reklam
Regionxeberlericom.az » Gündəm » Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA

reklam

Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA


Qazax rayonu Əhməd Seyidov 46 ünvanında yaşayan Xədicəxanım Hüseynzadə adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib.

“Yeni Sabah” xəbər verir ki, “RegionNews.az”a təqdim etdiyi müraciətində o bildirir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmənları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib.

Şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək. X. Hüseynzadə deyir ki, onlardan 2000 min manat pul da tələb olunub:

“Əlirıza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Siizn məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?”

QMİ ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istədik. Problemi araşdıracaqlarını bildirsələr də heç bir cavab olmadı. QMİ-nin mövqeyini dərc etməyə hazırıq.

Sözügedən videomüraciəti təqdim edirik:



Paylaş:


Müəllif : Tarix:
24-02-2021, 15:45
Sikayət   


loading...
Загрузка...