Ölümü hündürlükdən qucaqlayanlar – Binalara giriş-çıxış necə qorunur, qorunurmu?
Son günlər şahidi olduğumuz ardıcıl intihar xəbərlərində diqqətçəkən məqam var. Belə ki, intiharların demək olar əksəriyyəti, çoxmərtəbəli binalardan özünü atmaqla reallaşır. Adətən intihar edənlər ümumiyyətlə, həmin binalarda yaşamayan şəxslər olur. Bu da binalarla bağlı təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir.
Maraqlıdır, hündürmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilməlidir?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında bildirib ki, yeni yaşayış komplekslərində, çoxmərtəbəli binalarda adətən nəzarətçilər olur:
"Ancaq təhlükəsizliyin yüksək səviyyədə təmin olunması, təhlükəsizlik qaydalarına riayət olunması, istər yanğın, istərsə də insanların binanın həyətində rahat hərəkəti mövzusunda müəyyən problemlər var. Təbii ki, bu, bütün binalara şamil edilmir. Təhlükəsizliyi yüksək səviyyədə təmin olunan binalar da mövcuddur. Elə yaşayış kompleksləri var ki, ora kənar şəxslərin, binada yaşamayanların rahatlıqla girib-çıxması demək olar ki, mümkünsüzdür. Çünki nəzarətçilər var, binaların girişi elektron sistemlərlə, həm də nəzarət-müşahidə kamera vasitələri ilə təchiz olunub”.
Ekspert hesab edir ki, təkcə intihar hallarına görə deyil, ümumiyyətlə binaların təhlükəsizliyinə diqqət artırılmalıdır:
"Binaya kənar şəxslər girdi, çıxdı – bu cür şeylərə nəzarət olunmur. Qapıda kart sistemi belə olsa, adam gələn birini gözləyir, onunla birlikdə daxil olur. Binada qalan sakinlər də ondan binada qalıb qalmadığını soruşmur. Bu baxımdan kənar şəxsin binaya daxil olmasında bir əngəl yoxdur. İkinci əsas məsələ isə, ümumiyyətlə, intiharı qarşısına məqsəd qoymuş birini dayandırmaq üçün onunla gərək psixoloji söhbətlər edilsin.
Yəni, adamla müəyyən işlər aparmaqla fikrindən daşındırmaq olar. Yoxsa həmin şəxs özünü dənizə də, başqa hündürlükdən də ata bilər. Binaların təhlükəsizliyi ilə bağlı kənar şəxslərin buraxılmaması üçün nəzarət sistemi olmalıdır. Tək intiharla deyil, başqa təhlükələrin qarşısını almaq üçün də bu önəmlidir. Oğurluq, soyğunçuluq hadisələri ola bilər, kiməsə zərərlər yetirə bilərlər və.s. Bu məsələyə həssas yanaşılıb təhlükəsizlik istiqamətində müəyyən tədbirlər görmək lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2021, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2021, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 11:20
Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR
Bu gün, 08:32
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Dünən, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18-11-2024, 14:55