reklam
Regionxeberlericom.az » Gündəm » "Baku Steel Company" rəhbərinin İstanbulda 420 mənzili var – Kirayə pullarını yeddi menecer toplayırmış

reklam

"Baku Steel Company" rəhbərinin İstanbulda 420 mənzili var – Kirayə pullarını yeddi menecer toplayırmış


"Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov İstanbulda 400-dən çox mənzilə sahibdir".

Sfera.az xəbər verir ki, bu barədə məlumatı R.Məmmədovun qanunsuz fəaliyyətindən ziyan çəkmiş iş adamı Nazim Bəydəmirli öz "Facebook" səhifəsində paylaşıb. İş adamı bu barədə faktların hələ bir neçə ay əvvəl açıqlandığını qeyd edib:

"Mənə İstanbuldan xəbər verirlər ki, Rasim Məmmədovun bu şəhərdə ən bahalı yerlərdə olan mənzillərinin kirayə pullarını yığan xanım şok faktlar haqqda hələ 3-4 ay öncə bəhs edib. Xanım danışırmış ki, onun keysində (portfelində) 65 dairə var, kirayə haqqları yerinə görə 6 min tl-dən 25 min tl-yə qədər dəyişirmiş. Xanımın etirafına görə, onun kimi "kirayə pulu yığan" menecerlərin sayı 7-8 nəfər olar ki, onlar hamısı babat xidmət haqqı alırlarmış. 7 nəfər, hərəsinə 60 mənzil, bu da edir 420 mənzil...

"iRasim" elə-belə "iRasim" deyilmiş, əməlli başlı oliqarx imiş. Əmin olun ki, metallurgiyada hansı pulların dövriyyədə olmasından mən kifayət qədər məlumatlıyam və bu söhbətlər reallığa çox yaxındır".

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub. Məhkəmə vəsatəti təmin edib və Rasim Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib".


Paylaş:


Müəllif : Tarix:
2-02-2021, 16:42
Sikayət   


loading...
Загрузка...