Məmurların ölkədən çıxarmağa çalışdığı milyonlar... - “Çirkli pul”lara amnistiya verilə bilərmi?
Son zamanlar ölkə KİV-lərində ən çox müzakirə olunan məsələlərdən biri də məmurların öz bahalı mülklərini təcili satışa çıxarmasıdır.
Nəzərə alsaq ki, mövcud şəraitdə əmlak qiymətləri ötən illə müqayisədə 10-12 faiz ucuzlaşıb, bu təcili satışların səbəbini axtarmalı oluruq. Bu mülklərin təcili satılma səbəbi ilə bağlı fərlqi fikirlər var.
Bir qrupun fikrincə, pandemiya dövründə yaranan problemlər bir sıra mülk sahiblərini banklar qarşısında külli miqdarda borclandırıb və ona görə də həmin şəxslər məcbur qalıb əmlaklarını ucuz da olsa, satırlar.
Lakin digər ekspertlər daha fərqli ehtimallar yürüdürlər. Həmin ekspertlərin fikrincə satışa çıxarılan məmur mülklərinin əksəriyyəti dövlətdən oğurlanmış pullarla tikilib və qanunsuz yollarla özünə var-dövlət yığan məmurlara qarşı dövlətin sərt mövqe tutması onları təcili olaraq müəklərini satışa çıxarmağa məcbur edib. Hətta sözügedən ekspertlər bir az da irəli gedərək, satılan əmlakların pullarını əmlak sahiblərinin xaricə çıxaracağını da iddia edirlər.
Təbii ki, xaricə çıxarılan pullar da yatırım şəklində başqa ölkənin inkişafına xidmət edəcək. Bu isə heç də bizim xeyrimizə deyil.
Belə bir məqamda həmin vəsaitlərin qanuniləşdirilməsi və ölkənin inkişafı, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılmasına sərf edilməsi üçün dövlət maliyyə amnistiyası qəbul edə bilərmi?
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, hazırda maliyyə amnistiyası Azərbaycan üçün hava- su kimi lazımdır:
“2020-ci ildə pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərəri, sonra müharibənin təsirini və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə sərf ediləcək vəsaiti nəzərə alsaq, bu gün Azərbaycan üçün maliyyə amnistiyası heç olmadığı qədər, hava- su kimi lazımdır. Birincisi, yerli kapitaldan səmərəli istifadə edilməsi üçün bu vacibdir. İkincisi, bu amnistiya verildikdən sonra müəyyən işlər görülməlidir. Yəni təkcə maliyyə amnistiyasının verilməsi ilə iş bitmir. Amnistiya verildikdən sonra hər kəsin sahib olduğu kapitalı qeydiyyatdan keçməli və onun fəaliyyəti şəffaflaşmalıdır. Yəni həmin subyektlərin vergi məsələləri şəffaflaşmalıdır. Eyni zamanda, subyektin mülkiyyətinə zəmanət verilməlidir. Bunun ardınca müstəqil məhkəmələr formalaşmalıdır. Bunlardan əlavə, ölkədə mövcud olan rəqabət problemini həll etməliyik. Əgər bunları aradan qaldırsaq, həm yerli, həm də xarici sərmayəçilər məmuniyyətlə layihələrə pul qoyacaq. Yəni Azərbaycana beynəlxalq investisiya axını baş verəcək. Çünki Azərbaycan təbii coğrafi şəraitinə görə bəlkə də dünya ölkələri sırasında ilk onluqdadır. Lakin Azərbaycanda mövcud olan inzibati idarəetmə qüsurları bu investisiyaların qarşısını alır. Əgər qeyd olunan problemlər aradan qalxarsa, bizim Qarabağda quruculuq işləri üçün əlavə vəsait xərcləməyimizə ehtiyac olmaz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2021, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-02-2021, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35