Sahil Babayev bir gün bunlara görə CAVAB VERƏCƏK - FAKTLAR...
Füzuli Ələkbərovun zamanında ƏƏSM nazirliyinin rüşvətə bulaşmamış heç bir qurumu və xidməti yox idi. Nazirliyin bütün sahələrini cənginə alan korrupsiya və rüşvət hamıya bəlli idi. Pensiya təyinatlarından tutmuş ünvanlı sosial müavinətlərə qədər olan bütün xidmətlər pərakəndə rüşvət mexanizmi ilə çalışırdı. Nnazirliyə tərkibində olan yerli rayon təşkilatları və digər qurumlar hər ay çamadanla pul daşıyırdılar Füzuli Ələkbərov üçün…
Ondan sonra bu posta gətirilən Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin 2 ən vacib strukturundan biri olduğunu deyirdi. Eks nazir fikrini belə əsaslandırırdı ki, ölkədə 2 müdafiə nazirliyi var. Biri ölkəmizin ərazi bütövlüyünü qoruyan müdafiə nazirliyi, biri də vətəndaşın sosial mənafeyini qoruyan sosial müdaiə nazirliyi. Amma Səlim Müslümov danışdığı qədər qətiyyətli və vicdanlı fəaliyyət göstərib əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq və gücləndirmək əvəzinə öz varidatını və əmlakını gücləndirdi. Bir də gözümüzü açıb eşitdik ki, o 2 milyard pul mənimsəyibmiş.
Sahil Babayevin təyinatı çox insanda bu sahədə şəffaflığın təmin olunacağı ümüdləri yaratmışdı. Sələflərindən fərqli olaraq o gənc və istedadlı, həmçinin unikal bir kadr hesab edilirdi. O təyinatından bir müddət sonra bir sıra dəyişikliklər və islahatlar apararaq səmərəli fəaliyyət üçün az da olsa əlverişli şərait yaratdı. Yerli rayon təşkilatlarını birləşdirdi və demək olar ki, bütün sahələrdə kadr islahatları həyata keçirdi. Əmək və sosial müavinətlərin təyinatını elektronlaşdırıb bu sahədə rüşvətin və korrupsiyanın qarşısını az da olsa almağa müvəffəq ola bildi. Əli-ayağı amputasiya olunan insanlardan orqan regenerasiya gözləyərək canlarını gərəksiz komissiyalardan xilas etdi. Amma bütün bunlara baxmayaraq bu sistemdə rüşvəti və korrupsiyanı tam olaraq bitmiş hesab etmək olmaz.
Başlayaq ƏƏSM Nazirliyinin həyata keçirtdiyi ən böyük dövlət proqramından.
Özünüməşğulluq proqramı və onun pərdəarxası məqamları.
Yoxsulluğun aradan qaldırılması və aztəminatlı insanların özünüməşğulluğunun təmin edilməsi üçün bu proqram əvəzsiz və önəmlidir. Qeyd edim ki, proqram dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində də geniş yer alır. Ünvanlı sosial yardım və digər təyinatlı müavinətlərdən fərqli olaraq özünüməşğulluq proqramının icrası həm də işsizliyin aradan qaldırılması deməkdir. Məhz elə bu səbəbdən hər il milyonlarla dövlət vəsaiti sərf olunaraq minlərlə vətəndaş bu proqrama cəlb edilir.
Bəs dövlət üçün bu cür siyasi və iqtisadi əhəmiyyətə malik sosial proqram necə icra olunur?
Şəffav monitorinq təşkil edib anlamaq olar ki, biz də özünüməşğulluq proqramının həyata keçirilməsi zamanı kifayət qədər ciddi nöqsanlara və subyektiv maddi maraqlara xidmət edən müdaxilələrə yol verilir.
Öncə…
Nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər. Elə yuxarıda qeyd etdiyimiz qanunsuzluqlar da məhz proqramın bu ilk mərhələsindən başlayır. Şimal bölgəsində apardığım kiçik bir araşdırma nəticəsində məlum oldu ki, kursa yazılan hər bir vətəndaşdan məşğulluq mərkəzləri 300-500 manat civarında vəsait tələb edir. Yalnız bu pulu ödəyən insanlar potensial imkanlı şəxs hesab olunaraq özünüməşğulluq proqramında ilk addımlarını atmış olur.
Özünüməşğulluq proqramına cəlb edilən insanları narazı salan məqamlardan biri də verilən heyvanların zəif və çəkisiz olmasıdır. Hətta mal-qara elə durumda olur ki, onu bəsləməkdənsə çoxları satmağı üstün tutur. Və proqramın qaydalarında nəzərdə tutulan müddət bitməmiş satırlar. Bu məqamda xatırlatmaq istəyirəm ki, aktivlər verildikdən sonra da proqram iştirakçılarına biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilməli və özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılmalıdır.
Aktivlər necə nəğdləşdirilir?
Təlim kurslarının sonunda aktivlərlə təmin edilməli olan proqram iştirakçılarına bəzən aktivlərin əvəzinə nəğd vəsait təklif edilir. Və bir çox hallarda tərəflər arasında bu razılaşma baş tutur. Özünüməşğulluq proqramının icraatında yol verilən ən böyük qanun pozuntularından biri də budur.
İşsizliyin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb edən bu cür önəmli dövlət proqramının icraatında yol verilən bu qanun pozuntularına görə əlbətdə günahkar şəxslər cəzalandırılmalıdır. Və proqramın həyata keçirilməsinə birbaşa cavabdeh olan Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyi öz məsuliyyətini və bu proqramın ciddiyyətini yaxından dərk etməlidir. Prezident İlham Əliyevin xüsusi nəzarətində olan özünüməşğulluq proqramı işsiz hər bir vətəndaş üçün bir fürsətdir. Bu fürsəti şəxsi maraqlar naminə məhv etmək, puç etmək olmaz cənab nazir.
Ünvanlı sosial müavinətlərin verilməsində də xeyli neqativ hallar mövcuddur. Son 1 il ərzində bu növ müavinət təyin edilən insanların iş yerləri və əmlak payları araşdırılsa qeyd etdiyimiz faktlar üzə çıxacaq.
Qeyd. Yaxın günlərdə həm bu istiqamətdə, həmdə özünüməşğulluq proqramı haqda apardığımız araşdırmanı dəqqətinizə çatdıracayıq.
7times.az
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2021, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-02-2021, 12:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25