reklam
Regionxeberlericom.az » Gündəm » “İCRA BAŞÇISININ “SAĞ ƏLİ” PULU GÖTÜRÜB, ARADAN ÇIXIB...” - Tərtərin icra başçısıyla bağlı ilginc iddia

reklam

“İCRA BAŞÇISININ “SAĞ ƏLİ” PULU GÖTÜRÜB, ARADAN ÇIXIB...” - Tərtərin icra başçısıyla bağlı ilginc iddia


Azərbaycanda icra hakimiyyəti strukturlarının korrupsiyalaşması yeni xəbər deyil. Lakin hərdən ayrı-ayrı rayonların icra hakimiyyətlərində baş verən hadisələrlə bağlı elə məlumatlar daxil olur ki, sanki söhbətin hansısa dövlət qurumundan deyil, kriminal təşkilatdan getdiyinə dair təsəvvür yaranır...

Məsələn, redaksiyamıza Tərtər rayonundan daxil olan bir məlumatda iddia olunur ki, rayonun icra başçısı Müstəqim Məmmədov öz tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi ŞahinFətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb.

Bildirilir ki, bir sahibkara satılan torpağın 250.000(iki yüz əlli min) manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var.

Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib: “Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib.”

Məlumatda qeyd olunur ki, bu hadisələrdən “şoka düşən” başçı günlərdir özünə gələ bilmir.

“AzPolitika.info” məlumatda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırdır.


Paylaş:


Müəllif : Tarix:
13-02-2021, 17:42
Sikayət   


loading...
Загрузка...