“Aylardır Alimpaşa Məmmədovun qəbuluna düşə bilmirəm, hansı qayğıdan danışırlar” - İcra başçısına ETİRAZ
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov illərdən bəridir erməni girovluğunda əziyyət çəkən Dilqəm Əsgərovun oğluna məxsus torpaq sahəsini əlindən alır. Bu barədə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov özünün Facebook səhifəsində yazıb.
K.Əsgərov qeyd edib ki, 5 il öncə icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrə olduğuna görə dəfələrlə Şəmkirin icra başçısına müraciət etsə də, İcra Hakimiyyəti müqaviləni yeniləmir ki, ərazini türk şirkətinə böyük miqdarda pula satsın. K.Əsgərov yüksək səviyyəli dövlət orqanlarından məsələyə müdaxilə etmələrini xahiş edib. O yazıb: “Mənim atam bu vətənə görə canını çürüdərkən icra başçısı mənim yerimi əlimdən alır bu qədər də olmaz artıq!”.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Elgün Seyidov modern.az-a danışıb: “Əvvəlcə onu bildirim ki, şikayətçi olan şəxsin ailəsi Şəmkir Rayon İcra Hakimiyyətinin hər zaman diqqət mərkəzindədir. Məsələ bundan ibarətdir ki, imzalanan müqavilənin vaxtı başa çatıb. Yenidən müqavilə imzalamaq üçün icra hakimiyyəti həmin torpaq sahəsinin həmin şəxsə və ya başqalarına icarəyə verməsi üçün aidiyyəti qurumlara məsələn, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlayır. Qeyd etdiyim bəzi qurumlardan müqavilənin yenilənməsi ilə bağlı etiraz gəlib. Lakin icra hakimiyyəti müraciət ünvanlayıb. Ərazinin satılması ilə bağlı xəbər də tam yanlışdır”.
Sayt isə məsələ ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, Azərbaycandan Gürcüstana çəkilən yeni yolun bir qismi Kürdoğlu Əsgərovun torpağından keçir. Həmin torpaq sahəsinə görə isə külli miqdarda kompensasiya düşür. Bu baxımdan da Şəmkirin icra başçısı həmin torpaq sahəsini ələ keçirmək istəyir. Üstəgəl, yol çəkilişi üçün lazım olan materialları icra başçısı öz inhisarına salmaq niyyətindədir.
Kürdoğlu Əsgərov isə Şəmkir İcra Hakimiyyəti rəsmisi Elgün Seyidovun dediklərinə münasibət bildirib: “Mən aylardır Alimpaşa Məmmədovun qəbuluna düşə bilmirəm. Onlar hansı qayğıdan, köməklikdən danışırlar? Mətbuat xidmətinin verdiyi açıqlama kökündən yanlışdır. Guya hər zaman bizim ailəni diqqət mərkəzində saxlayıblar. Alimpaşa Məmmədov Şəmkir rayonuna icra başçısı gələndən bu yana nə qədər cəhd etsəm də, onun qəbuluna düşə bilməmişəm. İndi isə Alimpaşa Məmmədovun mətbuat katibi açıqlama verir ki, Dilqəm Əsgərovun ailəsini hər zaman diqqət mərkəzində saxlayırlar. Hamısı yalandır”.
O qeyd edib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən “İpək yolu”nun üzərində yerləşməsidir: “Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icarəyə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də, müqavilənin müddətini uzatmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.
K.Əsgərovun sözlərinə görə, Alimpaşa Məmmədovdan əvvəlki icra başçısı onlara lazımi köməklik göstərib: “Nazim Veysov bizim ailəyə hərtərəfli qayğı göstərib. Amma Alimpaşa Məmmədov bunu öz adına çıxmasın. O gələndən bircə dəfə də olsun İcra Hakimiyyətindən bizə ”bəlkə hansısa probleminiz var",- deyə soruşan olmayıb. Bunların hamısı cəfəngiyatdır. Onlar ictimaiyyətə yalan məlumat verirlər".
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərə gedib öz ata-baba yurdlarını, doğmalarının məzarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin qondarma “məhkəməsi” isə D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə “qərar” çıxarıb. Hər iki girovun işğal altındakı Şuşada həbsxanada saxlandığı bildrilir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-05-2019, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-05-2019, 08:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29