Rusiyalı milyarder Özbəkistan üçün vaksin alır - Usmanov səxavət kisəsini açır

Özbək mənşəli rusiyalı milyarder Əlişir Usmanov öz pulu ilə Özbəkistan üçün yarım milyon doz koronavirus vaksini alacaq.
Bu sevindirici xəbəri Namanqan vilayətinin sakinləri ilə görüşdə prezident Şövkət Mirziyoyev bölüşüb.
«Əlişir Usmanov dedi ki, öz hesabından 500 min vaksinin pulunu ödəyəcək. Cəmi 1 milyon vaksinin alınacağı planlaşdırılır. O, dedi ki, Namanqanı sevir və xahiş etdi ki, bu vilayətə ilk 50 min vaksin verilsin» - dövlət başçısı bildirib.
Xatırladaq ki, Özbəkistanda vaksinləşdirmə cari ilin martında başlanacaq. Respublika artıq Rusiyanın «Sputnik V» vaksinini qeydiyyatdan keçirib. Onun bu ölkədə istehsalının lokallaşdırılması imkanları da müzakirə olunur.
Usmanovun bu səxavəti Rusiyadkı Azərbaycan mənşəli milyarderlər üçün də bir örnək ola bilər. Həm də nəzərə alsaq ki, Azərbaycan Vətən müharibəsindən yenicə çıxıb, o zaman varlılarımızın Vətənə səxavət göstərməsi məsələsi aktallaşar və bir mənəviyyat borcuna çevrilər.
Gözləyək…
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2021, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-02-2021, 14:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT