reklam
Regionxeberlericom.az » Gündəm » Ruhi Əliyeva haqqında ŞOK GƏLİŞMƏ... - İDDİA

reklam

Ruhi Əliyeva haqqında ŞOK GƏLİŞMƏ... - İDDİA
















44 günlük Vətən Müharibəsi bitəndən sonra biznesdən olan bir çoxları, o cümlədən ictimaiyyətdə daha çox tanınan şəxslər müharibə qazilərinə yardım göstərirlər. Bu yardım həm də həmin yardımı edənlər üçün reklam xarakteri daşıyır. Çünki etdikləri yardımları geninə-boluna yerli mətbuatda işıqlandırırlar. Təbii ki, bunun da reklam olduğunu heç kim inkar edə bilməz. Əgər bu şəxslərin əsl məqsədi torpaqlarımızın işğaldan azad olunması üçün canlarının bir hissəsini verən qazilərimizin müalicəsinə və sosial şəraitinə yardım göstərməkdisə, onda bu yardımları boyuna-başına işıqlandırmaq üçün də bir zərurət yoxdur. Çünki törəmizin və dinimizin bizə öyrətdiyi bir Allah kəlamı var: “Sağ əlinin verdiyini sol əlin bilməməlidir”. Bu yardım sevərliyin və savab iş görməyin ana prinsipidir. Və əgər sənin sağ əlinlə verdiyini təkcə sol əlin deyil, cümlə aləm bilirsə, onda bu yardım deyil, daha çox qazanmaq istəyidir.


Nə isə… “Yardımsevərlərə” ehtiyacı olanlara yardım etməyin ana prinsipini öyrətməyi bir kənara qoyub mətləbə keçək. Son zamanlar qazilərə yardım üçün səfərbər olanlardan biri də müğənni, müğənni olmasına rəğmən özünə “biznes-ledi” titulunu verən Ruhi Əliyeva da var. Bilirik ki, Ruhi Əliyeva müğənni olmaqdan daha çox məşhur milyarder, Putinin dostu İlham Rəhimova ahıl çağlarında əkiz oğlanlar bəxş etməsi ilə daha çox məşhurdur. Ruhi xanımın “biznes-ledi” olmasının əsas səbəbkarının da elə İlham müəllim olduğunu hər kəs bilməkdədir. Milyarder professor olmasaydı, Ruhi Əliyeva adlı bir “biznes-ledi”nin olması da dünyada mümkün deyildi. Olsa-olsa, elə sıravı bir müğənni olacaqdı və bu qədərindən o yana keçməsi də imkansız kimi bir şeydi.


Dediyimiz kimi, “biznes-ledi” Ruhi Əliyeva son günlər qazilərimizə yardım etmək üçün səfərbər olub və onun bu səfərbərliyi də yerli mediada heç də pis reklam olunmur. Diqqət çəkən məsələ isə odur ki, son olaraq Ruhi xanımın Tovuzda şəhid ailələrinə yardım apararkən yanında-yörəsində görünənlərdir. Məhz görünənlər…


Ruhi Əliyevanın doğulub boya-başa çatdığı Tovuzun şəhid ailələrinə sovqat apararkən, onun yanında boy göstərən Müşviq Abbasov xüsusi diqqət cəlb edib. Bəs kimdir Müşviq Abbasov ?


Detallara girərsək, Müşviq Abbasov işdə yol verdiyi nöqsanlara və dələduzluq əməllərinə görə prokurorluq orqanlarından xaric olunub. Həmçinin, barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq maddələri ilə cinayət işi başlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə sınaq müddəti tətbiq olunmaqla şərti azadlıqdan məhrum edilib.

Bundan başqa onun barəsində CM-nin 178.2.3, 178.2.4(öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 32,312.2-ci maddəsilə (rüşvət vermə) 2-ci cinayət işi də istintaq olunub, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalaravun tərəfindən həmin cinayət işinə baxılır. Axırıncı proses oktyabr ayının 8-də olub. Ehtimal olunur ki, yaxın zamanlarda məhkəmə Müşviq Abbasovun həbs olunması ilə bağlı qərar verəcək.

Sual olunur, qaranlıq keçmişləri olan bu iki sabiq prokurorluq əməkdaşı ilə tanınmış hüquqşünas alim, hüquq elmləri doktoru, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının sədri, Rusiyanın tanınmış biznesmeni və Rusiya prezidentinin yaxın dostları siyahısında olan professor İlham Rəhimovun uşaqlarının anasının yanında nə işləri var? Hansı zərurət onları birləşdirib və onlar Ruhi Əliyevanın yanında peyda olaraq Tovuza şəhid ailələrinə sovqat aparıblar? Bəlkə həbs təhlükəsi yaşayan bu iki sabiq prokuror işçisi Ruhi xanımın yardım kampaniyasında peyda olmaqla həm özlərini reklam edirlər, həm də Azərbaycanın hüquq sistemində böyük nüfuza sahib olan İlham Rəhimova qapı açmağa çalışırlar?

Böyük ehtimalla bu elə də belədir. Lakin Ruhi Əliyeva bu iki dələduzu tanımırmı? Tanımırsa, niyə yanında Tovuza aparıb onları öz “yardımsevərliyinə” şərik edir?

Tanıyırsa və bunu məqsədli şəkildə edirsə, onda bununla hörmətli İlham Rəhimovu, yumşaq desək, pis vəziyyətdə qoyduğunun fərqində deyilmi? Bu “biznes-ledi”nin kaprizidir, yoxsa ortada bizim bilmədiyimiz daha ciddi səbəblər var? Belədirsə onda Ruhi Əliyevanı qarşıda daha böyük qalmaqal gözləyir…

Qeyd edək ki, təqribən 10 gün əvvəl prezident İlham Əliyev Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Rəhimovu “Şöhrət” ordeni ilə təltif edib. //yenicag.az//




Paylaş:


Müəllif : Tarix:
25-01-2021, 10:46
Sikayət   


loading...
Загрузка...