reklam
Regionxeberlericom.az » Gündəm » Şərurlu İsfəndiyar şəhid ailəsini necə cəncələ salıb? – Mehriban Əliyevaya şikayət olundu

reklam

Şərurlu İsfəndiyar şəhid ailəsini necə cəncələ salıb? – Mehriban Əliyevaya şikayət olundu


Bərdə yaşayan şəhid anası Əhmədova Sütun Sərxan qızı fırıldağın və dələduzluğun qurbanı olduğunu bildirir.
Onun sözlərinə görə, 2010-cu il, iyunun 18-də bağladığı müqavilə ilə “Ulduz-S” MMC-dən mənzil götürüb.
Amma şəhid ailəsi tikinti firması ilə müqavilə imzalamasına peşman olub. Çünki dolanbac və cəncəl işə salınıb, maliyyə oyunu ilə üzləşib.
Belə ki, vətəndaş göstərilən tarixdə şirkətin direktoru Elçin Babayevlə bağlanan müqavilə əsasında paytaxtın Yeni Yasamal massivində inşa olunan binanın 4-cü girişi, 10-cu mərtəbəsində yerləşən 76-cı mənzili alıb, ümumi sahəsi 88 kvadratmetrlik ikiotaqlı mənzilə sahiblənib.
Bunun qarşılığında mənzilin qiyməti 33,200 manatı ödəməli olan S.Əhmədova əvvəlcə ilkin ödəniş 4000 manat verir. Bundan sonra payçı 2010-2012-ci illər ərzində E.Babayevə 22, 944 manat ödəniş edib.
Sadə dillə desək, mənzil sahibinin təxminən 7000-dən bir qədər çox borcu qalır. Və elə hər şey burada korlanır, işlər pozulur.
Çünki binanın tikintisi getmir, iş aparılmır, maliyyə problemi olduğu əsas gətirilir, bununla belə vətəndaş 3000 manat da ödəniş edir və bir müddət sonra şirkətin yetkililəri yoxa çıxırlar.
Şirkətin sahibi E.Babayev mənzili təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır, yubadır, sözünə və müqaviləyə əməl etmir.
Şikayətçi qeyd edir ki, bir müddət sonra E.Babayev barəsində istintaq aparıldığı ona agah olub: “Məlum olur ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi Sankişiyev tərəfindən onun barəsində cinayət işi istintaq olunur”.
Bu həbsdən sonra istintaq orqanları şəhid ailəsini şərurlu iş adamı İsfəndiyar Axundova yönəldiblər. “Şərurlu İsfəndiyar” kimi tanınan biznesmen onlara Yasamal ərazisindəki binalardan birində mənzil təklif edir, müqavilə bağlayır, şəhid ailəsinin hüquqi savadının olmamasından istifadə edərək onları 10 illik ipoteka kreditinə məhkum edir.
Nəticədə “Ulduz-S” MMC ilə bağlanmış müqavilə əhəmiyyətini itirir, qüvvədən düşür, şirkətə ödənilmiş 27 minə yaxın vəsait batır, İ.Axundov isə satdığı yeni mənzilə görə onları 54 minlik kreditə salır.
Şəhid ailəsi bildirir ki, 5 ildir kredit ödənişi edirlər, qurtara bilmirlər: “Həmin vaxtı düşdüyümüz çətin vəziyyətdən istifadə olunub. Bizə kvadratı 850 manatdan mənzil satılıb, 10 illik kredit verilib. Biz 5 ildir hər ay kredit veririk, artıq yorulmuşuq.
Lakin əvvəl bağladığımız müqavilə ilə bağlı ödədiyimiz pul qaytarılmır, İsfəndiyar Axundov satdığı mənzilin qiymətində həmin vəsaiti hesablamır.
Biz dəfələrlə müxtəlif orqanlara, ölkə rəhbərliyinə məktub yazmışıq, bir şəhid ailəsi olaraq kömək istəmişik, nəticəsi olmayıb.
Ancaq ümidimizi itirmirik, bilirik ki, həm Prezident, həm Mehriban xanım şəhid ailələrinə qarşı diqqətcildir, qayğıkeşdir, bizim müraciətlərimiz yerdə qalmır, bu şikayətimizə də baxılacaq, batan pulumuzun qiymətləndirilməsi üçün yardım olunacaq”. //REPORTYOR.info//



Paylaş:


Müəllif : Tarix:
16-03-2021, 11:12
Sikayət   


loading...
Загрузка...