reklam
Regionxeberlericom.az » Gündəm » Qaynanasını döyən gəlin evli kişiyə qoşulub evdən getdi - Foto

reklam

Qaynanasını döyən gəlin evli kişiyə qoşulub evdən getdi - Foto



Füzuli rayonu, Arayatli kənd sakini Aygün Xəlilova evdən qaçıb.

Bu barədə "Ölkə.az"-a A. Xəlilovanın qaynanası Dilarə Xəlilova məlumat verib.

D.Xəlilova bildirib ki, gəlini evdən çıxarkən övladlarını da özüylə aparıb:

"Oğlum Araz Xəlilov 2020-ci ilin aprel ayında avtomobil qəzasında dünyasını dəyişib. Təxminən ötən ilin sentyabr ayında gəlinim Bala Bəhmənli kəndindən olan Ruhin adlı kişi ilə tanış olana qədər münasibətlərimiz indikinə baxanda yaxşı idi. Sonradan Ruhin bizim evə gəlib-getməyə başladı. Əvvəlcə məsələnin mahiyyətini başa düşmürdüm. Sonradan anladım ki, gəlinim Aygünlə Ruhinin arasındakı münasibətlər adi deyil. Özümü əlli il tibb işçisi olmuşam, cəmiyyət görmüşəm, amma belə dostluq görməmişəm. Gəlinimə Ruhinlə bağlı etirazımı bildirəndən sonra mənə qarşı ağır təhqiramiz ifadələr işlətdi, ili çıxmamış oğlumun goruna söydü".
Dilarə Xəlilova bildirib ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə ərazi üzrə sahə müvəkkili Cümşüd Məmmədova müraciət etsə də, heç bir faydası olmayıb:

Cümşüd müəllim bir dəfə bizə gəldi, onda da dediyindən belə çıxdı ki, döyülən də mənəm, günahkar da. Aidiyyatı qurumların rəhbərləridən əlli il bu dövlətə xidmət etmiş bir qadın kimi xahiş edirəm ki, mənim təhlükəsizliyimi təmin etsinlər, bu məsələnin qanun çərçivəsində həllinə yardımçı olsunlar. Hazırda evdə təkəm, amma axşam gəlininin və Ruhinin mənim başıma nə oyun açacaqlari məlum deyil".

Qeyd edək ki, Ruhin adlı şəxs əməkdaşımızla söhbətində bunları bildirib:

"Mənim polisdən, məhkəmədən heç bir qorxum yoxdur. Əgər istəsələr, məni həbs etdirə də bilərlər".

Xatırladaq ki, Aygün Xəlilova bir neçə gün öncə qaynanasını döyməsini etiraf etməsiylə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.




Paylaş:


Müəllif : Tarix:
3-03-2021, 20:43
Sikayət   


loading...
Загрузка...