Oqtay Şirəliyevi artıq yora biliblər... - İLGİNC İDDİA
Pandemiya,ikinci Qarabağ savaşı bir daha subut etdi ki, Azərbaycanın savadlı həkimlərə ehtiyacı var. Bu yeni yanaşmalar diqtə edir ki,səhiyyə sistemində islahatlar davam etdirilsin.
Bu tələblər, çağırışlar cəmiyyətin içindən gəlir. Artıq bunu sezməmək, görməmək mümkün deyil.Sosial şəbəkələrdə indinin özündə də koronavirusa qarşı peyvəndləmə işinə bir inamsızlıq var.Faktdır ki,nazir Oktay Şirəliyevin peyvənd olunmasından sonra sosial şəbəkələrdə aparılan dedi-qodular Azərbaycan səhiyyəsinə olan inamsızlığın bariz göstəricisi idi.Nələr yazılmadı,nələr danışılmadı.
Bu günün özündə də rayon xəstəxanalardan videolar yayımlanmaqdadı.Bunlar 5-10 il bundan qabaq səhiyyə sistemində düzgün təşkil olunmayan idarəetmənin nəticəsidir ki,vəziyyəti TƏBİB-in normallaşdırması müşkülə dönüb.Belə başa düşülür, TƏBİB təsadüfdən yaradılmayıb.Yoxsa,gündəlik 4000-5000 min arası koronavirusa yoluxmanın yarada biləcəyi vəziyyəti təsəvvür etmək elə də çətin olmazdı. Hansı ölkədə Səhiyyə nazirliyi ola-ola onun işini təkirarlayacaq digər bir qurum mövcuddur,düşündürücüdür.Elə sosial şəbəkə istifadəçilərinin müzakirə etdikləri bu mövzuya hardasa haqq qazandırmaq yerindədir.
Ölkə vətəndaşları Azərbaycan səhiyyəsinin vəziyyətinə dair sorğuların aparılmasını, kadr hazırlığının ən yüksək səviyyədə həyata keçirilməsini sosial şəbəkələr üzərindən səsləndiriblər, indi də həmin mövqelərində qalırlar. Hətta, illərlə Azərbaycan Tibb Universitetində hökm sürən sistemsizliyin, qohumbazlığın, yerlibazlığın peşəkar həkimlərin hazırlanmasına mənfi təsirlərindən bəhs edilib, edilir. Sabiq rektor Əhliman Əmiraslanov ATU-dan kənarlaşdırıldıqdan sonra cəmiyyətin Gəray Gəraybəylidən gözləntiləri vardı. Amma bu gözləntilər də özünü doğrultmadı.
Görünür bu fikirlər o səbəbdən təkrar-təkrar qaldırılır, yazılır, danışılır ki, son illər Azərbaycan səhiyyəsinə müraciət edən vətəndaşlarımız xərclədikləri pulların qarşılığında sağlamlıqlarına istənilən səviyyədə təminat ala bilməyiblər. Düzdür, Azərbaycan respublikasının prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə səhiyyə müəssisələrinin 60-70 faizi müasir avadanlıqlarla təchiz olunub, amma faktdır ki, tibbi avadanlıqları işlədəcək, xəstəyə düzgün diaqnoz qoyacaq həkimlərimiz çox azdır. Bu qisim savadlı həkimlərdən ölkəni tərk edənləri, dünyasını dəyişənləri nəzərə aldıqda, yaxın illərdə səhiyyəmizin həkim korpusunun kimlərdən təşkil olunacağını şərh etməyə ehtiyac qalmır. Elə əhalinin əksəriyyət kəsimini də narahat edən odur ki, gələcək nəsillər üçün yetişdirilən həkimlərimizin özləri ölkəni tərk edir, təkrar oxuyub işləmək üçün xarici ölkələrə can atırlar.
Belə vəziyyətdə nazir Oqtay Şirəliyevdən səhiyyəni tənzimləyəcək qərarlar qəbul edib, icrasına nəzarət edəcək mövqe sərgiləyəcəyini ummaq da yersizdir. Nazirlikdə gedən "mövqe savaşından" da görünür ki, Oqtay Şirəliyev illərlə müavinlərinə etibar edib, idarəetmədə onlara güvəndiyi üçün artıq peşmançılıq hissi keçirir. O, etibar etdiyi şəxslər tərəfindən bəlkə də aldadıldığının fərqindədir. Bu gün çətin durumla üzləşən Oqtay Şirəliyevin davranışından, fikirlərindən sezilir ki, onun səmimiyyətindən kifayət qədər istifadə edilib,o da artıq belə münasibətə görə usanıb.Nazir müavini Nigar Əliyeva və digər müavinlər, nazirlikdəki aparıcı rəhbər şəxslərin demək olar əksəriyyəti Oqtay Şirəliyevin etimadını itirib.Artıq var-dövlətə, obyektlərə sahiblənənlər, 10 min manat dəyəri olan ətirlərdən istifadəyə aludə olanlar səhiyyə sistemində baş verən xaosun qarşısını almaq iqtidarında deyillər.Yəni, Oqtay Şirəliyev komandasızlıqdan əziyyət çəkir.
“Azərbaycanda həkim var ki?” – deyimini əsas götürüb, sağlamlıqları üçün Gürcüstan, İran, Türkiyə, Rusiya, Avropa və digər ölkələrə üz tutanların faizi isə yüksəlməkdədir. Hətta pandemiya dövründə də gedənlər var. Bir sözlə, ölkəmizdən il ərzində sağlamlıq məqsədilə milyonlarla manat müxtəlif ölkələrə aparılır, səhiyyə məqsədi ilə Azərbaycana gələn isə yoxdur. Yaxın illərdə Azərbaycan Tibb Universitetinin hazırladığı həkim ordusunun isə səhiyyə məqsədilə ölkədən çıxarılan kapitalı önləyəcək vəziyyətdə olmadığı gün kimi aydın görünür. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan Tibb Universiteti acınacaqlı duruma düşüb.Bu tibb ocağı ilə bağlı vəziyyəti isə təhlil edib nəticə çıxarmaq istəmirlər.Necə oldu ki,son illərdə yaradılan İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialına maraq yüksəldi,sualı ətrafında düşünmək istəyən yoxdur.Hətta bir müddət əvvəl, “Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq. Bu da regionlarda, eyni zamanda kəndlərdə, daha ucqar yerlərdə kadrlara ehtiyacı ödəməyə kömək edəcək” kimi fikirlər səsləndirənlər, yetişdiriləcək tibb bacılarının da nə dərəcədə işlərinin öhdəsindən gələcəklərinə əminlik ifadə etmirlər. Digər tərəfdən son bir ildə 4-6 kurs tələbələrinin praktik baxımından xəstələrlə işləməməsini də nəzərə alsaq vəziyyət kafidir.Yəni anatomiya,eləcə də praktik fənlərə dair tələbələrin xəstəxanalarda olmadan onlayn şəkildə həkim sənətinə sahiblənmələrindən danışmaq yersizdir.
Hardasa ATU-nun 90 illik yubileyi ərəfəsində həm də yekdil bir konsepsiya hazırlanmasına ehtiyac var. Çünki, bu təhsil ocağı ya kadr yetişdirmək istəmir, ya da yetişdirə bilmir. Amma fakt odur ki, il ərzində yüzlərlə hazırlıqlı abituriyent 630 baldan yuxarı nəticə göstərərək, ATU-nun tələbəsi adına layiq olur, bir neçə il sonra isə təəssüf hissi keçirir. Peşmançılıq hissini ona görə keçirirlər ki, həkim tituluna sahib olsalar belə, həkim ola bilmirlər. Beləcə günümüzün tələbi rədd edilir, həkim hazırlığı arxa plana keçirilir. Bir sözlə, səhiyyə sistemi üçün kadr hazırlığı tələbə yoldaşlığına, qohumbazlığa, dostbazlığa qurban verilir. Götürək elə səhiyyə sistemi üçün kadr hazırlığı ilə məşğul olan,Azərbaycan Səhiyyə Nazirliyinə tabe Azərbaycan Tibb Universiteti ilə bağlı mövcud vəziyyəti.
Yuxar-aşağı bu ölkədə əksəriyyət məlumatlıdır ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva Gəray Gəraybəyli ilə tələbə yoldaşı olub. Bu səbəbdən də Gəray Gəraybəyli ATU-ya rektor təyin olunub. Yəni, universitetə rektor təyinatı Gəray Gəraybəyli üçün gözlənilməz olmayıb.Nazir müavininin tələbə yoldaşını dəstəklədiyi kimi, rektor Gəray Gəraybəyli də ATU-da işləmək üçün dostlarına, qohumlarına "yaşıl işıq" yandırıb. Bu barədə internet üzərindən araşdırma apardıqda, saytlarda (KİV) yayımlanmış müəyyən məlumatlar əldə etmək mümkündür. Məsələn, Əlizadə Elçin ilk əvvəl ATU-ya təsərrüfat işləri üzrə mühəndis vəzifəsinə gətirilib, sonradan o təsərrüfat işləri üzrə prorektor təyin edilib, rektorun yeznəsidir. Eləcə də, özünün və bibisinin qohumu Mehrabov İlqar Abdulla oğlu ATU-ya baş mühasib təyin olunub.
Tibb elmləri doktoru, əməkdar elm xadimi İbrahim İsayev elmi işlər üzrə prorektor vəzifəsindən uzaqlaşdırılıb. Onu rektorun dostu Rauf Bəylərov əvəzləyib. Saytların verdiyi xəbərə görə, Rauf Bəylərov 24 il ərzində bir nəfər də olsun elmi kadr yetişdirməyib. ATU-ya gətirilən katibələr, köməkçilər, orada aparılan dekan təyinatları, kafedra müdirlərinin əvəzlənməsi hamısı bir əldə cəmləşdirilməklə, Gəray Gəraybəylinin iradəsindən kənar heç nə həyata keçirilməyib. Qohum, tanış, dost, tapşırıq və s. nə qədər yersiz və səmərəsiz amillər varsa, son 4-5 ildə orada təzahür edib.Vəziyyət o həddə çatıb ki, ATU-da 2015-2020-ci illərdə tələbə kəsrlərinin sayı 6 mini ötüb. Prezident Administrasiyasına, aidiyyatı yerlərə tələbələrin şikayət etməmələri üçün tədbirlər görülüb. Bu faktın özü universitet daxili müəyyən narazılıqlara səbəb olsa da, lakin son anda rektorla tələbələr üz-üzə gəlməkdən kənar tutulub. Rektorun çətin vəziyyətə düşməsində gürcüstanlı, şamaxılı qohumlarının rolu az olmayıb. Bu ali təhsil ocağının bir nömrəli vəzifəsi həkim hazırlığı ilə məşğul olmaq olsa da, əksinə ATU-ya aid bütün korpusların ərazisində dönərxana, ticarət köşkləri açılıb, yeməkxanaları idarə edənlər dəyişdirilib, orada bişirilən bəzi yeməklər tələbələr üçün əlçatmaz olub.Bunlar da son olmayıb.
Həkimlərin danışdıqlarını əsas götürsək,ATU-nun Tədris Cərrahiyyə klinikasının direktoru əksər hallarda, müstəqil qərar qəbul edə bilmir. Klinikanı rektor Gəray Gəraybəylinin baş mühasib təyin etdiyi yaxın adamı Nəbi Səfərov idarə edir. Bu isə bəzən narazılıqlara yol açır, klinikanın dəhlizlərində qiybət baş alıb gedir, tələbələrin praktik baxımından yetişdirilməsi isə yaddan çıxarılır.
Halbuki, bu kimi hündür mərtəbəli klinikalar mərhum Ümummilli lider Heydər Əliyevin təşəbbüsünə əsasən o məqsədlə açılmışdı ki, bütün xəstəliklər üzrə ATU-da oxuyan tələbələr nəzəri biliklərini praktik baxımından təsdiqləsinlər. Amma nəzəri cəhətdən hazırlıqlı olan tələbələrə klinikada 3-cü kursdan sonrakı illərdə demək olar praktik baxımdan heç nə öyrədilmir, onlar əksər hallarda cərrahi əməliyyatlarda iştirak etmir. Yəni, kurasya yox səviyyəsindədir, tələbələr daxili, uşaq və digər xəstəliklər barədə praktik baxımdan demək olar heç nə görmürlər.Bu vəziyyətə dair yanaşma isə hələ də dəyişmir.
Universitetin ankoloji klinikasına gəlincə, orada da vəziyyət ürəkbulandırıcıdır.ATU-nun laboratoriyalarında da ictimaiyyətin, tələbələrin xeyrinə dəyişən heç nə yoxdur. Klinik-biokimyəvi laboratoriyada qanın immunoferment üsulu ilə analizi, Mikrobiologiya və İmmunologiya kafedrasının Klinik mikrobioloji laboratoriyasında isə nəcisin ümumi müayinəsi aparılır.Gələcəyin infeksionistlərinin öyrənməli olduqları bu yerlərdə də tələbə adına az hallarda rast gəlmək olar.Yeri gəlmişkən,koronavirusla bağlı vəziyyət bir daha təsdiqlədi ki,ölkəmizə gələcək üçün həm də savadlı virusoloq həkimlər lazımdı.Hazırda sual olunsa ki,həmin laboratoriyalara kimlər rəhbərlik edir,yəqin suala verilən cavab təəccüb doğurmaz. Eləcə də, stamatoloji klinikadan danışmaq yersizdir.
Beləcə, ATU-ya həkim yetişdirilməsi üçün Azərbaycan Respublikası tərəfindən il ərzində milyon manatlarla dövlət vəsaiti ayrılır,gələcək üçün ümid bəslənilir. Bunlar bir ali məqsəd üçün nəzərdə tutulur – savadlı və təcrübəli həkim nəsli hazırlamaq, xalqa, millətə xidmət edib, səhiyyə turizmini təmin etmək.
Hazırkı vəziyyətlə bu inandırıcı görünürmü,düşündürücüdür. ATU hardasa tələbə yoldaşlığına qurban verilir, Nigar Əliyevanın qurup yoldaşı Gəray Gəraybəyli bütün potensialı ilə işləmir.Yox, əgər hazırkı vəziyyətdə bu cür yanaşma ilə, “ailə ansamblı”nı xatırladan ATU tərəfindən peşəkar həkimlərin yetişdirilməsinə inanılırsa, onda orada xərclənən milyonların bir gün iqtisadiyyatmıza səmərə verəcəyinə də bəri başdan inanın!
Faktinfo.az
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2021, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-01-2021, 08:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09