reklam
Regionxeberlericom.az » Gündəm » "Rektor birbaşa Mikayıl Cabbarova zəng edib?" - Yusif Yusibovla bağlı ŞOK İDDİA

reklam

"Rektor birbaşa Mikayıl Cabbarova zəng edib?" - Yusif Yusibovla bağlı ŞOK İDDİA


Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Nə barəsində edilən şikayətlər, nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov dünyanın və respublikamızın koronavirus pandemiyasından təlaş etdiyi indiki məqamda da neqativ hallara rəvac verməkdə davam edir.
Universitetdə baş alıb gedən özbaşınalıq, qanun pozuntuları bu ali təhsil müəssisəsində həm professor-müəllim heyəti arasında, həm texniki işçilər arasında, həm də tələbə kontingentində atmosferi pozur, pessimist əhvali-ruhiyyə yaradır. Bütün universitet kollektivinin hüquqları pozulur, müxtəlif təhqirlərə məruz qalır.

Yusif Yusibov o qədər özünə arxayındır ki, bu günlərdə Təhsil Nazirliyinin xüsusi komissiyasını universitetdən qovub. Belə ki, Yusif Yusibovun Təhsil naziri Emin Əmrullayevlə münasibətləri normal deyil. Yusif Yusibov nazir Emin Əmrullayev üçün arzu olunmaz şəxsdir. Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara görə, həm də nazirliyə olunan çoxsaylı şikayətlərə görə universiteti yoxlatmaq üçün xüsusi komissiya göndərib. Komissiya yoxlama prosesində maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib.

Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı eləyin. Bundan sonra rektor bir başa Mikayıl Cabbarova zəng edib. Komissiya üzvəri bununla bağlı Təhsil naziri Emin Əmrullayevə məlumat veriblər. Emin Əmrullayev bundan sonra universitetə daha bir komissiya göndərib, özü Gəncə şəhərinə səfər edib, amma universitetə gəlməyib, digər ali məktəblərə, bir neçə orta məktəbə baş çəkib. Görünür, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Xarici işlər naziri Ceyhun Bayramov tərəfindən ciddi təzyiqlərə məruz qalıb.

GDU-da pul vəsaitlərinin xərclənməsində böyük israfçılığa yol verilir. Belə ki, rektor Y.Yusibov müəllimlərin maaşlarını qaldırmaq əvəzinə, bu pulları şişirtmə qiymətlərlə lüzumsuz şeylərə xərcləyir. Rektor universitetdə özünəməxsus maaş sistemi tətbiq edir. Respublikamızın digər ali məktəblərində professor-müəllimlərin əməkhaqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır. Gəncədə yerləşən ADAU və GDU əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır.

Amma rektor öz yaxın ətrafına maaş verilməsində heç də xəsislik etmir, hətta onları paketlə də mükafatlandırır. Başqa sözlə, özünün rüşvət mexanizminin dayaqlarına fərqli maaşlar verir. Rektorun test maxinasiyalarına rəhbərlik edən, nənələri erməni olan (Gəncəyə raket hücumları zamanı yaralanan Kalina Qriqoryan) Vasif və Asif Həsənov qardaşlarının maaşı 2500 manat, prorektorlar 2000 manatadək, rektorun katibəsinin maaşı 1800 manat və s.həddindədir. Rektor öz fantaziyalarına uyğun qəribə şöbələr yaradır, bu şöbələrə isə işçilər götürür. Asif və Vasif Həsənovların həm bacıları, həm də həyat yoldaşları, eləcə də rektorun yaxın ətrafının qohumları bu şöbələrə işə götürülüb.

Amma təhsil prosesi çiyinlərində dayanan professor müəllim heyətinin maaşı 450-700 manat arasında dəyişir. Dekanların və kafedra müdirlərinin bütün hüquqları əllərindən alınıb. Maraqlıdır ki, tələbələrin hansına təqaüd verilməsi məsələsi dekanın səlahiyyətində olduğu halda, bu məsələni də rektor özü həll edir. Təbii ki, Vasif və Asif qardaşlarının əli ilə.

İşçilərin işə davamiyyəti məsələsinə müvafiq kafedra müdirləri nəzarət etməli olduğu halda ,bu məsələ rektorun humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tərəfindən yoxlanılır. Gülsüm Fətəliyeva isə əlinə bir dəftər alıb siyahı üzrə adları oxuyub, işçilərin davamiyyətini yoxlayır.

Bu o Gülsüm Fətəliyevadır ki, 70 yaşını çoxdan keçib, əksər hallarda universitetə çəkələkdə gəlir, yeriməyə çətinlik çəkir, amma özünü Gəncə şəhərinin birinci xanımı hesab edir. Gülsüm Fətəliyeva deputat Musa Urudun bacısı, keçmiş icra başçısı Elmar Vəliyevin ən sabiq kadrı olan Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaynanasıdır. Gülsüm Fətəliyeva yaşla bağlı olaraq özünü tam idarə edə bilmir, danışanda mənasız və məzmunsuz sözlər danışır. Gülsüm Fətəliyeva Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirdə demişdi ki, “Sizin Xocalı bayramınızı təbrik edirəm”.

Bundan başqa, həmin tədbirdə harada olmağını unudub iclas iştirakçılarına qayınatasından, qaynanasından danışırdı. Bir müddət bundan öncə, universitetə hicabla gələn tələbənin hicabını açıb ayaqlar altına tullayıb və həmin tələbəni kobud sözlərlə təhqir edərək universitetə buraxmaması ilə gündəmə gəlmişdi. Hüşu özündə olmayan, dedikləri sözün mənasını dərk etməyən bu adam prorektor vəzifəsini daşıyır”…

Daha bir maraqlı fakt isə Gülsüm Fətəliyevanın o biri kürəkəni Afiq Marlen oğlu Zeynalovla bağlıdır. Afiq Zeynalov Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin bacanağıdır. Onun qayınatası Kamil Fətəliyev isə “Aqromexanika” Elmi Tədqiqat İnstitutunun direktorudur. Gülsüm xanımın 74 yaşı olan qaynı isə Musa Quliyevin köməkçisidir. Afiq Zeynalov əvvəllər ADAU-da müəllim işləyirdi. Universiteti güc-bəla ilə bitirən, adi bir kvadrat tənliyi həll etmək iqtidarında olmayan bu şəxs müdafiə edərək alim adını alıb. Adı müəllim olsa da, onu auditoriyalarda görən olmayıb. Bu şəxsin dərsləri ADAU-nun digər müəllimləri tərəfindən tədris olunub.

Afiq Zeynalov isə bir növ “eşik ağası” funksiyasını daşıyıb. Universitetin ətrafında fırlanıb saxta diplom, saxta tələbə qəbulu, tələbə köçürmələri ilə məşğul olub. Müəllim işləyə bilməyəcəyini dərk edən bu şəxs tərəfdarlarının köməyi ilə Samux Rayon DSMF-yə müdir təyin olunub. Burada da çox işləyə bilməyib. İşində yol verdiyi ciddi nöqsanlara, yeyintilərə, saxta pensiya təyin etdiyinə və s. kimi işlərinə görə oradan qovulub. İndi bu şəxsi rektor Yusif Yusibov kənardan gətirib Gəncə Dövlət Universitetinin “Elementar riyaziyyat” kafedrasına müdir təyin etmək istəyir. Maraqlıdır, GDU-nun Riyaziyyat fakültəsi universitet yaranan gündən fəaliyyət göstərir və burada çox güclü kadr potensialı var. Elə isə niyə məhz Afiq Zeynalov layiq olmadığı halda bura təyin olunmalıdır, bu nə özbaşınalıqdır?

Prezident İlham Əliyevin fərmanı ilə GDU-nun 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 8 milyon vəsait ayrılmışdı. Amma yataqxananın binaları sökülmədən, sadəcə təmir olundu. Bu qədər vəsaitə böyük bir kompleks tikmək olar, lakin rektor bu məqsədlə universitetin büdcəsindən də xeyli miqdarda əlavə vəsait ayırdı.

Təmirə ayrılmış bu qədər vəsaiti Y.Yusibov şübhəli tenderlərin qalibi, sənədlərdə başqa adamın adı olmağına baxmayaraq bu tikinti işlərinə başçılıq edən öz qardaşı Çingiz Yusibovun və təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun əli ilə həzmi-rabedən keçirdi. Elə gələn komissiya da bu sahədə güclü saxtalaşdırmanın üstünü açdı. Ona görə də bu komissiya təhqir olunaraq universitetdən qovuldu.

Maraqlıdır, Təhsil Nazirliyi 70 yaşını çoxdan keçmiş, ən yaşlı rektorlardan hesab olunan, “kabinet kralı”, heç kimi qəbul etməyən GDU rektoru Y.Yusibovun bütün qanunsuz əməllərinə nə vaxta kimi göz yumacaq? Bu şəxsi əvəz etməyin vaxtı çoxdan çatıb.

Çətin duruma salınmış, banklardan kredit götürmüş pulsuz müəllimlərin halal zəhmətini yeyib, xarici dövlətlərdə kefə gedənlər, hardan biləcəklər ki, müəllim kollektivinin ehtiyacı nədir??? Bir qarın çörək puludur bu təhqirlərə məruz qalan yazıq müəllimlərin arzusu…”

GDU-da kollektiv rektor Y.Yusibovun çürümüş, iflas etmiş idarəçilik mexanizminin, nifrət doğuran kadr islahatlarının, təhsilə ləkə gətirən rəzil hərəkətlərinin qarşılığında məsələyə cavabdeh olan qurumların, xüsusilə də Təhsil Nazirliyinin hələ də susqunluğunu qınayırlar. //faktinfo.az//


Paylaş:


Müəllif : Tarix:
5-03-2021, 09:34
Sikayət   


loading...
Загрузка...