Elton Məmmədovun zəncirvari karyerası
Gürcüstanda camaat karantin qaydalarına etiraz aksiyası keçirib. Deyir məmurlar bahalı maşınlarda gəzir, lakin xalqın ucuz avtobuslara ehtiyac duyduğunu qanmaq istəmir. Hökumət orda ictimai nəqliyyatı bağlayıbdır, hələ martın 1-nə qədər açmayacaqmış. Mən o aksiya haqda xəbəri oxuyanda içində bir siyahı da gördüm, az qaldım gülməkdən ölüm. Həmin siyahıda qəzəblənmiş gürcü xalqı yerli hökumətin bahalı (guya - Z.H.) avtomobillərinin markalarını açıqlamışdı.
Belə məlum olurdu ki, Gürcüstanın baş naziri Georgi Qaxariya və maliyyə naziri Maçavariani “ToyotaRAV4" maşını sürür. Bunun 2020-ci ildə buraxılan qəttəzəsini Bakıda 30-40 min dollara satırlar. Müdafiə naziri Audi8, səhiyyə naziri Mercedes 300-filan... Yəni, o boyda gürcü hökumətində 40 min dollardan baha maşını olan qabağıma çıxmadı. İndi sən bunlara necə başa salasan ki, əsl nazirin nəinki özü, hətta nəvə-nəticələri 300-500 min, lap 1 milyon dollarlıq maşınlara minməlidir, yeri gələndə onu qovalayıb camaatın belinə minməlidir? Yoxsa o camaat elə bahalı maşınlara harda toxunacaqdır? İgid gərək yorğan-döşəkdə ölməsin - sözgəlişi. Uca millətimiz buna görə məmurlara minnətdardır.
Ancaq siyahıda ən gülməlisi, Gürcüstan baxımından ağlamalısı isə Tiflis şəhərinin meri Kaxa Kaladzenin avtomobili idi. Öncə qeyd edim ki, bu maşından Bakıda tapmaq çox çətindir. Bahalığına görə yox! Sadəcə, bizdə bu tısbağaya oxşar, iki qapılı, qənaətlə benzin işlədən Fiat500Abart modelli avtomobili özünə hörmət qoyan heç kəs alıb sürməz. Nəinki şəhər icra başçısı, heç adi sahə müvəkkili o maşına girmək istəməz. Bəs necə, maşın gərək tanka oxşasın, yerindən tərpənəndə “vığğğ” eləsin, yanacağı raket kimi sümürsün, qonşu bağrı çatlatsın, arvad-uşağın, nəslin qürur yeri olsun və sairə. Qısa yazsaq, əsl kişinin maşını yekə olmalıdır. Tiflisin meri isə ekoloji standartı-zadı nəzərə alıb balaca şəhər avtomobili sürür. Bakıda bundan olmadığı üçün, qiymətini də bizdə tapmazsan, ancaq beynəlxalq aləmdə 20-30 min dollar arasında imiş. Meriya cəhənnəm, “Milan”da qazandığın pullar butsunun burnundan gəlsin, Kaladze...
Kasıb qonşuya lağ eləmək bizə yaraşmaz, mövzunun yarısından dönək. Mövzu maşın olduğundan, Elton müəllimdən yazaq. Keçmiş nəqliyyat naziri Ziya müəllimin eks-deputat qardaşı Elton müəllimi bu yaxında AMEA-da Radiasiya Problemləri İnstitutuna baş direktor qoyublar. Zəhmətkeşlərimiz bunu tənqid edir, deyirlər Ramiz Mehdiyev görəsən Elton Məmmədovda hansı dərin elmi biliklər tapıbdır. Doğrudan da, Elton müəllimin tərcümeyi-halına baxanda görürsən ilk elmi məqaləsini 57 yaşında yazıb. Nə olsun axı? Sizin qardaşınız nazir olsa, qəfildən dünyanı daha yaxşı dərk etməzdinizmi?
Elton müəllimin elmi məqalələri əsasən Rusiyada bir şübhəli “elmi” jurnalda dərc edilib. (Həmin jurnal yalançı elm və plagiatı aşkar edən rus elmi projesi “Dissernet”in qara siyahısındadır). Elə jurnalı təsis və dərc edən Aleksandr Qusev adlı adamın bioqrafiya və “elmi fəaliyyəti”ni izləyəndə, yalan olmasın, Ostap Bender yada düşür. Örnək üçün, bu adam həm rus müdafiə sənayesi üçün çalışıb, həm Qırğızıstanın güləş üzrə idman ustasıdır, həm hekayə yazır, həm fizikdir, həm alternativ enerji və ekologiya üzrə alimdir və sairə. (Ümumiyyətlə, bir dəqiq müşahidəmi sizlərə bölüşüm: əgər sizə kimsə adında “alternativ”, “bioekologiya”, nə bilim, “beynəlxalq təbiət”-zad sözləri olan titullar sadalasa, ondan uzaq durun, yüz faiz fırıldaqçıdır). Nəsə, dərdimiz Qusev deyil, qoy onu Putin çəksin.
Bəs dərdimiz nədir? Əşşi, heç zad. Elton müəllimə də gələcək elmi fəaliyyətində uğurlar diləyirik. Radiasiyamız etibarlı əllərdədir. Ancaq taksidə xaltura eləyənlər yaxşı qurtarıb, onları lomla deyil, uran izotopuyla da vura bilərdilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-01-2021, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-01-2021, 11:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07