“Rafael Cəbrayılov işi“ndə açar fiqur - Oqtay Əsədovu keçmiş deputata bağlayan biznes
Milli Məclisin keçmiş spikeri Oqtay Əsədov "Rafael Cəbrayılov işi”ndə açar fiqurdur.
Bu barədə keçmiş deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslər bildirir.
Onların istinad mənbəyi isə elə keçmiş deputatın özüdür. Həmin şəxslərin sözlərinə görə, Rafael Cəbrayılov dəfərlərlə onlara deyib ki, Oqtay Əsədov onun "şefi”dir.
Xarırladaq ki, Rafael Cəbrayılov üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. Milli Məclisdə təmsil olunması ilə yanaşı, biznes fəaliyyətinə də yer ayırıb. İki dəfə Binəqədidən deputat seçilən keçmiş millət vəkili əsasən tikinti sektoruna maraq göstərib. Binəqədi rayonu ərazisində, Mehdiabad yolunun yaxınlığında salınan "Gənclər şəhərciyi” Rafael Cəbrayılova məxsusdur.
Keçmiş deputatın həm parlamentə düşmək, həm də biznes qurmaq üçün Binəqədini seçməsi təsadüfi deyil. Çünki uzun müddət bu rayonun icra başçısı olmuş Alı Qocayev Oqtay Əsədovun qudasıdır. Rafael Cəbrayılovun tikinti biznesinin çiçəklənməsində onun danılmaz rolunun olduğu bildirilir. Təbii ki, keçmiş deputata dəstək Oqtay Əsədovun sifarişi ilə gəlib. Bəzi iddialara görə, Rafael Cəbrayılovun biznesində keçmiş spikerin də payı var. Onun borclu olduğu vətəndaşlar bildirir ki, keçmiş deputat tez-tez "bunların hamısı mənim deyil, şefimin də payı var” deyərək Oqtay Əsədovu ortağı kimi təqdim edirmiş.
Yeri gəlmişkən, Oqtay Əsədov da Binəqədi rayonundan deputat seçilib. Ehtimal olunur ki, Rafael Cərbayılovun yolunu Milli Məclisə salması da keçmiş spikerin tövsiyəsi və dəstəyi əsasında baş tutub.
Rafael Cəbrayılovun borclu olduğu şəxslərə gəlincə, onlar Binəqədə rayonu ərazisindəki "Gənclər şəhərciyi”nin "toru”na düşüblər. Həmin vətəndaşlar burada mənzil almaq üçün deputata külli miqdarda pul veriblər. Amma nə mənzili ala biliblər, nə də verdikləri pulu. Rafael Cərbayılovun "Gənclər şəhərciyi” bu adamları qocaldıb.
Rafael Cərbayılov müxtəlif bəhanələrlə onların pullarını qaytarmaqdan yayınır. Vətəndaşları borcu qaytaracağına inandırmaq üçün ən ağlagəlməz üsullara əl atır ki, bunlardan biri də mandatını girov qoymaqdır. Bu məsələ ictimailəşəndən sonra Rafael Cəbrayılovun deputat karyerasına son qoyulub.
Vətəndaşlar bildirir ki, Rafael Cəbrayılov deputat olduğu müddətdə onun biznesi əsasən kürəkəni Aqil Talıbovun adına olub. Onlar verdikləri pulları geri almaq üçün hüquqi mübarizəyə başlayanda isə keçmiş deputat biznes sturkturlarını kürəkəninin adından çıxarıb.
Hazırda Rafael Cəbrayılovun işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır. Paralel olaraq vətəndaşlar keçmiş deputatla məhkəmə çəkişməsindədir. Onlar biri artıq bütün məhkəmə instansiyalarında Rafael Cəbrayılova qalib gəlib. Amma keçmiş deputat məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməkdən boyun qaçırır. Bir dəfə buna görə 1000 AZN cərimələnən Rafael Cəbrayılovun ölkədən çıxışına qadağa qoyulması gözlənilir. Bu işə fevralın 17-də Abşeron Rayon Məhkəməsində baxılacaq.
Vətəndaşların sözlərinə görə, Oqtay Əsədovun qardaşı Nazim Əsədov icra məmurlarına minnətçi düşb. Rafael Cəbrayılov da borclu olduğu şəxslərə bildirib ki, Oqtay Əsədov ona hər cür dəstək verəcək. Amma artıq keçmiş spikerin özünün həbsi oluna biləcəyi iddialar səsləndirilir...
Onu da qeyd edək ki, Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər isə aşağıdakılardır: (Hit.az)
Təranə Fətəliyeva - 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar,
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-02-2021, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-02-2021, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24