reklam
Regionxeberlericom.az » Gündəm » Əhmədzadənin daha bir ərköyünü: Yusif Ələsgərov... - İTTİHAM

reklam

Əhmədzadənin daha bir ərköyünü: Yusif Ələsgərov... - İTTİHAM


Məlum olduğu kimi, ötən il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə su təsərrüfatında mövcud olan problemlər və görüləcək işlər müzakirə edilərkən, dövlətimizin başçısı öz nitqində Ona hər gün 10-dan çox məktublar gəldiyini qeyd etmişdi: “Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?.. Hər bir məktuba çox diqqətlə yanaşmaq lazımdır və həlli bilavasitə qısa müddət ərzində mümkün olan məsələlər dərhal həll olunmalıdır…”

Şükürlər olsun ki, ölkəmizin ərazi bütövlüyü uğrunda Böyük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun cəbhədə bir-birinin ardınca qazandığı qələbələr çox keçmədən düşmən üzərində tam zəfərlə başa çatdı və indi çəkdiyimiz əziyyətlərin bəhrəsini görürük. Torpaqlarımızın işğaldan azad olunması bir çox problemlərimizin də avtomatik olaraq həllinə, hətta sosial-iqtisadi planda inkişafın sürətlənməsinə yönəlik bəzi regional layihələrin vaxtından tez gerçəkləşməsinə gətirib çıxaracaq. Necə ki, yağı tapdağından azad olunmuş Suqovuşan su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunmuşdur. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranmışdır.

Lakin işğaldan azad edilmiş torpaqlar, o cümlədən, içməli və suvarma suyu mənbələri ölkəmizin Qərb bölgəsinə aiddir. Di gəl, qələbənin bəxş etdiyi bu qazanclar məsələn, respublikanın ən Şərq istiqamətində yerləşən Abşeron rayonunda suvarma təsərrüfatında mövcud olan çatışmazlıqları kompensasiya edə bilməz və zəfərdən duyduğumuz fərəh hissinə qapılıb Abşeron Suvarma Sistemləri İdarəsinin fəaliyyətindəki nöqsanları (yumşaq ifadədir – müəllif.) görməzdən gələ bilmərik. İdarə rəisi Yusif Ələsgərovun rəvac verdiyi qanunsuzluqlar barədə indiyədək mətbuatda xeyli tənqidi yazılar dərc olunub. Həmin məqalələrin əksəriyyəti konkret şəxslərin şikayətlərinə əsaslanıb. Çox güman ki, Prezidentin məlum 23 iyul müşavirəsində haqqında söz açdığı şikayət məktubları arasında Yusif Ələsgərovdan edilənlər də vardır. Onu da bilirik ki, ölkəmizin başçısı cənab İlham Əliyev toxunduğu problemlərin, o cümlədən, rəqəmlərin “şişirdilməsi” məsələsinin həllini, qarşıya qoyduğu vəzifələrin icrasını gec-tez özü yoxlayır. Bu nöqteyi-nəzərdən, əminik ki, tezliklə Yusif Ələsgərovun da “vida zəngi” çalınacaq. Bu yazdıqlarımızla çalışırıq ki, idarə rəisinin rəvac verdiyi neqativ halların həqiqi miqyası barədə təsəvvürlər dəqiqləşsin. Həm də təkcə onun özünün deyil, başına yığdığı qohum-əqrəbasının da qanunazidd əməllərinə hüquqi qiymət verilsin.

Yusif Ələsgərovun həyata keçirdiyi talana şərik etdiyi yaxınları sırasında başda qardaşı Hidayət Ələsgərov gedir. İdarə rəisi satınalmalar məsələsini yada deyil, məhz qardaşına etibar edib ki, bu da korrupsiyanın qohumbazlıq növünün aşkar sübutudur. SSİ-də bütün işlək mexanizmlərin və mal-material qiymətlilərinin, su nasoslarının cari təmiri işlərinin yerinə yetirilməsi üçün ehtiyat hissələrinin satınalınması üzrə keçirilən bütün LOT-lar üzrə tenderlərdə qutudan “qalib”i məhz Hidayət bəy çıxarır. O da layiqli namizədə deyil, qabaqcadan sövdələşdiyi şəxslərə üstünlük verir. İştirakçı şirkətlərə münasdibətdə ədalətli meyarlar deyil, Hidayət bəyin şərtlərinə boyun əyənlər nəzərə alınır. Bu səbəbdəndir ki, tender və kotirovka iştirakçıları arasında həmişə mübahisələr düşür, nəticədən narazılıqlar yaranır.

Onu da qeyd edək ki, tender qanunsuzluqları Ələsgərovların əldə etdikləri haram qazanc üsullarından yalnız biridir. İdarə rəhbərliyinin Abşeron rayonunun Fatmayi və Görədil qəsəbələri ərazisində SSİ-yə məxsus hektarlarla torpaq sahəsini vətəndaşlara satması ayrı söhbətin mövzusudur ki, oxucularla növbəti görüşlərimizdə bu məsələ barədə də ətraflı söhbət açacağıq.

Qarşı tərəfin mövqeyini də dərc eləməyə hazırıq. //realmedia.az//


Paylaş:


Müəllif : Tarix:
1-02-2021, 10:58
Sikayət   


loading...
Загрузка...