Nazir dəyişdi, bəs, nazirlik? - Köhnə hamam, köhnə tas...
Ötən il iyulun 9-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) əməliyyat keçirdi. Nazirliyin yüksək vəzifəli şəxsləri – İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev rüşvət, korrupsiya, vəzifədən su-istifadə, saxtakarlıq və s. maddələrlə təqsirli bilinərək həbs edildi. Bu hadisədən 5 gün sonra nazir Elmar Məmmədyarov vəzifəsindən çıxarıldı. XİN-də həyata keçirilən “təmizələmə” əməliyyatı çərçivəsində keçmiş baş prokuror, Azərbaycanın Serbiya Respublikası, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri Eldar Həsənov da təxminən bir ay sonra Bakıda saxlanıldı və barəsində həbs-qətimkan tədbiri seçildi.
Nazir kürsüsündə Elmar Məmmədyarovu peşəkar diplomatlardan biri deyil, təhsil naziri Ceyhun Bayramov əvəzlədi. O zaman bəzi müşahidəçilər bu addımı XİN sistemində köklü dəyişikliklər həyata keçirilməsi üçün vacib sayırdı. Əsas gətirilirdi ki, sistemin daxilindəki şəxslər obyektiv və subyektiv səbəblərdən nazirlikdəki neqativ tendensiyaları dayandırmaq və inkişafın öünü açmaq iqtidarında deyil. XİN-də problemlər isə xeyli dərin idi, prezident İlham Əliyev nazirliyin fəaliyyətini tənqid edərkən bəzi dipomatların hətta xarici xüsusi xidmət orqanlarının agentinə çevrildiyini də vurğulamışdı.
XİN-də dəyişiklikdən yarım ildən çox vaxt keçir. Bu müddət ərzində ölkənin xarici siyasət idarəsində hansı yeniliklər baş verib? Nöqsanlar aradan qaldırılıbmı? Aparılan cinayət işlərinin istintaqından nə xəbər var? Ən əsası, nəhayət, Azərbaycanın milli maraqlarının qorunması və həyata keçirilməsində XİN üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilirmi?
Əvvəlcə onu qeyd edək ki, həbs edilən şəxslərdən Faiq Bağırov iki ay DTX-nın istintaq təcridxanasında saxlanıldıqdan sonra sentyabrın 22-də azad edilib. Onun barəsində verilmiş məhkəmə qərarı dəyişdirilib. Ötən il dekabrın 26-da keçirilmiş məhkəmədə isə Fərhad Mollazadə və Səlim Əlizadə barəsində də eyni qərar verilib. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri də ev dustaqlığı ilə əvəzlənib. Həbsdə olan keçmiş səfir Eldar Həsənov vəkili vasitəsilə ictimaiyyətə müraciətində bunu ayrı-seçkilik adlandırıb.
Yeni nazirin XİN-in daxili idarəçiliyində hansı dəyişikliklər aparmasına gəlincə, müavinlərin əksəriyyəti postlarında qalır. Amma diplomatların və əməkdaşların bir hissəsi işdən çıxarılıb, yaxud sərəncama götürülüb. Onlar aylardır ki, qeyri-müəyyənlik içərsində hansı qərarların veriləcəyini gözləyirlər. Habelə Ceyhun Bayramov bəzi idarə rəislərini özünə yaxın şəxslərlə əvəz edib.
Keçən 6 ay müddətində Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanında daimi nümayəndəsi Eynulla Mədətli geri çağrılıb. Onu diplomat olmayan keçmiş deputat Elmira Axundova əvəzləyib. Polşadakı səfir, 80 yaşlı Həsən Həsənovun diplomatik xidmət karyerasına son verilib, onun yerinə Bolqarıstandakı səfir Nərgiz Qurbanova təyin edilib. Ötən il Türkiyə və Yunanıstan arasında münasibətlərin kəskinləşməsi Bakı-Afina münasibətlərinə təsirsiz ötüşməyib. Prezident İlham Əliyev Yunanıstandakı səfiri geri çağırıb, bu ölkə səfirinin aqremanını qəbul edərkən Afinanın siyasətini sərt şəkildə tənqid edib.
Yeni nazir Ceyhun Bayramovun fəaliyyətinə gəlincə, o, 44 günlük müharibənin gedişində vasitəçilərin iştirakı ilə Moskvada, Vaşinqtonda və Cenevrdə keçirilən müzakirələrdə iştirakı ilə diqqətdə olub. Amma müharibə dövründə diplomatiyanın bütün yükünü prezident özü daşıdı. Nazirin ötən həftə gerçəkləşdirdiyi Pakistan səfərini isə yeni ildə gözəçarpan ilk fəaliyyəti hesab etmək olar.
Beləliklə, XİN-in daxili idarəçiliyində olduğu kimi, əsas funksiyasının icra olunmasında mühüm dəyişikliklər baş verməyib. Məsələn, prezidentin bəhs etdiyi xarici kəşfiyyatların nəzarətinə keçmiş diplomatların ifşa edilərək məsuliyyətə cəlb olunması hələ də reallaşmayıb. Habelə Moskvada, İsveçdə və s. ölkələrdəki səfirliklərdən, diplomatik nümayəndəliklərdən, konsulluqlardan gələn şikayətlərin araşdırılması da həyata keçirilmir, ən azı ictimaiyyətə bu haqda hər hansı məlumat verilməyib.
Ümumiyyətlə, XİN-in fəaliyyətində Məmmədyarov dövründən keyfiyyətcə və məzmunca ciddi bir dəyişiklik nəzərə çarpmır. Ceyhun Bayramov hələ də sələfinin müəyyən mənada təkrarı rolunu oynamaqda davam edir. Halbuki, 44 günlük müharibən sonra Azərbaycan xarici siyasətinin qarşısında mühüm vəzifələr dayanır. Regionda yaranan yeni reallıqlar milli maraqların qorunması üçün Azərbaycan diplomatiyasından çeviklik, ardıcıl, məqsədyönlü fəaliyyət tələb edir. İlk növbədə region ölkələri – Türkiyə, Rusiya, İran, Gürcüstanla münasibətlərdə olan aktual məsələlərin həlli, Ermənistanın beynəlxalq müstəvidə Dağlıq Qarabağla bağlı apardığı fəaliyyətin neytrallaşdırılması vacibdir.
Azərbaycanın GUAM-da fəaliyyətinin aktivləşdirilməsi, Avropa İttifaqı, Avropa Şurası ilə mövcud problemlərin həlli də ciddi səylər tələb edir. Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişinin imzalanması, NATO ilə əməkdaşlıqda yeni səhifə açılması, ABŞ-la ikitərəfli münasibətlərin yüksək səviyyəyə qaldırılması da prioritetlər sırasında olmalıdır. Xüsusən, ABŞ-da demokrat administrasiyanın gəlməsi Azərbaycan diplomatiyası qarşısında supergüclə əlaqələrin yenilənməsini, problemlərin həllini mühüm vəzifə kimi qoyur.
Azərbaycan diplomatiyası uzun illərin monoton, səmərəsiz, korrupsiyaya bulaşmış idarəçiliyindən xilas olub, çağdaş dünya ilə ayaqlaşan effektiv idarəçiliyə keçməlidir. XİN sistemi nepotizmdən qurtulmalıdır. //pressklub/az//
Paylaş:
Müəllif : Yazar
Tarix:22-01-2021, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-01-2021, 10:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20