reklam
Regionxeberlericom.az » Gündəm » Dövlət qurumundan yaslarla bağlı açıqlama

reklam

Dövlət qurumundan yaslarla bağlı açıqlama

2020-ci il ərzində Azərbaycanda dini durumun öyrənilməsi sahəsində tədbirlər davam etdirilib, mütəmadi olaraq monitorinqlər keçirilib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub.

Bildirilib ki, il ərzində müsəlman dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri, Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər Purim, Pesax və Roş-Ha-Şana bayramları qeyd ediblər.

Bunlardan Purim bayramı istisna olmaqla, digərləri karantin rejimi dövrünə təsadüf edib.

2020-ci ildə karantin rejimi dövründə dini ayinlərin icrası ilə yanaşı yas mərasimlərinin pandemiya ilə bağlı müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməsi xüsusi nəzarətdə saxlanılıb, Dövlət Komitəsinin bölgə şöbələri, QMİ-nin bölgə nümayəndəlikləri, yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bu sahədəki pozuntular aradan qaldırılıb.


Paylaş:


Müəllif : Tarix:
30-01-2021, 11:40
Sikayət   


loading...
Загрузка...