"Ramiz Mehdiyevin oğlu və kürəkəni də həbs edilməlidir" - ŞOK FAKTLAR
Nazim Bəydəmirli: “5 milyon manat qiyməti olan bir müəssisəyə 700 min manat pul təklif etdilər”
Baku Steel Company”nin rəhbəri, iş adamı Rasim Məmmədovun həbsi bir neçə gündür ki, medianın gündəmindən düşmür. Hələ səlahiyyət sahibi olduğu vaxtlardan qalmaqallarla gündəmə gələn məşhur iş adamı elə o vaxtan adını media manşetlərinin ən başlıca xəbərinə çevirməyi bacarıb. Özünün biznes monopoliyasına aid olan rəqiblərini qeyri-qanuni yollarla sıradan çıxarmağı bacaran Rasim Məmmədov sahibkarlara milyonlarla manat dəyərində ziyan vurması ilə də yadda qalıb.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkənlərdən biri, iş adamı Nazim Bəydəmirli Konkret.az-a açıqlamasında şok faktları üzə çıxarıb. Bəydəmirlinin sözlərinə görə, Rasim Məmmədovun ölkənin metal monopoliyasını ələ keçirməsi özünün pik həddini təxminən 2012-ci ildə yaşayıb. Bu adamın qoçu dəstələri 2003-cü ildə təsis edilən və qanuni fəaliyyət göstərən, eyni zamanda 250-yə yaxın insanın çalışdığı “Ataxan Dəmir Sənaye” MMC-yə (Müəssisənin Nizamnamə kapitali 1 milyon yeni manatdan, aktivləri isə həmin vaxt 5 milyon manatdan yuxarı idi və bu barədə audit hesabatı var) daxil olaraq müəssisənin fəaliyyətinin dayandırılmasını tələb ediblər: “Mən Rasim Məmmədovun telefon nömrəsini tapdım və ona zəng edərək hansı haqla bu cür addım atdığını soruşdum. Əvəzində isə “Baku Steel”dən başqa heç bir zavod işləməməlidir sözlərini eşitdim. Bu adamın atdığı addımın qeyri-qanuni olduğunu bildirdikdə, “hara şikayət edirsən-et, tapşırıq belədir” cavabı verildi. Həmin gün 20-yə yaxın istehsal müəssisələrinə “Baku Steel”in qoçularının hücum etdiyini öyrəndim”.
Nazim Bəydəmirli deyir ki, ikinci telefon danışığı Rasim Məmmədovun təşəbbüsü ilə baş tutub və o danışığa çağırılıb: “Mən Rasim Məmmədovla görüşə getmədim. Əvəzində isə müəssisənin digər təsisçisi, o cümlədən direktor Abdulla Əsgərov Rasim Məmmədovla görüşdü. Nəticə belə oldu ki, zavoda baxış keçiriləcək, qiymətləndirmə aparılacaq və müəssisə satın alınacaq. Beləcə zavodun onlara məcburi təhvil verilməsi ilə bağlı danışıqlara başladıq. Bu vaxt ərzində isə bizi işləməyə qoymadılar. Bir neçə aydan sonra 5 milyon manat qiyməti olan bir müəssisəyə 700 min manat pul təklif etdilər. Bununla razılaşmadım və məhkəmələrə üz tutdum. Məhkəmə fəaliyyətimizin qanuni olduğunu tanısa da, dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul etmədi. Beləcə Rasim Məmmədov müəssisəmə 5 milyon manat ziyan vurdu. Müəssisəmizi məcburi şəkildə bağlatdırdı, işçilərimizə və müəssisənin rəhbərliyinə qarşı fiziki zorakılıq göstərildi”.
Nazim Bəydəmirli Rasim Məmmədovun həbsindən sonra zərərçəkmiş kimi tanınması üçün aidiyyatı instansiyalara müraciət hazırladığını da bildirib.
Tural Abbaslı: “Tək Rasim Məmmədov deyil, eləcə də Ramiz Mehdiyevin oğlu və kürəkəni barədə də, istintaq tədbirləri həyata keçirilməlidir”
Rasim Məmmədovun həbsinə münasibət bildirən “Ağ Partiya” sədri Tural Abbaslı da maraqlı məqamlara toxunub. O bildirib ki, Rasim Məmmədov Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə və onun oğluna məxsus zavodları işlədən adam idi. Buna görə də, heç kim onun həbsini gözləmirdi: “Hesab edirəm ki, Ramiz Mehdiyevin özü və ətrafı zəiflədilir. Bunun birinci yolu isə onun iqtisadi resurslarının əlindən alınmasından başlayır. Mehdiyev imperiyasında “Baku Steel Company”nin xüsusi çəkisinin olduğunu nəzərə alsaq, o zaman bu resursun onun əlindən alınacağı gözlənilən idi”.
Tural Abbaslı əlavə edib ki, bu prosesin ardı gəlməlidir: “Tək Rasim Məmmədov deyil, eləcə də Ramiz Mehdiyevin oğlu və kürəkəni barədə də, istintaq tədbirləri həyata keçirilməli və dövlətdən oğurlanan pullar geri qaytarılmalıdır. Bu ipin bir ucu da əvvəl-axır Ramiz Mehdiyevə gedib çıxacaq. Çünki Rasim Məmmədov kimi bir şəxs himayəsi olmadan belə maliyyə resursları əldə edə bilməzdi. Ramiz Mehdiyev, Əli Həsənov kimi bir insanlar Azərbaycanın inkişafına əngəldir. Odur ki, bu insanlar öz cəzalarına çatmalıdırlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2021, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Nazim Bəydəmirli: “5 milyon manat qiyməti olan bir müəssisəyə 700 min manat pul təklif etdilər”
Baku Steel Company”nin rəhbəri, iş adamı Rasim Məmmədovun həbsi bir neçə gündür ki, medianın gündəmindən düşmür. Hələ səlahiyyət sahibi olduğu vaxtlardan qalmaqallarla gündəmə gələn məşhur iş adamı elə o vaxtan adını media manşetlərinin ən başlıca xəbərinə çevirməyi bacarıb. Özünün biznes monopoliyasına aid olan rəqiblərini qeyri-qanuni yollarla sıradan çıxarmağı bacaran Rasim Məmmədov sahibkarlara milyonlarla manat dəyərində ziyan vurması ilə də yadda qalıb.Bu şəxsin qanunsuz əməllərindən zərər çəkənlərdən biri, iş adamı Nazim Bəydəmirli Konkret.az-a açıqlamasında şok faktları üzə çıxarıb. Bəydəmirlinin sözlərinə görə, Rasim Məmmədovun ölkənin metal monopoliyasını ələ keçirməsi özünün pik həddini təxminən 2012-ci ildə yaşayıb. Bu adamın qoçu dəstələri 2003-cü ildə təsis edilən və qanuni fəaliyyət göstərən, eyni zamanda 250-yə yaxın insanın çalışdığı “Ataxan Dəmir Sənaye” MMC-yə (Müəssisənin Nizamnamə kapitali 1 milyon yeni manatdan, aktivləri isə həmin vaxt 5 milyon manatdan yuxarı idi və bu barədə audit hesabatı var) daxil olaraq müəssisənin fəaliyyətinin dayandırılmasını tələb ediblər: “Mən Rasim Məmmədovun telefon nömrəsini tapdım və ona zəng edərək hansı haqla bu cür addım atdığını soruşdum. Əvəzində isə “Baku Steel”dən başqa heç bir zavod işləməməlidir sözlərini eşitdim. Bu adamın atdığı addımın qeyri-qanuni olduğunu bildirdikdə, “hara şikayət edirsən-et, tapşırıq belədir” cavabı verildi. Həmin gün 20-yə yaxın istehsal müəssisələrinə “Baku Steel”in qoçularının hücum etdiyini öyrəndim”.
Nazim Bəydəmirli deyir ki, ikinci telefon danışığı Rasim Məmmədovun təşəbbüsü ilə baş tutub və o danışığa çağırılıb: “Mən Rasim Məmmədovla görüşə getmədim. Əvəzində isə müəssisənin digər təsisçisi, o cümlədən direktor Abdulla Əsgərov Rasim Məmmədovla görüşdü. Nəticə belə oldu ki, zavoda baxış keçiriləcək, qiymətləndirmə aparılacaq və müəssisə satın alınacaq. Beləcə zavodun onlara məcburi təhvil verilməsi ilə bağlı danışıqlara başladıq. Bu vaxt ərzində isə bizi işləməyə qoymadılar. Bir neçə aydan sonra 5 milyon manat qiyməti olan bir müəssisəyə 700 min manat pul təklif etdilər. Bununla razılaşmadım və məhkəmələrə üz tutdum. Məhkəmə fəaliyyətimizin qanuni olduğunu tanısa da, dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul etmədi. Beləcə Rasim Məmmədov müəssisəmə 5 milyon manat ziyan vurdu. Müəssisəmizi məcburi şəkildə bağlatdırdı, işçilərimizə və müəssisənin rəhbərliyinə qarşı fiziki zorakılıq göstərildi”.
Nazim Bəydəmirli Rasim Məmmədovun həbsindən sonra zərərçəkmiş kimi tanınması üçün aidiyyatı instansiyalara müraciət hazırladığını da bildirib.
Tural Abbaslı: “Tək Rasim Məmmədov deyil, eləcə də Ramiz Mehdiyevin oğlu və kürəkəni barədə də, istintaq tədbirləri həyata keçirilməlidir”
Rasim Məmmədovun həbsinə münasibət bildirən “Ağ Partiya” sədri Tural Abbaslı da maraqlı məqamlara toxunub. O bildirib ki, Rasim Məmmədov Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə və onun oğluna məxsus zavodları işlədən adam idi. Buna görə də, heç kim onun həbsini gözləmirdi: “Hesab edirəm ki, Ramiz Mehdiyevin özü və ətrafı zəiflədilir. Bunun birinci yolu isə onun iqtisadi resurslarının əlindən alınmasından başlayır. Mehdiyev imperiyasında “Baku Steel Company”nin xüsusi çəkisinin olduğunu nəzərə alsaq, o zaman bu resursun onun əlindən alınacağı gözlənilən idi”.Tural Abbaslı əlavə edib ki, bu prosesin ardı gəlməlidir: “Tək Rasim Məmmədov deyil, eləcə də Ramiz Mehdiyevin oğlu və kürəkəni barədə də, istintaq tədbirləri həyata keçirilməli və dövlətdən oğurlanan pullar geri qaytarılmalıdır. Bu ipin bir ucu da əvvəl-axır Ramiz Mehdiyevə gedib çıxacaq. Çünki Rasim Məmmədov kimi bir şəxs himayəsi olmadan belə maliyyə resursları əldə edə bilməzdi. Ramiz Mehdiyev, Əli Həsənov kimi bir insanlar Azərbaycanın inkişafına əngəldir. Odur ki, bu insanlar öz cəzalarına çatmalıdırlar”.
Paylaş:
Müəllif :
Fuad
Tarix:31-01-2021, 11:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti