfərlik zalda 100 masa varsa, onun sayını 40-a endirmk lazımdır.

Əgər bir masada 12 nəfər otururdusa, bu gün 6 nəfərə endirmək lazımdır. Stulların arasında metr yarım, masalar arasında isə 2 metr məsafə olmalıdır. Operativ Qərargah toylarla bağlı təlimatları hazırlamalıdır. Vətəndaşlarımız da, həmin təlimatlar əsasında da toyları keçirməlidir. 300 nəfərlik zalda artıq 100-150 nəfər dəvət edilməlidir. İnsanlarımız 50-80 nəfərlə toylarını keçirməyə razı olmayacaq".


Paylaş:


Müəllif : Tarix:
21-01-2021, 13:25
Sikayət   


loading...
Загрузка...