Sabiq nazir Əhməd Əhmədov niyə həbs edildi? - İLGİNC İDDİALAR...
Artıq bir həftədir ki, Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədovun saxlanıldığı xəbəri yayılmışdı. Bu gün isə onun həbs olunduğu, barəsində 4 aylıq göz altında tutulmaq hökmü verildiyi xəbər verilir.
Ovqat.com-un etibarlı mənbəyə istinadən verdiyi məlumata görə,Naxçıvandan baş götürüb qaçmış sabiq nazir korrupsiya və rüşvətxorluqda ittiham olunur. Ona Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən ən ağır cəza veriləcəyi gözlənilir.
Əhməd Əhmədovun tutulma şəkli və kobudluqla Naxçıvana aparılması da bu ehtimalı qüvvətləndirir. İddialara görə, sabiq naziri həbs etmək üçün Muxtar Respublikadan xüsusi polis dəstəsi göndərilib. Onu Bakıxanovda yerləşən obyektlərindən birində həbs edib qolunu qandallayıblar. Bildirilir ki, qandallama hadisəsi xüsusi bir mesajdır və Əhməd Əhmədova ən ağır cəzanın veriləcəyinə dəlalət edir.
Sabiq naziri korrupsiyada və rüşvətxorluqda günahlandırsalar da, əslində onu adi bir səbəbə görə tutublar. Bildirilir ki, Əhməd müəllim yaxın çevrəsində Naxçıvan rəhbərliyinin ona “yenidən işə qayıtması üçün yalvardığını”, onun isə bu “yalvarışlara” müsbət cavab vermədiyini deyirmiş.
Sözsüz ki, bu sözlər sadəcə keyf havasına da deyilə bilər. Fəqət “yaxın çevrəsindəki” bəzi şəxslərin özlərini “xan” yanında şirin salmaq üçün “xəbərçiliyi” Əhməd Əhmədovun taleyini müəyyənləşdirib. Onu “nə danışdığını bilmədiyi” üçün dərhal göz altına alıb Naxçıvana gətirmək qərarı çıxarılıb. Qoluna işçilərin yanında qandal taxılması isə kimlərəsə “xan heç kimə yalvarmaz, sadəcə təklif edər, təklifi geri çevirənlərin sonu isə Əhməd Əhmədovunku kimi olar” mesajını vermək üçün imiş.
Deyilənlərə inansaq, Naxçıvan hakimiyyəti Muxtar Respublikanın Daxili İşlər naziri Fazil Ələkbərovla yollarını ayırmaq fikrinə düşüb. Bunun, sözsüz ki, fərdi səbəbləri var, lakin biz məişət söhbətlərini ictimailəşdirmək istəmədiyimizdən susqunluğa üstünlük veririk.
İddia edilir ki, Naxçıvan rəhbərliyi Fazil Ələkbərovu işdən çıxardıqdan sonra onun yerinə yeni namizəd axtarışına başlayıb. Bu baxımdan namizədlərdən biri kimi Əhməd Əhmədova müraciət edilə biləcəyi də istisna deyil. Mümkündür ki, həqiqətən də “xan” adından sabiq nazirə bu cür təklif gətirilsin. Fəqət Əhməd Əhmədovun bu təklifin “torba” və ya sadəcə pul mənimsəmə hiyləsi olduğunu düşünüb “xan elçisini” geri çevirməsi mümkündür. Zira Naxçıvanda bir yerə bir neçə məmurdan haqq alındığı, onlardan yalnız bir nəfərinin nəzir-niyazının zati-ali tərəfindən qəbul olunduğu, digərlərinin isə bəxtinin gətirmədiyi ənənəsi hələ də dəbdədir və Əhməd Əhmədovun bunu bilməməsi mümkün deyil.
İstisna edilmir ki, Əhməd Əhmədov bu hadisəni yaxın çevrəsinə “yalvarışları geri çevirmə” kimi təqdim edib və onun dikbaşlığı həbsilə sonuçlanıb.
Mənbəmiz Əhməd Əhmədovun həbsində “Cənab sədr”in uğursuz son Bakı səfərinin də ciddi rol oynadığına inanır. Belə ki, YAP-ın qurultayında onun maskasız hərəkətləri paytaxt tərəfdən xoş qarşılanmayıb. Bu da müxtəlif kanallarla “xan”a çatdırılıb və etimad limitinin sonuna yaxınlaşdığı mesajı verilib. Təsadüfi deyil ki, qurultayın davam etdiyi zaman iradları nəzərə alıb maska taxan Vasif Talıbov fotolarının mediada nümayişindən sonra qəzəblənib və toplantı binasını nümayişkaranə şəkildə Naxçıvan qaydası (maskasız) tərk edib. Bununla da paytaxta yenidən “xan hər yerdə xandır, arada maska taxsa belə” mesajı verib. Bu qəzəb və hiddət əhval ruhiyyəsilə Naxçıvana qayıdan Vasif müəllim xıncını əlinin altındakı “məzlum”lardan çıxıb.
Xüsusilə Əhməd Əhmədovun cəzalanmasının isə iki səbəbi var. Səbəblərdən biri “məzlum”ların içərisində ən gözə batanı və xan təklifini geri çevirəcək qədər cəsarətlisi - sabiq nazirin olmasıdır. Digəri isə sadəcə “xan”ın beynini qurcalayan tam təsdiqlənməmiş ehtimallardır: mümkündür ki, sabiq nazir “xan” həzrətlərinin sevmədiyi çevrələrin qəbuluna düşməyə çalışıb, elə buna görə də Naxçıvandan gələn “yağlı təklifi” geri çevirib.
Adının hallanmasını istəməyən bir ekspert isə Naxçıvanın “xan sarayı”ndan aldığımız məlumatların səhihliyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, Əhməd Əhmədovun cəzalandırılmasının xüsusi bir səbəbi yoxdur: “Yaxın tarixə nəzər salsaq görərik ki, Muxtar Respublikada sabiqlərin “bəxtinin gətirməməsi” adi haldır. İndiyədək Naxçıvanda vəzifədən qovulanların bəzilər artıq tutulub, digərlərini isə eyni tale gözləyir. Sabiqlərin arasında müəmmalı şəkildə həyatını itirən də var. Bəli, söhbət Sədərək gömrüyünün keçmiş rəisi Məhəmməd Seyidovdan gedir. 2018-ci ildə 15 gün mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiqlərə məruz qalan Məhəmməd Seyidovun qısa müddətdən sonra odlu atəşlə həyatına son qoyduğu məlumatı yayıldı. Bir çoxları bu intihar hadisəsini müəmmalı hesab edirdilər”, - ismi məchul ekspert belə deyir.
Ekspert bizə indiyədək həbs olunmuşların və hazırda qurbanlıq quzu kimi öz növbəsini gözləyənlərin siyahısını təqdim etdi.
İndiyədək işdən azad edildikdən sonra barmaqlıqlar arxasına göndərilən MR rəsmilərinin siyahısı:
1. Keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov, həbsdə;
2. Keçmiş təhsil naziri Məmməd Qəribov, həbsdə;
3. Keçmiş daxili işlər naziri Əhməd Əhmədov, həbs olundu.
İşdən çıxarılan və hazırda istintaqa çağrılan MR rəsmilərinin (zamanını gözləyən “qurbanlıq quzular”ın) siyahısı:
1. Keçmiş maliyyə naziri Xalid İsgəndərov
2. İqtisadiyyat naziri Famil Seyidov
3. Keçmiş Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov
4. Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov
5. Vergilər naziri Əli Mahmudov (Bir qol saatının qurbanı olduğu bildirilir)
6. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev
7. Baş nazirinin birinci müavini Asəf Məmmədov.
Siyahıda digər şəxslərin də adı göstərilirdi. Ekspert sadəcə həmin şəxslərin istintaqa çağırılıb-çağırılmadığını hələ dəqiqləşdirə bilmədiyindən adları açıqlamağa lüzum görmədik.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:9-03-2021, 08:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-03-2021, 08:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09