reklam
Regionxeberlericom.az » Gündəm » Kasıb və varlılar üçün peyvənd: - Yoxsa limitli satış?

reklam

Kasıb və varlılar üçün peyvənd: - Yoxsa limitli satış?


Dünya ölkələrinin ortaq probleminə çevirilən koronavirusla mübarizənin yeni bir dönəmi - peyvəndləmə başlayıb.

Bir çox ölkələr təhlükəsizliyin təminatı məqsədi ilə peyvənd istehsalçısı olan ölkələrdən müəyyən miqdarda doza sifariş edib.

Lakin yayılan məlumatlardan görünür ki, demək olar ki, qeydiyyata alınan bütün peyvəndlərdən sifariş verilib.

Hətta özü peyvənd istehsalçısı olan ölkələr də başqa ölkələrdən peyvənd alır. Bu da sanki bütün peyvəndlər satılsın deyə atılmış bir addım kimi qiymətləndirilir.

Maraqlıdır ki, pevınd sayışı strategiyası ortaq maraqlı qüvvələrin planı ola bilərmi? Bu sırf satış xarakteri daşıyırmı?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirib ki, bu, planlı işə bənzəmir: "Mən belə güman edirəm ki, Avropadan gətirilən peyvəndlər imkanlı şəxslər üçün nəzərdə tutulur, Çindən gətirilən peyvəndlər də imkansız əhaliyə vurulur. Bunun sırf peyvənd satışı üçün olduğunu düşünmürəm. Çünki hansısa şirkət bizi məcbur etmir ki, gəl, mənim hazırladığım peyvənndən al. Bu, sadəcə ölkələrin öz seçiminə buraxılan məsələdir".

Həkimin sözlərinə görə, bu istehsalçı şirkətin peyvənd satışındakı qoyduğu limitlə də bağlı ola bilər: "Qaranlıq qalan sadəcə bir məqam var. 4 peyvənd istehsalçısından bu qədər peyvənd niyə alınır? Tutaq ki, 10 peyvəndi həm Rusiyadan, həm, Amerikadan, həm Çindən al. Bunun mənası nədir? Bunu da əslində belə düşünmək olar ki, Avropa ölkələrindən az alırlar. Çünki Çində hazırlanan peyvəndlərin qiyməti ucuzdur və əlçatandır. Amma Avropadan allnan peyvənd bahadır, onu bütün ölkələr ala bilməzlər. Yenə də öncə dediyim məqama gəlirik. Tutaq ki, Hindistan 200 milyon doza Amerika peyvəndi alıb. Bu da onun elitasına ancaq bəs edər. Buradan başqa nəticəyə gəlmək olmur. Məsələn, Azərbaycan yalnız Çin istehsalı olan peyvənd alıb. Bu Azərbaycanın peyvənd strategiyasıdır. Həm də istehsalçılar hər bir ölkəyə məncə, limit daxilində satış həyata keçirir".


Paylaş:


Müəllif : Tarix:
22-01-2021, 17:32
Sikayət   


loading...
Загрузка...