reklam
Regionxeberlericom.az » Gündəm » “AtaSığorta”da nə baş verir? - Rəhbərlik prokurorluğa müraciət edib

reklam

“AtaSığorta”da nə baş verir? - Rəhbərlik prokurorluğa müraciət edib


“AtaSığorta” şirkətinin keçmiş filial direktoru Gürşad Abuşov yeni rəhbərliyin qanunsuz əməllərlə işçilərin maaşlarını vermədiyini və yaxın əlaqələrindən istifadə edərək məsul şəxslər barədə prokurorluqda araşdırma aparılmasını təşkil etdiyini iddia edib.

Mubahise.az-a müraciət edən Gürşad Abuşov bildirib ki, 2017-ci ildən 2021-ci il yanvarın 8-dək öz komandası ilə “AtaSığorta” şirkətində işləyib: “2020-ci ilin noyabr ayından şirkətin Direktorlar Şurasının sədri Ağakərim Məlikaslanovun tapşırığı ilə mənə, işçilərim və agentlərimə qarşı təzyiq və təhdidlər başlayıb. Belə ki,yanvarın 8-də məni özümün də xəbərim olmadan Sumqayıt filialının direktoru vəzifəsindən müqaviləmə birtərəfli olaraq xitam verərək azad ediblər.

Yanvarın 22-də isə digər işçilərimlə birlikdə Sumqayıt şəhər prokurorluğuna bizdən şikayət ediblər. Səbəb kimi inventarın təhvil təslim verilməməsi və əmək müqaviləsi ilə çalışan agentlərimin birinin Abşeron rayonu Xırdalan şəhərində, digərinin isə Lənkəran şəhərində fəaliyyət göstərməsi olub.

İddia edirlər ki,bu agentlər gəlib sənin ofisində oturmalı olduğu halda niyə gedib Xırdalanda və Lənkəranda sığorta satışı həyata keçiriblər? Sığorta agentləri Abdullayev Ruslan, Abuşov Vilayət və Şahzadə Emin 2020-ci ildən bu günə kim satdıqları sığorta haqqına görə komisiyaların ala bilmirlər.

Ağabalayeva Sona isə pandemiya vaxtında Covid-19 virusuna yoluxaraq bülletendə olduğu halda, onu da yanvarın 18-də işdən birtərəfli qaydada azad ediblər.

Ruslan Abdullayevin həm də əmək müqaviləsi olduğu üçün çağırıb baş ofisdə ona qarşı təsir edərək ərizə yazmağa məcbur ediblər. İndi onun barəsində də prokurorluğa şikayət ediblər,guya ki, o müqavilənin şərtlərini pozaraq işə gəlməyib. Amma bu şəxsin ofisi Xırdalan şəhərindədir və burada iş funksiyasın yerinə yetirib. Ofisin üzərində “AtaSığorta” şirkətinin reklamı var. Şirkət rəhbərliyindən tutmuş kadrlar şöbəsinin rəhbərliyinə kimi hamısı bu şəxsin ofisinin Xırdalanda olduğun bilirdi.

Lakin təzə gələn rəhbərlik işçiləri - Təhlükəsizlik departamentinin direktoru Rüfət Hüseynov (əvvəl prokrorluqda işləyib), HR və inzibati işlər departamentinin direktoru İlqar Sadıqov (“AtaBank”dan gəlib), 10 ildən çoxdur “AtaSığorta” şirkətinin Hüquq departamentində çalışan Xətai İsmayılov, təzəlikcə İdarə Heyəti sədrinin müavini seçilmiş Toğrul Qaçayev guya özlərin elə aparırlar ki, bundan xəbərsiz olublar və indi cinayətkarı üzə çıxarıblar”.

G.Abuşov sonda qeyd edib ki, “AtaSığorta” şirkətinin Direktorlar Şurasının sədri Ağakərim Məlikaslanovun atası Abdul Məlikaslanov Mərkəzi Bank sədrinin müşavirdir.


Paylaş:


Müəllif : Tarix:
29-01-2021, 10:57
Sikayət   


loading...
Загрузка...