Məşhur aparıcılar AzTV-yə qayıtdı
"Azərbaycan Televizya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) vaxtilə televiziyadan ayrılmış tanınmış diktorlardan yenidən işə götürüb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bunlardan Həqiqət Əsgərzadə Mədəniyyət TV -də "Yada düşər xatirələr” verilişi ilə fəaliyyətinə qaytarılıb. Kəmalə Hüseynova Kinoproqramlar və Dublyaj Redaksiyasında redaktor, Nərgiz Cəlilova və Azərbaycan Radiosunda verilişlər aparan Roza Tağıyeva isə Teleradio Akademiyasında müəllim kimi də fəaliyyətə başlayıblar.
Bildirilir ki, AzTV son aylar aparılan islahatlar çərçivəsində daim peşəkarların fikir və rəylərinə önəm verir. Bu yaxınlarda AzTV rəhbərliyi tərəfindən bir qrup tanınmış diktorlarla keçirilən görüşdə də məqsəd onlarla fikir mübadiləsi, aparılan islahatlarda rəy və təkliflərinin dəyərləndirilməsi olub.
Bundan başqa, QSC veriliş və tok-şuolar ilə bağlı da islahatları davam etdirir ki, bunlar arasında da ən prioritet sahələrdən biri gənclər və hərbi-vətənpərvərlikdir. Bu səbəbdən yeni yaradılan "GəncSən”, "Nəsillərin debatı” kimi tok-şoular artıq efirə çıxır. Eyni zamanda, Azərbaycan Radiosunda "Əsgər istəyi”, "Hərb tariximizdən”, "Vətən yaşasın” verilişləri çeşidli mövzularla efirdədir. Hətta son vaxtlar aparılan islahatlar nəticəsində bu verilişlərdən "Vətən yaşasın” verilişinin yayım sayı artırılaraq həftədə 4 dəfə efirə çıxır.
Azərbaycan Televizya və Radiosu bundan sonra da gənclik, hərbi vətənpərvərlik mövzusunu daim prioritet sahə kimi diqqətdə saxlayacaq. (Lent.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:20-05-2019, 15:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-05-2019, 15:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36